nunvericinin əleyhinə çıxaraq müəyyənləşdirmişdir ki, «heç bir şikayət
ola bilməz» formulu hakimiyyət səlahiyyətini aşmağa görə şikayət
verilməsi hüququnu^5, yaxud kassasiya şikayəti hüququnu^^ istisna
etmir.
Bu məhkəmə praktikası geniş ictimaiyyətə məlum olan, siyasi
dairələrdə çaxnaşma yaradan bir işdə öz tətbiqini tapmışdı, Dövlət Şurası
general Kanalın işi üzrə qərara almışdı ki. Respublika Prezidenti
ordonans yolu ilə xüsusi hərbi məhkəmə - qərarı kassasiya şikayəti
obyekti olmayan məhkəmə yaratmaq hüququna malik deyildir.
Digər ümumi hüquqi prinsiplər də mövcuddur; burada onlardan
yalnız ən səciyyəvi olanlar göstərilmişdir. Lakin hüququn ümumi
prinsiplərinin nəzəriyyəsi Fransa hüququnun ən diqqətəlayiq və
möhtəşəm yaradıcılıq məhsullarından biridir.
Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsində
əsas hüquqlar, azadlıqlar və vəzifələr vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsinə həsr edilmişdir.
Azərbaycan Respublikasının vətəndaşlarının inzibati hüquqi
statusu dedikdə icra hakimiyyəti sahəsində onlara verilmiş hüquq və
azadlıqların və onların üzərlərinə qoyulmuş vəzifələrin məcmusu başa
düşülür. Vətəndaşların inzibati hüquqi statusunun elementləri: inzibati
hüquqi qabiliyyət, inzibati fəaliyyət qabiliyyəti, inzibati hüquqlar,
vəzifələr və məsuliyyətdir.
Dostları ilə paylaş: