Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   52   53   54   55   56   57   58   59   ...   113
HakimiV  vətdən  sui-istifadə.
  Öz  diskresion  səlahiyyətlərini  həyata 
keçirmək prosesində administrasiya hakimiyyətdən sui-istifadəyə də yol 
verə bilər. Administrasiyaya səlahiyyətlər həmişə onun öz mənafeləri və 
ayrı-ayrı  vətəndaşların  mənafeləri  naminə  deyil,  ictimai-  faydalı 
məqsədlər  üçün  verilir.  Əgər  administrasiya  səlahiyyətlərindən  ümumi 
mənafe üçün deyil, başqa məqsədlərə istifadə edirsə, o, qanunsuz hərəkət 
edir  və  onun  düzgün  olmayan  hərəkətlərindən  məhkəmə  qaydasında 
şikayət verilə bilər. 
Qiymətləndirmədə  açıq-aşkar səhvə yol verilməsi, nəhayət, indi 
Fransada  həll  olunmuş  bir  problemi  də  meydana  çıxara  bilər.  Onun 
mahiyyəti  bundan  ibarətdir  ki,  administrasiya  öz  diskresion 
səlahiyyətlərini həyata keçirərkən vəziyyətə görə və ona hüquqi qiymət 
verməkdə səhv etmək hüququna malikdirmi? Bu, xaricdə də mövcud 
136 


olan  səhv  etmək  hüququ  problemidir.  Administrasiyanın  diskresion 
səlahiyyətləri  məsələsi  indi  dünyanın  bütün  ölkələrinin  idarəetmə 
praktikasında ən mühüm məsələlərdən biridir. 
Bu problem müəyyən çərçivədə Fransa praktikasında da meydana 
çıxmışdır. Dövlət Şurası qiymətləndirmədə açıq-aşkar yanlışlıq anlayışını 
tətbiq etmişdir.^* Administrasiya verdiyi qiymətdə səhv edə bilər, lakin 
onun açıq-aşkar etdiyi səhv, yəni eyni zamanda həm ciddi, həm də göz 
qabağında olan səhv kimi qiymətləndirilir. 
Mənəvi  nöqteyi-nəzərdən  hakimiyyətdən  sui-istifadə  halları 
məntiq  baxımından  açıq-aşkar  səhvə  yol  verməklə  eyni  şeydir. 
Administrasiya öz səlahiyyətlərini həyata keçirmək hüququna malikdir, 
lakin  onun  səhvlərə  yol  vermək  hüququ  yoxdur  (hərçənd  burada  nə 
mənalı,  nə  də  mənasız  olduğu  sualı  meydana  çıxa  bilər).  Hər  halda 
hazırda  diskresion  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  dördüncü 
məhdudiyyət  mövcuddur  ki,  bu  da  qiymətləndirmənin  açıq-aşkar  səhv 
anlayışında ifadə olunmasıdır. 
Məhkəmə praktikası tədricən diskresion hüququn bütün hallarına 
şamil  edilməyə  başlamışdır.  Həmin  hüququn  həyata  keçirilməsinin  ən 
əyani formalarından biri xarici nəşrlərə senzura qoyulması məsələsinə aid 
edilmişdir.25 
Artıq  bir  neçə  ildir  ki,  Dövlət  Şurası  diskresion  səlahiyyətlərin 
həyata keçirilməsinə öz nəzarətini gücləndirmək üçün iki əlavə vasitədən 
- direktiv göstərişlər nəzəriyyəsindən və adekvat məsariflər prinsipindən 
istifadə edir. 
Diskresion  fərdi  qərarlar  qəbul  edə  bilən  hakimiyyət  orqanları 
bəzən hüququn tətbiqi zamanı şəraiti və əsas götürəcəkləri siyasi xətti də 
müəyyənləşdirirlər. Dövlət Şurası Fransanın torpaq krediti işinə dair 11 
dekabr, 1970-ci il tarixli qərarında bu üsulun qanunauyğunluğunu qəbul 
etdi. Lakin tezliklə «direktiv» verildikdə, yaxud «oriyentasiya norması» 
bəyənildikdə idarəetmə orqanı sonralar, haqq qazandırıla bilən ekstremal 
hallar istisna olmaqla, onlan əsas götürməyə borcludur. Mülahizəyə görə, 
hüququn  reallaşdıniması  zamanı  fərdi  qərarlarla  əlaqədar  məhkəmə 
nəzarəti iki baxımdan həyata keçirilir: direktivin özünün əsaslandırılmış 
olması  baxımından  (çünki  onun  administrasiya  tərəfindən  tətbiq  edilən 
qanunun  məqsədlərinə  uyğun  olub-olmadığını  yoxlamaq  vacibdir)  və 
direktivin  fərdi  şəkildə  yerinə  yetirilməsi  baxımından,  o  cümlədən, 
ümumi qaydalardan yol verilmiş 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin