Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   42   43   44   45   46   47   48   49   ...   113
Bərabərlik  prinsipi
  inzibati  hüquqda  çoxsaylı  təzahür  formala-  nna 
malikdir,  eyni  zamanda  öz  şərhi  baxımından  müəyyən  çətinliklərlə 
rastlaşır. 
Vətəndaşların
 ümumi (ictimai) xidmət qarşısında bərabərliyi. Misal 
üçün, Dövlət Şurası «Opop» qəzetinin işi barədə 25 iyun 1948- ci il tarixli 
qərarında elektrik enerjisindən istifadə üçün tariflərin tətbiqi məsələsinə 
dair belə bir prinsip irəli sürmüşdü ki, eyni vaxt ərzində elektrik enerjisi 
istehlakı  üçün  sayğac  qoymayanadək  onlara  qarşı  tariflər  tətbiq  etmək 
olmaz;  eyni  zamanda  bu,  həmin  aktın  həm  geriyə  təsir  qüvvəsinin 
olmaması,  həm  də  bərabərlik  prinsipinə  əməl  edilməsi  demək  idi. 
Bununla yanaşı, Dövlət Şurası konsert cəmiyyətlərindən birinin verdiyi 
iddia üzrə 9 may, 1951-ci il tarixli qərarında Fransa 
128 


Radio  Verilişləri  Şirkəti  tərəfindən  müxtəlif  konsert  cəmiyyətlərinə  - 
Parisdə  bazar  günü  konsertlər  verilməsilə  bağlı  onların  arasında  ayrı- 
seçkilik salmağa münasibətdə şirkətin mövqeyini pislədi. 
Vergilərə  və  dövlət  rüsumlarına  cəlbetmə  sahəsində  bərabərlik 
prinsipinə  uyğun  olaraq  kommuna,  qanunda  müvafiq  meyarlar  olma- 
dıqda  öz  vergiödəyiciləri  üçün  vergi  dərəcələrinin  müxtəlif  miqdarını 
təyin etmək hüququna malik deyildir. Bununla yanaşı, dövlət tərəfindən 
vergiyə  cəlbedilmə  sahəsində  bərabərlik  prinsipi  mövcuddur,  bəzi 
hallarda  administrasiya  qeyri-qanuni  hərəkət  edərək,  faktiki  olaraq 
vətəndaşdan və yaxud vətəndaşların hər hansı kateqoriyasından rüsumlar 
tutulmasına  baxmayaraq,  onlardan  əlavə  rüsum  tuturlar.  Belə  halda 
administrasiya  cərimə  ödəməlidir.  Beləliklə,  bərabərlik  prinsipi 
məsuliyyət məsələsinə keçir. 
Dövlət  qulluğuna  qəbul  zamanı  bərabərlik  prinsipinin  tətbiqi 
prosesində  iki  qrup  mülahizədən  irəli  gələn  çətinliklər  meydana  çıxır. 
Birincisi,  bərabərlik  prinsipi,  əslində,  yalnız  faktiki  olaraq  eyni 
vəziyyətdə  olan  şəxslərlə  əlaqədar  tətbiq  edilə  bilər,  həqiqətdə  isə  heç 
zaman  belə  olmur,  çünki  onların  arasında  həmişə  fərqlər  mövcud 
olmaqdadır. Əlbəttə, belə nəticəyə gəlmək olar ki, təcrübədə bərabərlik 
olmadığına  görə  hüquqda  da  ola  bilməz.  Əslində  bu  prinsipi  tətbiq 
edərkən  əvvəlcə  müvafiq  hüquq  konstruksiyalanm  müəyyənləşdirmək 
zəruridir;  bərabərlik  prinsipi  həmin  konstruksiyalar  çərçivəsində 
fəaliyyət göstərməlidir. 
Bundan  başqa  bərabərlik  prinsipinin  fəaliyyətinə,  məhkəmə 
nəzarəti  altında  yol  verilən  ictimai  fayda  mülahizələri  ilə  maneçilik 
törətmək olar. 
Lakin həmin prinsipin tam gücü ilə fəaliyyət göstərməsi üçün iki 
şərtə  əməl  edilməlidir:  əlaqədar  şəxslər  ümumi  (ictimai)  xidmətə 
münasibətdə eyni vəziyyətdə olmalıdır və ayrı-seçkiliyə haqq qazandıran 
hər hansı ictimai fayda mülahizəsi mövcud olmamalıdır. 
Misal  üçün,  Dövlət  Şurası  həkimlər  və  sosial-təminat  orqanları 
arasında  münasibətə  və  sosial-sığorta  sistemi  üzrə  sığorta  olunmuş 
şəxsləri  müalicə  etməyə  görə  həkimlərə  haqq  ödənilməsi  məsələlərinə 
dair öz rəyini bildirməli 
olmuşdur.22 
Hökümət bir vaxt həmin problemin 
həlli  üçün  müqavilələr  sistemi  yaratmışdı.  Lakin  həkimlər  şirkəti  belə 
qərara  gəldi  ki,  bu  halda  belə  müqavilələr  bağlanmış  və  bağlanmamış 
həkimlər arasında bərabərlik prinsipi pozulur; bu prinsip xəs- 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin