31 may, 1957-ci il tarixdə qəbul edilmişdir.
Nəhayət, dövlət administrasiyası xüsusi şəxslərin fəaliyyət
dairəsinə,
0
cümlədən hər hansı bir assosiasiyanın və yaxud həmkarlar
ittifaqının daxili fəaliyyətinə müdaxilə etmək hüququna malik deyildir.
Dövlət idarəetmə orqanı daxilində səlahiyyətlərin bölüşdürülməsi
daxili səlahiyyəti sərt formada bölüşdürən və müəyyən edən prinsiplə
tənzimlənir; bu prinsipə əsasən ümumi hakimiyyətin reallaşdırılması ilə
bağlı vəzifələrin bütün forması fəaliyyətin
müəyyən növünə uyğun gəlir,
Dövlət idarəetmə orqanlarının səlahiyyətinin həyata keçirilməsi
qaydası parlamentarilər tərəfindən müəyən edilir, yəni idarəetmə orqanı
səlahiyyətə müəyyən vaxt ərzində malik olur və həmin orqan öz
funksiyalarının icrasına başlamazdan əvvəl və yaxud həmin funksiyaların
icrasını başa çatdırdıqban sonra qərarlar qəbul edilə bilməz.
Səlahiyyətlər həm də məkan baxımından bölüşdürülür. Misal
üçün, Val-de-Mam departamentinin Respublika komissarının Paris
şəhəri ərazisində tətbiq edilməli olan qərarları Paris şəhəri ərazisində
qəbul edilə bilməz.
İlk növbədə bütün idarəetmə bölməsi iyerarxiyası üzrə
səlahiyyətlərin iyerarxiya baxımından bölgüsünü müəyyən edirlər. Hər
bir orqan öz iyerarxiyası səviyyəsində müəyyən səlahiyyətə malikdir və
bütün qalan səlahiyyətlər istisna olmaqla, yalnız həmin səlahiyyətləri
həyata keçirə bilərlər. Aşağı orqan tərəfindən yuxarı orqanın səlahiyyət
dairəsinə müdaxilə edilməsi halları az olmur, lakin qanun buna yol
vermir. Ancaq daha artıq diqqəti cəlb edən odur ki, yuxarı orqanın
müvafiq hüquqi fəaliyyətləri olmadan aşağı orqanın səlahiyyətləri
çərçivəsinə müdaxilə edilə bilməz.
Bunun əsas səbəbləri aşağıdakılardır. Əvvələn, idarəetmə orqanı
öz səlahiyj'ətlərini həyata keçirməkdə maneə ilə qarşılaşa bilər, misal
üçün, rəhbər işçi xəstə olduğundan müvəqqəti olaraq işə çıxmır, yaxud
məzuniyyətdədir. Bu halda onun vəzifələrini icra etmək üçün başqa
vəzifəli şəxs tərəfindən rəhbər işçinin əvəz edilməsinə imkan yaranır.
Daha mühüm bir imkanı, yəni səlahiyyətlərin həvalə olunması
imkanını da qeyd etmək lazımdır. Hər bir idarəetmə orqanı öz
səlahiyyətləri çərçivəsində ona tabe olan digər orqana əlavə səlahiyyətlər
həvalə edə bilər, bunun üçün müvafiq akt olmalıdır; bu qanunla və yaxud
dekretlə rəsmiləşdirilməlidir. Digər tərəfdən aktda onların hüquqları
dəqiq olaraq müəyyən edilməlidir. Bu halda idarəetmə orqanı özünün
bütün səlahiyyətlərindən azad edilir, onlar digər orqanın ixti
142
Prosessual normaların nəzərdən keçirilməsini 6aşa çatdırmaq
üçün idarəçilik fəaliyyətini müəyyən edən və idarəetmədə ədliyyə
orqanlarının fəaliyyətlərinə xas olan üç məqamı qeyd etmək vacibdir.
Dostları ilə paylaş: