dı; çünki o, özünə hüquq qazanmış, xidməti işdə
də mövqe tutmuşdur; bu
baxımdan onun mövqeyini sonsuzluğadək sual altında qoymaq olmaz.
Buna görə də Dövlət Şurası Kaşenin işinə dair qərarında həmin iki tələb
arasında kompromis variantına əl atdı.
Əgər hər hansı bir akt qanunsuz normativ aktdırsa (çox zaman
fərdi aktlar belə olur), onun fəaliyyəti yalnız məhkəmə qaydasında şikayət
verilməsi ilə həll edilir. Bu zaman aktın qüvvəsi onun dərc edildiyi və
yaxud haqqında məlumat verildiyi gündən etibarən iki aylıq müddət
ərzində dayandınla bilər. Bu, məmurun vəzifəyə təyin edilməsinə,
tikintiyə icazə verilməsinə və yaxud hər hansı güzəştlərin müəy-
yənləşdirilməsinə də aiddir.
Əksinə, qanunsuz akt dəfələrlə öz təsir gücünə malikdirsə, o,
istənilən vaxt ləğv oluna bilər. Dövlət Şurası öz məhkəmə praktikası ilə
hüquqi
normalara
uyğun
olmayan
aktların
siyahısını
müəyyənləşdirmişdir. Bunlar misal üçün, reqlamentar aktları və
qulluqçuların maaşının miqdarını müəyyən edən maliyyə xarakterli
qərarlar ola bilər.
Lazımi şərait olduqda, yəni qəbul edilən akt qanunsuz hüquq
normalarına uyğun olmayan akt deyilsə, yaxud belə akt olsa da belə ondan
şikayət verilməsi müddəti keçmişdirsə, bu zaman həmin aktın ləğv
olunması administrasiyadan tələb edilə bilər və yaxud da administrasiya
bunu öz təşəbbüsü ilə də ləğv edə bilər. Əgər administrasiya öz qarşısına
məqsəd qoymuşdursa, o aktı ləğv etmək onun borcudur - bu, sərt
səlahiyyət haqlı hesab edilir.
Lakin çox zaman administrasiya psixoloji və yaxud siyasi
səbəblər üzündən öz səhvini etiraf etməyə tərəddüd edir, qulluqçularının
qanunsuz hərəkətə yol verdiyini təsdiqləmək istəmir. Belə hallarda aktın
ləğvinə nail olmaq üçün məhkəməyə müraciət edilməlidir. Bu, qanunsuz
aktların məhkəmə qaydasında ləğv edilməsinin ən geniş yayılmış
üsuludur.
Dostları ilə paylaş: