Standartlaşdırma işlərinə dövlət nəzarəti



Yüklə 40,9 Kb.
tarix25.04.2017
ölçüsü40,9 Kb.
#15751
M Ü H A Z İ R Ə 7

Standartlaşdırma işlərinə dövlət nəzarəti




Plan:

  1. Dövlət nəzarətinin başlıca vəzifələri.

  2. Dövlət nəzarətinin əsas prinsipləri.

  3. Pozuntulara görə dövlət sanksiyaları


Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Agentliyi (Azərdövlətstandart) və habelə,onun ərazi orqanlarının əsas fəaliyyət sahələrindən biri standartların, texniki şərtlərin tətbiq edilməsinə və onların tələblərinə riayət olunmasına, metroloji təminatın və sənaye məhsullarının keyfiyyətinə dövlət nəzarətindən ibarətdir. Dövlət nəzarətinin məqsədi standartlaşdırma sahəsində yol verilmiş bütün pozuntulara görə xəbərdarlıq etmək, tədbirlər görmək, bu pozuntuları aradan qaldırmaq və bununla da həm dövlətin, həm təsərrüfat subyektlərinin, həm də istehlakçıların hüquq və mənafelərini qorumaqdır.

Dövlət nəzarətinin başlıca vəzifələri standartların, texniki şərtlərin və ölçmə vasitələrinin elmi-texniki səviyyəsini ekspertiza etmək və onların işlənib hazırlanmasında elmin və texnikanın nailiyyətlərinin daha səmərəli istifadəsinə kömək etməkdən ibarətdir. Dövlət nəzaərtinin səmərəliliyi üç prinsipə riayət olunması ilə təmin olunur:

  1. Yoxlamaların qeyri - asılılığı (inzibati və bir sıra hallarda texniki);

  2. Yoxlamaların kompleksliliyi;

  3. Yoxlamaların planlı olması prinsipi.

Dövlət nəzarətini Azərdövlətstandartın yerlərdə fəaliyyət göstərən standartlara və ölçmə vasitələrinə nəzarət üzrə dövlət müfəttişləri həyata keçirirlər.

Yoxlamalara Azərdövlətstandartın dövlət nəzarətçisi kimi attestasiya olunmuş və bu işə xüsusi tapşırığı olan vəzifəli şəxs rəhbərlik edir. Yoxlamalara nazirliklərin və şirkətlərin nümayəndələri, məhsulu istehsal edən və istehlakçı müəssisələrin

mütəxəssisləri, keyfiyyət üzrə müfəttişliklərin,elmi–tədqiqat institutlarının, konstruktor bürolarının, alı təhsil müəssisələrinin nümayəndələri cəlb edilə bilərlər.

Aşağıdakı müəssisə və təşkilatlarda dövlət nəzarəti aparılır:

  • məhsul istehsal edən müəssisələr;

  • məhsulu istehlak edən müəssisə və təşkilatlar;

  • təmir müəsissələri;

  • nəqliyyat müəssisə və təşkilatları;

  • ticarət təşkilatları və ixrac təşkilatlarının bazaları;

  • elmi-tədqiqat, layihə-konstruktor və texnoloji təşkilatlar;

  • ali və orta ixtisas təhsil müəssisələri və texniki peşə məktəbləri (bu, Azərdövlətstandartın xüsusi tapşırığı əsasında aparılır) .

Yoxlamanın aparılmasını asanlaşdırmaq və bütün yoxlamaların eyni olması (yəni yoxlanılan sualların sayı və baxılma dəqiqliyi) üçün ayrıca təlimat və tipli yoxlama formaları tətbiq edilir.

Yoxlamalar ilkin (kompleks) və təkrar yoxlamalara bölünür. Kompleks yoxlama zamanı hər bir yoxlama obyekti üçün yoxlamanın əsas məzmunu müəyyənləşdirilir və eyni zamanda əlavə yoxlama momentləri sadalanır. Aktda bütün yoxlanılan məsələlələr (suallar) üzrə həqiqi vəziyyət əks olunur və aşkar olunan pozuntuların səbəbləri açıqlanır.

Pozuntuların xarakterindən asılı olaraq yoxlama iştirakçıları onlara verilmiş hüquqlardan istifadə edərək bütün tədbirləri görürlər ki,bu pozuntular dayandırılsın və gələcəkdə təkrar olunmasın.Bu məqsədlə yoxlayıcılar lazımi sənədlər tərtib edirlər(məsələn,məhsulun müəssisədən kənara çıxarılmasının qadağan edilməsi haqqında və yaxud digər iqtisadi sanksiyalar haqqında) və"Yoxlamanın nəticələrinə görə göstərişlər"işləyib hazırlayırlar.Bu sənəd standartlaşdırma və metrologiya üzrə ərazi orqanının rəhbəri tərəfindən təsdiq olunduqdan sonra yoxlanılmış müəssisəyə,onun tabe olduğu nazirliyə,şirkətə göndərilir.

Yoxlanılmış müəssisənin rəhbəri alınmış sənədlər əsasında yoxlama nəticəsində üzə çıxarılmış pozuntuların aradan qaldırılması üçün təşkılati-texniki tədbirlər planı tərtib edir və onu yoxlamanı aparmış standartlaşdırma təşkilatına və özünün yuxarı təşkilatına göndərir.

Azərdövlətstandartın ərazi orqanı müəssisə tərəfindən göstərilmiş pozuntuların qoyulmuş müddətdə aradan qaldırılmasını müəyyənləşdirmək ücün təkrar yoxlama aparır.

Standartlaşdırma sahəsində hər bir pozuntuya görə müqəssir şəxslər üçün cəza tədbirləri (sanksiyalar) nəzərdə tutulur.

Əgər dövlət nəzarəti nəticəsində standartların (texniki şərtlərin) tələblərinə cavab verməyən aşağı keyfiyyətli məhsul istehsalı aşkar edilmişdirsə, onda bu partiya məhsulun satılması tamam qadağan edilir, yaxud aşkar olunmuş pozuntular aradan qaldırılana və ikinci yoxlama aparılıb qurtarana qədər məhsul müəssisədə saxlanılır. Əgər həmin müəssisədə istehsalın təşkili və vəziyyəti standartın tələblərinə uyğun keyfiyyətdə məhsul istehsalına imkan vermirsə, onda müəyyən tarixdən aktda göstərilən bütün məhsulun satışı qadağan olunmalıdır.

Azərdövlətstandart aşağıdakı pozuntulara görə sanksiyalar tətbiq edir:

  1. İstehsalçılara (icraçılara, satıcılara) aşağıdakılara görə:

- lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan satılan təhlükəli malların(zəhərlər,kimyəvi preparatlar,partlayıcı və yanğın təhlükəli maddələr və s.) satılmasına görə - satılmış malların qiymətinin 50 faizi miqdarında;

- insanların həyatının, sağlamlığının, əmlakının və ətraf mühitin təhlükəsizliyinə dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malların respublika ərazisində satılmasına görə - satılmış malların qiymətinin 50 faizi miqdarında;

- standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli məhsul buraxılmasına və satılmasına ,işlərin görülməsinə, xidmətlərin göstərilməsinə görə - istehsal olunmuş və satılmış məhsulun, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin qiymətlərinin 100 faizi miqdarında;

- buraxılması və satılması qadağan olunmuş malların satılması , işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100 faizi miqdarında;

  • məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış məhsullların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - satılmış məhsulun, yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətləinin 25 faizi miqdarında;

  • malların (işlərin,xidmətlərin) sertifikatlaşdırılma qaydalarının istehsalçı(icraçı,satıcı) tərəfindən pozulmasına görə - sertifikatlaşdırılma qaydaları pozulmaqla satılmış malların qiyməti miqdarında.

  1. Sertifikatlaşdırma qaydalarının sertifikatlaşdırma üzrə orqanlar və sınaq laboratoriyaları tərəfindən pozulmasına görə - sertifikatlaşdırma üzrə işlərin qiymətinin iki misli miqdarında.

Sanksiyanın məbləği 10 milyon manatdan yuxarı olarsa, onun tətbiq olunması haqqında sərəncam Azərbaycan Respublikasının standartlara və ölçmə vasitələrinə nəzarəti üzrə baş dövlət müfəttişi tərəfindən verilir.

Standartların və digər normativ sənədlərin tələblərinin pozulmasına görə təsərrüfat subyektlərinin rəhbərləri üçün inzibati məsuliyyət müəyyən edilmişdir.Aşağıdakı pozuntulara görə xəbərdarlıq və yaxud vəzifə maaşının üç misli miqdarında cərimə müəyyənləşdirilmişdir:

  • normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalı və satışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi;

  • məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış məhsulun satılması nəticəsində xidmətlərin göstərilməsi;

  • standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı,sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli məhsulun istehsalı və satışı;

  • istehlakçıların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik üzrə Azərbaycan Respublikasında qüvvədə olan standartların və digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş məhsulun satılması;

  • lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumatı olmayan təhlükəli məhsulun satılması.

  • məhsulun sertifikatlaşdırılması qaydalarının sertifikatlaşdırma orqanı və sınaq laboratoriyası tərəfindən pozulması;

  • yoxlanışdan,metroloji attestasiyadan və yaxud dövlət sınaqlarından keçməmiş ölçmə vasitələrinin istifadəyə buraxılması, həmcinin onları işlətmə qaydalarının pozulması

-müəyyən olunmuş qaydada müvafiq icazəsi olmadan təsərrüfat subyektlərinin ölçmə vasitələrinin istehsalı,təmiri və yoxlanılması,habelə yoxlanış qayda və metodlarının pozulması

3. Məhsulların satılmasının, tədarükünün, göndərilməsinin, işlərin yerinə yetirilməsinin,xidmətlərin göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında sərəncamların pozulmasına görə minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə müəyyən edilir.

4. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifəli şəxsləri müvafiq qaydada onlara həvalə edilmiş vəzifələri yerinə yetirməməyə, səlahiyyətlərini aşmağa, dövlət və ya kommersiya sirlərini açmağa, əsassız yoxlama və müdaxilələrə yol verməyə, habelə standartlaşdırma haqqında qanunvericiliyi pozmağa görə minimum əmək haqqı məbləğinin 30 misli miqdarında cərimə olunur.

Qüvvədə olan qaydalara görə sanksiya barədə sərəncam almış təsərrüfat subyekti ona xidmət göstərən bank vasitəsilə 30 gün ərzində sanksiya məbləğinin 50 faizini dövlət büdcəsinə,35 faizini yerli büdcəyə və 15 faizini Azərdövlətstandartın hesabına ödəməlidir.Bu qaydalara əsasən istehsalçı,icraçı və satıcı təşkilatların,sertifikatlaşdırma üzrə orqanın,sınaq laboratoriyalarının rəhbərləri onlara təyin olunmuş cəriməni bu barədə qərarın təqdim olunmasından 15 gündən gec olmayaraq Azərbaycan Respublikası əmanət bankı idarəsinə ödəməlidir.Müəyyən olunmuş müddətdə qanun pozucusu cəriməni ödəmədikdə Azərdövlətstandartın ərazi orqanının vəzifəli şəxsləri cərimə barədə qərarı qanun pozucusunun əmək haqqından cərimənin miqdarını məcburi qaydada tutmaq üçün onun iş yeri üzrə rayon(şəhər məhkəməsinə) göndərir.



Azərdövlətstandartın yüksək vəzifəli şəxsinə və yaxud rayon(şəhər) prokuroruna cərimə barədə sərəncam daxil olduqdan sonra bir ay ərzində şikayət etmək olar. Bu halda şikayətin surəti həmin müddətdə cərimə barədə sərəncam vermiş Azərdövlətstandartın ərazi orqanına göndərilir. Onlar da öz növbəsində təsərrüfat subyektinin xahişi ilə iş üzrə bütün materialları tələb olunan yerə təqdim etməlidirlər. Bu şikayətə daxil olduqdan 15 gündən gec olmayaraq baxılır. Şikayətə baxıldıqdan sonra aşağıdakı qərarlardan biri qəbul edilir:

    1. Cərimə barədə qərar olduğu kimi saxlanılır, şikayət qəbul edilmir;

    2. Qərar ləğv olunur.






Yüklə 40,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin