Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasının Marsel fraxt deniz agentliyinin işinə dair 27 noyabr, 1970-ji il tarixli



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə63/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   59   60   61   62   63   64   65   66   ...   113
Dövlət Şurasının Marsel fraxt deniz agentliyinin işinə dair 27 noyabr, 1970-ji il tarixli 
qərarı. 
145 


Əgər  qanuna  riayət  olunması  bir  çox  sanksiyalarla  təşkil 
edilməsəydi, qanunçuluq prinsipinin tətbiqi çətin ki, mümkün olaydı. Bəs 
administrasiya  qəsdən  və  yaxud  bilməyərəkdən,  səhvən  və  yaxud  pis 
niyyətlə qanunçuluğu pozduğu zaman nə kimi məsuliyyət daşıyır? 
Mülki  sanksiyaların  iki  kateqoriyasını  -  siyasi  və  texniki 
xarakterli  sanksiyaları  fərqləndirmək  olar.  Birinci  kateqoriyada  başlıca 
sanksiya  hökumətin  Milli  Məclis  qarşısında  məsuliyyət  məsələsinin 
qoyulması ilə əlaqədar sanksiyadır. Belə sanksiyalar, şübhəsiz, zəruridir, 
lakin aşağıdakı səbəblərə görə az səmərəlidir. 
Əvvələn,  bunlar  olduqca  sərt  sanksiyalardır  və  bunları  tətbiq 
etmək  qərarına  gəlmək  asan  məsələ  deyildir.  Haradasa  tikinti 
aparılmasına  qanunsuz  olaraq icazə  verildiyinə  görə heç  kim  hökuməti 
istefa  verməyə  məcbur  edə  bilməz.  Burada  sanksiyaların  və  təqsirin 
açıq-aşkar uyğun gəlməməsi üzündən tənasübsüzlük aşkara çıxır. 
Bundan  əlavə,  belə  sanksiyaların  tətbiqi  bəzən  elə  orqanlara 
həvalə edilir ki, onlar hüquq tətbiqi məsələlərində heç də həmişə səriştəli 
olmurlar. Beləlilkə, aktın qanuni olub-olmaması barədə nəticə çıxarmaq o 
qədər də asan deyildir. 
Texniki prosedurların işlənib hazırlanması zərurəti də bundan irəli 
gəlir.  Qeyd  etmək  lazımdır  ki,  texniki  sanksiyalar  heç  vaxt  avtomatik 
tətbiq olunmur. Aktların avtomatik olaraq yoxa çıxması üçün təkcə onun 
qeyri-qanuni  olduğunu  aşkara  çıxarmaq  kifayət  deyildir.  Sanksiyalar 
tətbiq  edilə  bilməsi  üçün  bir  sıra  addımlar  atılması  zəruridir.  Onların 
tətbiqi  üçün  vətəndaşların  təşəbbüsü,  idarəretmə  orqanının  və  yaxud 
məhkəmənin müdaxiləsi kimi səbəblər də ola bilər. 
Texniki  sanksiyalar  iki  qrupa  bölünür;  qanunsuz  aktın  ləğv 
edilməsi  və  qanunsuz  aktın  fəaliyyəti  nəticəsində  zərərçəkənə  cərimə 
ödənilməsi üçün tətbiq edilən sanksiyalar. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin