Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   57   58   59   60   61   62   63   64   ...   113
Mümkünsüz rəsmivvətcilik
 anlavısı prosessual sahədə sağlam düşüncə 
prinsipinin  tətbiq  edilməsi  deməkdir.  Misal  üçün,  əlaqədar  şəxsə  qarşı 
sanksiyalar tətbiq edilənədək münaqişə prosesi sahəsində ona xəbərdarlıq 
edilməli  və  zəruri  olduqda  isə  o,  məhkəməyə  çağırılmalıdır,  lakin  əgər 
həmin şəxs öz yaşayış yerini dəyişdirirsə, bu zaman rəsmiyyətçiliyə əməl 
olunması  qeyri-mümkün  olur.  Məsləhətləşmələr  keçirilməsi  sahəsində 
belə  vəziyyət  mövcuddur:  əgər  məsləhətləşmə  zamanı  orqan  öz  rəyini 
verməkdən  imtina  edirsə,  onda  idarəetmə  orqanı  onu  həyata  keçirə 
bilməz, çünki rəsmiyyətçiliyə əməl edilməsi ondan asılı olmadan yaranan 
şərait nəticəsində mümkünsüz olur. 
İdarəetmə qərarlarının (aktlarının) formaları - burada söhbət tərtib 
edilən qərar formasının özündən gedir. Bu baxımdan aktlar sırf idarəetmə 
aktları prinsipinə aid olan normalara tabe deyildir. Bir sıra hallarda isə 
onlar yazılı, bəzən hətta şifahi formada ifadə edilə bilər. 
Yeganə  mühüm  problem  onu  rəsmi  cəhətdən  əsaslandırma 
problemidir.  Hər  cür  aktların  nəzərdə  tutulan  motivi  (əsası)  olmalıdır. 
Hələ  buna  görə  də  administrasiya  prinsipcə  əsaslandınimamış  qərarlar 
qəbul edə bilməz. Lakin burada belə bir qanuni sual meydana çıxır ki, bu 
əsaslan  dərc  edilməli  olan  aktın  özündəmi  əks  etdirməli,  yaxud  qəbul 
ediləcək qərar barədə əlaqədar şəxsə bildirişmi göndərilməlidir? Dövlət 
Şurasının  məhkəmə  praktikası  indiyədək  bu  məsələ  üzrə  dəqiq  xətt 
yeridir: prinsipcə qərar əsaslandırılmış vəziyyətdə olmalıdır. 
Qanunun  özü  də  qanunvericilik  xarakteri  daşıyır:  təbiidir  ki, 
qanun  və  yaxud  hətta  dekret  həmişə,  o  cümlədən  intizam  sanksiyaları 
tətbiq edildiyi hallarda motivlər göstərməyi bir vəzifə olaraq müəy 
144 


yənləşdirə  bilər.  Digər  istisnalar  məhkəmə  praktikasından  irəli  gəlir; 
aktların  bu  və  ya  digər  kateqoriyası  üzrə,  kollegial  orqanların  qəbul 
etdikləri  ən  mühüm  aktlardan  söhbət  getdikdə,  onda  bu  zaman  Dövlət 
Şurası onu təşkil edən tərəfdən əsaslandırma tələb edir.^' 
Qeyd etmək lazımdır ki, bu halda Fransa sistemi digər ölkələrdə 
mövcud olan sistemə oxşar deyildir. Digər ölkələrin bəzilərində tamamilə 
əks prinsip üstünlük təşkil edir; yəni aktın özündə hər hansı məsələ üzrə 
idarəetmə orqanım əsaslandırmaq bir vəzifə kimi qarşıya qoyulur. 
Son zamanlar Fransada bu məsələnin həllində bəzi dəyişikliklər 
baş vermişdir. İdarəetmə aktlanmn əsaslandırılması tələbi administrasiya 
ilə vətəndaşlar arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə onların 
hüquqları  üzrə  informasiyaya  malik  olmalarının  tələbi  kimi  irəli 
sürülmüşdür. Ona görə də 11 iyul, 1979-cu il tarixli qanunla qərarların 
əsaslandırılması  sahəsində  vəzifələr  dairəsi  xeyli  genişləndirilmişdir. 
Administrasiyanın  normal  fəaliyyətini  o  qədər  də  çətinləşdirmədən 
verilən yeni qanunların vətəndaşlara çatdırılması məhkəmə praktikasına 
həvalə olunmuşdur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin