nunsuz hesab etmişdir və deməli, həmin şəxslər ov qaydalarını pozmaqla
cinayət hadisəsi törətmişlər.
İnzibati hüquq sahəsində də qeyri-qanuniliyə istinad edilən
çoxsaylı hallar müşahidə olunur. Əgər hökumət müəyyənləşdirilmiş
qaydada dekret əsasında vergi qoymuş və yaxud vergi miqdarını
artırmışdırsa, vergi ödəyənlər dekretin qanunsuzluğuna istinad edərək
vergini ödəməkdən imtina edə bilərlər; həqiqətən də vergiqoyma yalnız
qanunla müəyyənləşdirilə bilər.
Qanun aktlarının qeyri-qanuni olmasına baxmayaraq, bunlar
qəbul olunduqdan sonra istənilən vaxt ona istinad edilə bilər. Əgər
administrasiya XIX əsrə aid dekreti və yaxud prefektura qərarını tətbiq
etmək niyyətindədirsə, həmin aktın ilk növbədə qanuniliyini müəyyən
etməlidir. Əgər o qeyri-qanunidirsə, tətbiq edilə bilməz.
Fərdi aktların müqəddəratı isə başqa cürdür. Bu sahədə qanun-
çuluğun tələblərinin pozulmasından müdafiə, yalnız akt qüvvəyə
mindikdən sonra təmin olunur. Akt isə o vaxt qüvvəyə minir ki, o dərc
edilmiş və yaxud haqqında bildiriş verilmiş olsun və şikayət verilməsi
üçün müəyyənləşdirilmiş iki aylıq müddət keçmiş olsun. Beləliklə, həmin
aktlara münasibətdə qanunsuzluq motivlərinə görə şikayət verilməsi çox
qısa müddət üçün nəzərdə tutulmuşdur.
Etibarsız aktların tətbiq edilməsinin qarşısını almaq üçün əsas
onlann ləğv edilməsidir.
Fransa hüquq sistemində aktın məhkəmə qaydasında ləğv
edilməsi üçün əsas hakimiyyət orqanlannm həddini aşmasına görə
inzibati məhkəməyə şikayət verilməsidir. Belə hallarda ləğvetmə
haqqında qərar qəbul edilir, bu qərarın nə kimi nəticələr verəcəyi
müəyyənləşdirilir.
Dostları ilə paylaş: