Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə62/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   58   59   60   61   62   63   64   65   ...   113
Məhkəmə  aktları.
  Bəzən  idarəetmə  aktları  məhkəmə  orqanlarında, 
ixtisaslaşdırılmış məhkəmələr tərəfindən həyata keçirilir. Bu, həmçinin, 
kollegial orqanlann qəbul etdikləri sanksiyalara da aiddir. Bu halda çox 
mühüm  rəsmiyyətçilik  təzahürlərinə  riayət  edilir.  Məhkəmə  orqanları 
normativ  aktlarda  olan  və  yaxud  məhkəmə  praktikası  ilə  işlənib 
hazırlanmış  bir  sıra  ümumi  prosessual  normalar  əsasında  fəaliyyət 
göstərirlər,  o  cümlədən  bütün  hallarda  məhkəmə  əsaslı  qərarların 
verilməsinə borcludur. Bütün məhkəmələr üçün qərarları əsaslandırmaq 
vəzifəsi  Fransa  inqilabının  tələblərindən  irəli  gəlirdi  və  bu  günə  kimi 
qüvvədədir. 
Beləliklə,  adi  qanunçuluq  adlandırıla  bilən  anlayış  məzmunca 
aktların  mahiyyətcə  və  formaca,  olduqca  mürəkkəb,  çoxsaylı  müxtəlif 
normalar  kompleksindən  ibarətdir.  Bu  normal  idarəetmə  qərarlarının 
məhkəmə nəzarəti altında həyata keçirilməsi əsaslı olur. 
Məhz  belə  müstəsna  hallar  üçün  əvvəlcə  məhkəmə,  sonra  isə 
qanunvericilik  hakimiyyəti  konstitusiyanın  bir  sıra  müddəalarında  əks 
etdirilmiş  müstəsna  qanunçuluq  sistemini  nəzərdə  tutmuşdur.  Söhbət 
siyasi  vəziyyətin  kəskinləşdiyi  vaxtlarda  administrasiyanın  fövqəladə 
səlahiyyətlərindən və müstəsna qanunvericilikdən gedir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin