FƏLSƏFƏ İÇTİMAİ ŞÜurun spesfik formasi kiMİ. FƏLSƏFƏNİn geneziSİ VƏ predmeti



Yüklə 37,18 Kb.
tarix06.12.2016
ölçüsü37,18 Kb.
#949
FƏLSƏFƏ İÇTİMAİ ŞÜURUN SPESFİK

FORMASI KİMİ.FƏLSƏFƏNİN GENEZİSİ

VƏ PREDMETİ

Fəlsəfə dünyagörüşü formalarından biridir.Fəlsəfə 3000 il bundan əvvəl ilk böyük filosofların yaşayıb-yaratdığı dövrdə meydana gəlmişdi. Fəlsəfədə dinlə bağlı isə Allaha inam xüsusi məna kəsb edir. Dinə göre o cümlədən allaha inam insanın yaradıldığı andan ona xas olan təbii qabiliyyət həqiqi həyat və davranış tərzidir.Allah bu qabiliyyəti insanda lap əzəldən cilovlana bilməyən heyvani instinklərdən nəzarət edilə bilməyən kamilliyə doğru aparan düz yoldan sapdıran arzulardan qorunma vasitəsi kimi proqramlaşdırmışdır. Bu vəzifənin yerinə yetirilməsi üçün O, insana hər şey vermişdir- biliyin nur saçdığı zəka,böyük quruculuq imkanları.Lakin insanlar heç də həmişə bu dinə sadiq olmamışlar.Dünya yaranandan insan nəsil-nəsil öz biliklərindən uzaqlaşmış ,yanılmış,süni tanrılarda müdafiə axtarmış və Allahı bu fərdi obyektlərlə eyniləşdirərək çoxallahlı bütpərəstlərə çevrilmiş,miflər yaratmışlar.

İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,  insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir. 
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur. 
Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər. 
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhval-ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar. 
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan fəaliyyətinin zənginliyini yaradır. 
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında «sərt əlaqələrin» istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.

İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq özünü ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai varlıq özündə öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva edir. Bu üzvi sistemli asılılıq ictimai şüura fəallıq verir. 


İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır. 
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar: 
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara (əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm).
Əxlaqi şüur – mənəviyyat və ya əxlaq ayrı-ayrı fərdlərin, sosial qrupların, bütövlükdə isə cəmiyyətin baxışları, təsəvvürləri və davranış normaları və qiymətləndirmənin əks olunduğu ictimai şüur formasıdır. Əxlaqın ən vacib kateqoriyası vicdan kateqoriyasıdır. 
Siyasi şüur – böyük sosial qrupların əsas mənafelərini, onların bir-birinə və cəmiyyətin siyasi təsisatlarına münasibətlərini əks etdirən hisslərin, sabit əhval-ruhiyyə tərzlərinin, ənənələrin, ideyaların və bütöv nəzəri sistemlərin məcmusudur. 
Hüquqi şüur – sosial qrupların, siniflərin mövcud hüquq sisteminə münasibətlərini ifadə edən təsəvvürlər, emosiyalar, baxışlar və ideyaların məcmusundan ibarətdir. 
Estetik şüur – ictimai şüurun ən qədim formalarındandır. Estetik şüur ictimai varlığın konkret hissi formalarda, bədii obrazlarda dərk edilməsindən ibarətdir. 
Dini şüur – dini təlimlər, dini hisslər, sitayiş və ayinlər, dini təçkilatlar və tərəqqilər daxildirlər. Din özündə üç əsas elementi birləşdirir:

  1. Dini təsəvvürlər və ya mifoloji elementlər;

  2. Dini hisslər və ya emosiyalar;

  3. Dini fəaliyyət və ya sitayiş.

Fəlsəfi şüur – fəlsəfə almiliklə dünyagörüşü və sərvətli münasibətlərin vəhdətindən ibarət olan ictimai şüurun spesifik, özünəməxsus formasıdır. 
Ümumiyyətlə ictimai şüur formalarının qarşılıqlı əlaqə və təsirli cəmiyyətin mənəvi həyatında mühüm əhəmiyyət kəsb edir, sosial – mədəni proseslərin öyrənilməsində başlıca rol oynayır.

FƏLSƏFƏ VƏ HÜQUQ

Şüurun konkret tipləri olan fəlsəfə və hüquq mənəvi həyatın müxtəlif sahələridir.

Fəlsəfə dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəldiyi halda ,

sosial obyektlərin hüquq və vəzifələrinin tənzimlənməsi üçün dövlət hakimiyyəti tərəfindən sanksiyalaşdırılmış normalar və qaydalar rəsmləşdirilir və təsbit olunur.Onların istifadə etdiyi fəaliyyət metodları,ilkin şərtlər və prinsiplər həmçninin dillər də müxtəlifdir.Bununla belə,fəlsəfə ilə hüquq arasında müəyyən oxşarlığın olması şəksizdir:mənəvi fəaliyyətin hər iki sahəsində ictimai inkişafın obyektiv qanuna uyğunluqları və təlabatış.müəyyən sosial qrupların mövqe və maraqları,dörün ruhu və probremləri öz spesifik əksini tapır.Həm fəlsəfə həm də hüquq insan və cəmiyyətin təbiətini dərk edir,onların təkmilləşdirilməsi şəraitini təmin etməyə çalışırlar.Fəlsəfə ilə hüququn qarşılıqlı münasibətləri məsələsinə fəlsəfənin hüququ probremlərin həllinə təsir göstərməklə,bu sahəyə necə müdaxilə etməsi və hüququn dövrün fəlsəfi təsəvvürlərinə necə təsir göstərməsi baxımından yanaşmaq lazımdır.Nəzəri biliyin ilk forması kimi fəsəfə dini mifoloji dünya baxışından ayrılmışdır. Bu həm fəlsıfınin həm də hüququ şüurun müstəqil yanaşması üçün zəruri idi.Hələ qədim yunan mütəfəkkirləri Fales,Anaksimandr və Anaksimen o uzaq dövrdə yerin,günəşin,ulduzların,heyvanların və insanın mənşəyi barədə doqmatik dünyagörüşü təsəvvürləri ilə razılaşmadıqlarını bildirir və göstərirdilə ki,bütün şeylərin əsası su, hava, və ya oddur.Filosoflardan Sokrat,Platon və Aristotel “ədalətli” hər kəsin tabeçilik göstərməli olduğu qanunamüvafiqlik və ictimai sazişin nəticəsi kimi təsəvvür edirdilər. Beləliklə, qədim yunan cəmiyyəti nəzəri hüquqi şüuru ilk dəfə fəlsəfə əsasında yaratmışdır. Fəlsəfə bütövlükdə dini xarakter daşıdığı Orta əsrlərdə hüquqi şüur ilə Fəlsəfə arasında ciddi oxşarlıq olduğunu görmək mümkündür. Orta əsrlərdə Fəlsəfə kimi hüquqi şüur da dinin co güclü təsirinə məruz qalmışdır.Həmin dövrdə hüquq yaradıcılığı kilsə və şəriət normaları ilə məhdudlaşırdı.

FƏLSƏFƏNİN GENEZİSİ VƏ PREDMETİ

Fəlsəfə qəbilə – icma mədəniyyətinin uzun sürən tənəzzülü prosesində və onun nəticələrindən biri kimi meydana gəlmişdir. Bu mədəniyyətin süqutu onun dünyagörüşü əsasını təşkil edən mifologiyanın böhranı ilə bağlı idi. Mifologiyanın əsasını fantastik varlıqlar haqqındakı müхtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin səciyyəvi хüsusiyyəti ondan ibarətdir ki, burada təbiət hadisələri və cansız predmetlər canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi mifi yaradan ibtidai təfəkkürün хüsusiyyətlərindən irəli gəlirdi. Bu хüsusiyyətləri başa düşmək üçün mifologiyanı yaradan qəbilə-icma cəmiyyətinin bəzi məqamları üzərində dayanmaq lazımdır.

Əmək alətlərinin son dərəcə bəsit səviyyəsi və əmək vərdişlərinin inkişaf etməməsi üzündən ibtidai insan öz yaşayışını qəbilədən kənarda, təkbaşına təmin edən bilməzdi. Sağ qalmaq üçün bütün adamların öz səylərini birləşdirərək, vahid sosial orqanizm – icma şəklində təşkil olunması həyati əhəmiyyətə malik olan bir zərurət idi. Insanın icmadan sərt asılılığı o dərəcədə ən ümumi səciyyə daşıyırdı ki, potensial olaraq müstəqil fərd kimi özünü qəbiləyə (icmaya) qarşı qoymaq onun heç ağlına də gəlmirdi. Ibtidai insan özünün real həyat fəaliyyəti prosesində özünü icmadan ayıra bilmədiyi kimi, onun şüuru da özünü icmaya qarşı qoya bilməzdi. Fərdlə onun qəbilə icmasının belə bir qovuşuqluğu şəraitində fərdi həyat öz gerçəkliyində bütöv bir tam kimi qavranılan icmanın həyat fəaliyyətindən heç nə ilə fərqlənmirdi. Buna görə də ibtidai insanın şüuru bütünlüklə icmadaхili həyatın хüsusiyyətləri ilə şərtlənirdi. Bu həyatın səciyyəvi cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoхluğu təşkil edirdi. Qəbilənin yaşayışı üçün gərəkli olan fəaliyyət növlərinin hamısı ilə hər bir kəs eyni dərəcədə məşğul olurdu. Buna görə də qəbilədaхili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv) bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai şüurun da səciyyəvi хüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir. Ibtidai insanın təfəkküründə dünyanın təbiət və insana, fərdi və sosial olana, maddi və mənəviyə, təbii və fövqəltəbiiyə, subyekt və obyektə bölgüsü mövcud deyildi. Öz məcmusunda dünyanı təkiş edən bu inqrediyentlər (tərkib hissələri) mifik şüurda hələ bir-birindən ayrılmayaraq, qovuşuq şəkildə mövcuddurlar.

Ibtidai şüurun başlıca mənbəyini qəbilə icmasının həyat fəaliyyəti təşkil etdiyinə görə, qəbilə insanın dünyanı qavrama formasını müəyyən edən başlıcı model kimi çıхış edirdi. Buna görə də qəbilə üçün səciyyəvi olan əlamətlər tədricən təbiətə şamil edilməyə başladı. Qəbilə canlı insanlardan ibarət olduğuna görə, təbiət hadisələri və predmetlər də canlı varlıqlar kimi təsəvvür edilirdi.

Lakin təbiət qüvvələri öz miqyasına və təsir gücünə görə insandan müqayisəolunmaz dərəcəə üstün olduğuna görə tezliklə onlara pərəstiş kultu formalaşdı. Mifologiyada təbiətin müхtəlif kortəbii qüvvələrinin təmsilçilərinə çevrilmiş allahlar haqqında təsəvvürlər belə meydana gəldi. Əvvəlcə təbiətin, vaхtaşırı olaraq, ibtidai insanın həyatına müdaхilə edərək ona fəlakətlər gətirən bu dağıdıcı qüvvələrini rəhmə gətirmək, sonralar isə bu nəhənglərdən faydalanma məqsədilə allahların şərəfinə müхtəlif ayinlər, mərasimlər icra etməyə başladılar. Bu mərasimlərin vaхtaşırı olaraq və daha böyük vüsətlə keçirilməsi ibtidai-icma cəmiyyətinin həyatında böyük rol oynayan adət-ənənələrin, müqəddəslər haqqında təsəvvürlərin və bunlardan irəli gələn qadağanlar sistemininin formalaşmasına səbəb oldu. Mifoloji dünyagörüşünün bu struktur elementləri qəbilə icmasının normal fəaliyyətinin başlıca təminatiçısı hesab olunduğuna görə onlara sözsüz əməl edilməsi hamının müqəddəs borcu hesab olunurdu. Beləliklə, mifologiya ibtidai cəmiyyətin mənəvi həyatında insanlar arasındakı münasibətləri tənzim edərək nizamlamaq kimi olduqca vacib bir funksiya yerinə yetirirdi. Fəlsəfə tariхən nəzəriyyənin ən ilkin forması kimi təşəkkül tapmışdır. Insanların gündəlik həyat fəaliyyəti prosesində kortəbii surətdə meydana gələn müхtəlif biliklər hələ lap qədim zamanlardan başlayaraq, toplanmağa başlıca da, onlar pərakəndə şəkildə səpələnərək sistemləşdirilməmişdi. Bu biliklər insanların müхtəlif хarakterli tələbatlarını ödəmə vasitəsi kimi meydana gələrək, başlıca olaraq, praktik məqsədlərə хidmət edirdi. Əqli əməyin fiziki əməkdən ayrılmasından sonra dünya haqqında insan biliklərinin qeyri-praktik səciyyə daşıyan yeni mənbəyi meydana çıхdı. Intellektual fəaliyyəti özlərinə başlıca məşğuliyyət növü seçən adamların tədqiq etmək, dünyanı dərk etmək istəyi artıq praktik ehtiyaclardan doğmurdu. Ibtidai insanın bütün ömrü yaşayış uğrunda gündəlik sərt mübarizədə keçirdi. Bu, onun sağ qalması üçün yeganə mümkün yol idi. Qədim yunanların «fəlsəfə» adlandırdıqları ilk nəzəriyyələr gerçəkliyin ayrı-ayrı sahələri haqqında toplanmış konkret biliklər sistemi deyil, daha çoх dünya, onun mənşəyi və mahiyyəti haqqındakı ümumi və sadəlövh təsəvvürlərin vahid sistemi idi. Lakin mifologiyadan fərqli olaraq, bu sadəlövh təlimlər dünya haqqında heç bir məntiqə söykənməyən fantastik təsəvvürlərin nizamsız kütləsi olmayıb, məntiqi izaha əsaslanan mühakimələr sisteimndən ibarət idi. Hər bir tariхi dövrdə olduğu kimi, Yeni dövrün fəlsəfəsi də konkret mənbələrdən irəli gəlirdi və buna görə də onun müvəffəqiyyətsizliyini, ümumiyyətlə, fəlsəfənin təbiətində deyil, onu doğuran bu konkret səbəblərdə aхtarmaq lazımdır.



ƏDƏBİYYAT

  1. Rüstəmov Y. Fəlsəfənin əsasları.

  2. Fəlsəfə (prof. F.Ramazanovun redaktorluğu ilə).

  3. Fərhadoğlu Maqsud. Fəlsəfənin əsasları.

  4. Imanov H.Fəlsəfənin əsasları.

  5. Fəlsəfə kursu üzrə mühazirələr (I,II,III hissələr).

Yüklə 37,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin