Müstəqillik prinsipi. İyerarxik tabelik prinsipi eyni bir hüquqi şəxs
hüdudlarında fəaliyyət göstərdiyi halda, müstəqillik prinsipi müxtəlif
hüquqi şəxslər arasındakı münasibətlərdə fəaliyyət göstərir. Hər bir
kollektiv digər kollektivə münasibətdə müstəqildir və bu, belə bir klassik
formulda ifadəsini tapır ki, həmin formula uyğun olaraq müvafiq
səlahiyyətverici akt olmadan nəzarət ola bilməz. Əgər aktda bir
kollektivin digəri üzərində nəzarət tədbiri görmək imkanı xüsusi olaraq
nəzərdə tutulmursa, belə nəzarət mövcud olmayan kimi qiymətləndirilir.
Ümumi (ictimai) xidmətlərin təşkili və fəaliyyətinə aid digər
ümumi prinsiplərdə (misal üçün, dövlət təsisatlannın ixtisaslaşdırılması
prinsipi) mövcuddur.
Vətəndaş hüquqlarına dair hüququn ümumi prinsiplərinin geniş
kateqoriyası vardır. O, bir tərəfdən maddi normalar ilə, digər tərəfdən isə
prosessual normalarla əhatə edilir.
Maddi normalar üç qrupa bölünür: azadlıq, bərabərlik, geriyə təsir
qüvvəsinin olmaması ilə yerdəyişmə azadlığı, vicdan azadlığı; Fransada
müasir iqtisadi və sosial sistemdə ticarət və sənaye azadlığı, öz fikirlərini
ifadə etmək azadlığı, eləcə də bir çox digər azadlıqlar. Bu normalar
qanunlarda təsbit olunmuş və məhkəmə praktikasında geniş tətbiq edilir,
qanunlar çərçivəsində hüququn ümumi prinsipləri əsasında təmin olunur.