rədə Lüksemburqdakı məhkəməyə müraciət etməmişdi.'^ Bu məsələnin
həllində hüquqi millətçilik təzahürü görən deputatlar Avropa parlamentinə
bir sıra yazılı sorğular göndərməklə kifayətlənmişlər. O vaxtdan etibarən
Dövlət Şurası bəzi qərarların mətnləri və qərar hissələrini aydınlaşdırmaq
məqsədi ilə təfsir üçün Lüksemburqdakı məhkəmənin
müzakirəsinə versə
də
,20
məhkəmə praktikasında yuxarıda göstərilən xətti dəfələrlə müdafiə
etmiş və Lüksemburq məhkəməsindən fərqli olaraq müəyyənləşdirmişdi
ki, Roma müqaviləsində göstərilənlər aydındır, onlar sadəcə həyata
keçirilməlidir.
Sözün əsl mənasında qanunlar normativ sənədlər adlanan aktların
əsas məcmusunun ən qədim və ən çoxsaylı kateqoriyasını təşkil edir.
Onlar hələ konstitusiyalar meydana çıxmazdan əvvəl və beynəlxalq
müqavilələrin
dövlətdaxili
qanunvericiliyə
birləşdirilməsinə
başlanmasından çox-çox əvvəl mövcud olmuşdur.
İndi tətbiq edilən qanunların bəziləri öz kökləri ilə çox qədim
zamanlara gedib çıxır: deməli, «qanun» adlandırılan aktların məcmusu
müxtəlif adlar daşımaqla və müxtəlif dövrlərdə qəbul olunmuş müəyyən
sayda aktları əhatə edir (Dövlət Şurası nisbətən yaxın vaxtlarda dövlət
mülklərindən birinin müqəddəratı ilə əlaqədar 1566-cı il tarixli Mulen
ediktini tətbiq etməli olmuşdu).
Nəzəri cəhətdən iyerarxiya mövcuddur: Konstitusiya bütün qalan
aktlann qüvvəsindən
üstün qüvvəyə malikdir, beynəlxalq müqavilələr isə.
Konstitusiyanın 55-ci maddəsinə uyğun olaraq, qanunlara nisbətən daha
yüksək qüvvəyə malik olmalıdır.
Lakin praktikada bu üstün hüquqlar heç də həmişə təsbit olunmur.
Bu prinsip Dövlət Şurası tərəfindən 6 noyabr, 1936-cı il tarixdə
Arriqinin işinə dair qərarda irəli sürülmüş, sonra isə dəfələrlə təsdiq
olunmuşdur. O, ölkədə və xaricdə beynəlxalq müqavilələrin
səmərəliliyinə şübhə doğurmuşdu, çünki hakimlərin tutduqları mövqe
Konstitusiyanın 55-ci maddəsinə əsaslanırdı. Manna yarması istehlakçılan
ümumi həmkarlar ittifaqının işinə dair 12 mart, 1968-ci il tarixli qərarı ilə
Dövlət Şurası müəyyən etdi ki, Avropa reqlamentlərindən sonra qəbul
edilmiş daxili qanun, hətta həmin reqlamentlərə zidd olsa da, tətbiq
edilməlidir. Belə məhkəmə praktikası beynəlxalq hüquq
sahə-
Dostları ilə paylaş: