xidmətin fasiləsiz fəaliyyətini təmin etməli olan fiziki şəxslərdir.
Əvvəllər hakimlər belə hesab edirdilər ki, fasiləsizlik prinsipi tətil hüququ
ilə qətiyyən bir araya sığmır və məhkəmə praktikasının bütün dövlət
funksionerlərinə tətil elan etməyi qadağan etməsinin səbəblərindən biri
də bu idi.
1946-cı il Konstitusiyasının qəbul edilməsilə bağlı olaraq belə
vəziyyət öz formasını saxlaya bilməzdi və Dövlət Şurası Deasm işinə dair
7 iyul, 1950-ci il tarixli qərarında belə bir nəticəyə gəldi ki.
Konstitusiyanın preambulasmda təsdiq edilmiş tətil hüququ prinsipini
ümumi (ictimai) xidmətlərin fəaliyyətinin fasiləsizliyi prinsipi ilə (həmin
prinsipi əvvəl irəli sürüldüyü şəkildə götürməklə) uzlaşdırmaq lazımdır.
Konsessionerlərə münasibətdə fasiləsizlik prinsipi inzibati
müqavilələr nəzəriyyəsinə, Bordo şəhərindəki işıqlandırma qurğuları Baş
şirkətinin işinə dair Dövlət Şurasının 30 mart, 1916-cı il tarixli qərarında
irəli sürülmüş gözlənilməz hallardan sığorta anlayışının tərkib hissəsi
kimi daxil olur. Sahibkar və yaxud şirkət ümumi (ictimai) xidmət
vəzifəsini konsessiya qaydasında yerinə yetirir, əhaliyə qaz verilməsini
təmin edir və bu zaman onlar bunu müəssisənin müəyyən rentabelliyə
nail olmasına imkan verən tariflərin köməyi ilə edirlər. Bu halda başlıca
tariflər saxlanılır, maya dəyəri isə artır. Bundan asanlıqla nəticə çıxarmaq
olar ki, müəssisə daha mənfəət əldə etməyəcək və zərərə düşəcəkdir. Bu
məqamda onun zərərlə işləyən müəssisələri adi üsula əl atmaqla
müəssisənin xidmətinin fəaliyyətini dayandırırlar. Lakin ümumi (ictimai)
xidmətin fəaliyyətinin bu cür dayandırılmasına yol vermək olmaz. Dövlət
Şurası bu zaman belə bir qərara gəldi ki, ümumi xidmətin fasiləsiz
fəaliyyətinin təmin olunması üçün administrasiya konsessionerin
şəxsində müəssisəyə kompensasiya ödəməli və maya dəyərinin
artmasının neqativ nəticələrini (heç olmazsa qismən) öz üzərinə
götürməlidir.
Bu cür məhkəmə praktikası fasiləsiz qaz təchizatının verilməsini
nəzərə alaraq, belə qaydanı qəbul edir.
Dostları ilə paylaş: