Müdafiə hüququna hər hansı şəxsə qarşı onun hüquqlarını və
azadlıqlarını pozan sanksiyalar, məsələn, cinayət cəzası hadisəsi baş
verdikdə həmin şəxsin müdafiə olunmaq imkanı kimi tərif verilə bilər.
Bu, indi dünyada hamılıqla qəbul olunmuş, o cümlədən
Beynəlxalq insan hüquqları Bəyannaməsində qeyd edilmiş hüquqdur. O,
ingilislərin təbii ədalət hüququ adlandırdıqları, bu mənada Fransanın
«ümumi hüquq prinsipi»nə ekvivalent olan anlayışa üzvi şəkildə daxil
olur.
Bu hüquq əvvəlcə məhkəmə proseslərində, o cümlədən intizam
məsələlərinə baxan məhkəmələr
tərəfindən^^
tətbiq edilən cəza tədbirləri
ilə əlaqədar qərar çıxanlarkən ümumi hüquqi prinsip kimi meydana
gəlmiş, sonra isə inzibati prosesə şamil edilməyə başlamışdır.
Əslində bu hüquq şəxsi dosye materiallarının məmurların
nəzərinə çatdırılması hüququ haqqında 22 aprel, 1905-ci il tarixli qanunla
inzibati proses üçün formalaşdırılmışdı. Lakin həmin qanunun qəbul
edildiyi vaxtdan bəri Dövlət Şurası xeyli məhkəmə təcrübəsi yaratmışdır
ki, bu da normanın tətbiq dairəsini genişləndirmiş və ona ümumi norma
xarakteri vermişdir.
İndi qanunda deyildiyi kimi, «şəxslə əlaqədar» hər hansı
tədbirdən əvvəl çəkişmə (mübahisə, münaqişə) prosesi getməlidir. Bu,
yalnız intizam tədbirlərinə deyil, misal üçün şəxsin tutduğu vəzifəyə
qeyri- müvafiqliyi ilə bağlı tətbiq edilən tədbirlərə, habelə hökumətin
mülahizəsi ilə, ən yüksək rütbələr də daxil olmaqla, vəzifələrə təyin
olunan məmurlara münasibətdə tətbiq edilən tədbirlərə də aiddir.
Dövlət Şurası sonralar məhkəmə praktikasını dövlət qulluğu
hüdudlarından kənara çıxartdı, onu administrasiya ilə hər hansı
münasibətlərdə olan vətəndaşlara da şamil etməyə başladı.^4 Dövlət
administrasiyası üçün müdafiə hüququ haqqında müddəa həmçinin
müdiriyyət və vətəndaşlar arasındakı münasibətlərə aid 28 dekabr 1983-
cü il tarixli dekretin 8-ci maddəsində də təsbit edilmişdir.
Şikayət vermək hüququna uyğun olaraq inzibati və yaxud
məhkəmə xarakterli hər hansı qərardan azı bir şikayət verilə bilər.
Bu prinsip Dövlət Şurasının qərarında, o cümlədən qərarlarından
şikayət verilməyən qanunverici xüsusi qeyd etdiyi hallarda da dəfələrlə
təsdiq edilmişdir. Hətta
göstərilən halda belə, Dövlət Şurası qa-
Dostları ilə paylaş: