Belə aktların tətbiq edilməməsi qaydaları konstitusiyaya uyğun
olaraq, nəzarət sistemlərində yoxlanılan üsuldur. Misal üçün, ABŞ Ali
Məhkəməsi belə hərəkət etmək hüququna malik olduqda o təsdiq edir ki,
verilmiş qanun kostitusiyaya ziddir. Bu zaman o, qanunu formal olaraq
ləğv etmir, lakin onun tətbiqindən imtina edir. Aktların konstitusiyaya
zidd olması əsasları üzrə bu cür istisna edilməsi qaydası Fransada mövcud
deyildir, çünki Konstitusiya Şurası öz nəzarətini iddia icraatı qaydasında
həyata keçirir və aktların konstitusiyaya müvafiq olub-olmaması məsələsi
inzibati ədliyyənin yurisdiksiyasına daxildir. Bunun müqabilində
Fransada aktların qeyri-qanuniliyi ilə əlaqədar onların tətbiqinə qarşı
etirazlar da mövcuddur.
Misal üçün, idarəetmə orqanı tərəfindən reqlament qəbul
edilmişdir, o qeyri-qanunidir, lakin hələ öz qüvvəsini saxlayır. Onun
tətbiqindən iki yol ilə imtina etmək olar: ya idarəetmə orqanının özü
verilmiş qanunsuz aktın tətbiq edilməsi nəticəsində hüquq pozuntusuna
səbəb ola biləcəyini hiss edərək, həmin aktın tətbiq edilməsini dayandırır
və yaxud da idarəetmə orqanı həmin aktın tətbiq edilməsini məcburi
sayarsa, onda onun ləğv edilməsi barədə tələbnamə ilə mülki məhkəməyə,
cinayət işləri üzrə və ya inzibati məhkəməyə müraciət olunur.
Cinayət hüququ sahəsində yuxarıda haqqında danışılan iş - Bordo
Benendəki milli bazar haqqında iş üzrə olmuşdur. İdarəetmə orqanı öz
müəyyən
zona
hüdudlarında
ayrı-ayrı
ticarət
nöqtələrinin
yerləşdirilməsinə qadağa qoymuşdu. Ticarətçilər qadağanı pozmuş və
cinayət təqibinə məruz qalmışdılar. Onlar dektretin qanunsuz olduğuna
əsaslanaraq bu barədə qoyulan sanksiyalardan şikayət vermiş və
Kassasiya Məhkəməsi onların iddiasını təmin etmişdir. Deməli, onlar
məsuliyyətdən azad edilmişdilər, çünki qanunsuz dekret əsasında hər
hansı cəza tətbiq edilə bilməz. Dekret isə hələ də öz qüvvəsində qalmaqda,
fəaliyyət göstərməkdədir, lakin cinayət hüquq nəticələri baxımından o, öz
qüvvəsini itirmiş hesab olunur.
Əksinə, cinayət işləri üzrə məhkəmələr hüquq pozuntusuna dair
aktların qanunsuzluğuna istinad etməklə hər hansı işə bəraət qazandıra
bilməz.32 Avranş və Demare ov zamanı hüquq pozuntusu törətdiklərinə
görə hər ikisi məhkəməyə cəlb edilmişdi. Onlar öz hərəkətlərini ferma
torpaqlarında fermerin ailə üzvlərinin ov etməsinə icazə verən prefektura
aktına əsasən həyata keçirmişlər. Münaqişələr üzrə Tribunal müəyyən etdi
ki, cinayət işlərinə baxan məhkəmə bu aktı qa-
Dostları ilə paylaş: