Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§ 3. Administrasiya qulluqçularının vəzifahri anlayışı, məzmunu və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   34   35   36   37   38   39   40   41   ...   113
§ 3. Administrasiya qulluqçularının vəzifahri anlayışı, məzmunu və 
xüsusiyyətləri 
Vəzifələrin hüquqi formada təsbit edilməsi problem xarakterli bir 
neçə vəziyyətin qaydaya salınması zərurəti ilə bağlıdır. 
Əvvələn, belə vəzifələr aşağıdakı ən müxtəlif nöqteyi-nəzərlər və 
mənafelər  üzrə  ümumi  məqsədlərin  təmin  edilməsi  naminə 
müəyyənləşdirilir: qanunlaırn tətbiq edilməsində və müdiriyyətin hüquq 
normalarına uyğun fəaliyyət göstərməsində ümumiyyətlə marağı olan və- 
112 


təndaşlann  mənafeləri  üzrə;  ilk  növbədə  dövlət  vəsaiti  olan  vergilərin 
mənafeləri üzrə, yəni vergi şəklində tutulan və vergilərdən daxilolmalar 
hesabına  toplanan  vəsaitlərin  israfçılığına  yol  verməmək  məqsədini 
qanunla  qoruyur  və  nəhayət,  dövlət  idarəetmə  orqanları  ilə 
münasibətlərin  sabit  və  qanuni  əsaslar  üzərində  qurulmasında  marağı 
olan vətəndaşların mənafeləri nəzərə alınır. 
Lakin unutmaq olmaz ki, həmin vəzifələr, həmçinin Alfons Al- 
lenin  aşağıdakı  məşhur  kəlamı  tətbiq  edilə  bilən  inzibati  orqanların 
özlərinin mənafeləri naminə müəyyənləşdirilir; «Mən şirnikmədən başqa 
bir  şeyə  müqavimət  göstərirəm».  İdarəetmə  orqanlarının  vəzifəli 
şəxslərinin məruz qala biləcəkləri korrupsiya bəlasından yaxa qurtarmaq 
böyük əhəmiyyət kəsb edir. 
Doğrudan  da,  bəzən  qanunsuz  hərəkət  etmək  işi  qanuni 
görməkdən asandır. Heç kim korrupsiyaya düçar olmaq bəlasından azad 
deyil;  bir  halda  ki,  administrasiyanın  çox  böyük  səlahiyyətləri  vardır, 
həmin səlahiyyətləri həyata keçirən vəzifəli şəxslər maliyyə fırıldaqları 
törətməklə  şirniklənə  bilərlər;  bir  sıra  ölkələrdə  kəskin  şəkildə  qarşıya 
çıxan  bu  problem  Fransada  da  mövcuddur.  Laqeydlik,  qanunsuzluğa 
etinasızlıq,  təşəbbüskarlığın  olmaması,  tənbəllik  təzahürü  üçün  həmişə 
geniş meydan vardır və dövlət idarəetmə aparatını ilk növbədə bunlardan 
qorumaq məsələsi dayanırdı. 
Bəzi  sadə  sayılan  qaydalar  bu  məqsədlə  tətbiq  edilirdi.  Dövlət 
qulluğuna  qəbulun  müsabiqə  qaydası  buna  misal  ola  bilər.  Müsabiqə 
haqqında  qaydalar  kadrların  seçilməsində  özbaşınalıq,  tayfabazhq, 
dostbazlıq, gizli və ya açıq rüşvətxorluq, hədə ilə (zorla, fırıldaqla) pul 
qoparmaq  hallarından  yaxa  qurtarmağa  imkan  yaradır  və  şəxslərin 
müsabiqəyə buraxılmasına yol verirdi. 
Administrasiya  üçün  müəyyən  edilmiş  açıq  müqavilələr 
bağlanması  qaydası  qulluqçuların  rüşvətə  uymasına  yol  verməmək  və 
bütün namizədlərin bərabərliyini təmin etmək məqsədilə tətbiq olunurdu. 
İdarəetmə orqanlarının vəzifəli şəxsləri çox zaman bu tələblərdən 
yan  keçməyə,  xüsusi  hüquq  normalarından  istifadə  etməyə  cəhd 
göstərirdilər.  Bəzi  idarəetmə  orqanlarının  sənaye  və  ticarət  yönlü 
xidmətlərə çevrilməsi məhz bununla izah olunur. İctimai bölmənin idarə 
olunmasını  təmin  etmək  məqsədilə  xüsusi  orqanlara  müraciət  etmə 
hallarının  çox  olması  məhz  ona  görə  idi  ki,  inzibati  hüquq  sahəsinin 
məhdudiyyətləri həmin orqanlara tam şamil edilmirdi. 
Lakin idarəetmə orqanlarının rəhbərləri və digər vəzifəli şəxslər 
çox zaman onlara həvalə olunmuş vəzifələrdən razı qalırlar, çünki həmin 
vəzifələrlə onlar nəinki təkcə şirniklənmələrdən, həm də öz ün 
113 


vanlarına 
deyilən 
tənqiddən 
müəyyən 
dərəcədə 
qorunurlar. 
Administrasiyanın  ümumi  hüquq  rejiminə  tabe  olduğu  şəraitdə  isə  onu 
həmin rejimə tabe olmağa məcbur edən vasitələr də mövcuddur və buna 
görə onları tənqiddən tamamilə xilas etmək qeyri-mümkündür. 
Administrasiyanın  qulluqçularının  vəzifələrini iki  əsas  cəhətdən 
qiymətləndirmək  olar:  qanunçuluq  prinsipi,  yəni  idarəetmə  aparatının 
qanunla bağlılığı baxımından və məsuliyyət prinsipi nöqteyi-nəzərindən. 
İkinci cəhətə uyğun olaraq administrasiya, xüsusilə öz günahı və yaxud 
xidməti  qüsurları  nəticəsində  işçilərə  zərər  vurduqda  dəymiş  ziyanı 
ödəmyə borcludur. 
Qiymətləndirmənin üçüncü cəhətinə hüquqi nəzarət prinsipini də 
əlavə  etmək  olar;  o,  törəmə  olsa  da,  birinci  iki  prinsipi  xeyli  dərəcədə 
tamamlayır,  çünki  mənəvi  tələblərin  səmərəliliyi  o  halda  daha  yaxşı 
təmin  edilir  ki,  vəzifələrin  icra  keyfiyyətinə  görə  sanksiyalar  nəzərdə 
tutulmuş  olsun.  Hər  iki  prinsip  -  qanunilik  də,  məsuliyyət  də, 
qulluqçuların  vəzifələrinə  aiddir.  Belə  bir  fikri  sadəcə  bəyan  etməklə 
kifayətlənmək  olardı  ki,  administrasiya  qanuna  riayət  etməyə  və  öz 
vəzifələrini yerinə yetirməyə borcludur. Lakin göstərilən prinsiplərə əməl 
edilməsinə məhkəmə müdaxiləsi də prinsipial əhəmiyyət kəsb edir, yəni 
hüquqi nəzarətin müxtəlif növlərinə əsaslanan bu müdaxilə olmazsa, belə 
sistemin səmərəsi mümkünsüzdür. 
Qanunun 
və 
məsuliyyətin 
davranış 
tədbirləri 
yalnız 
administrasiya  üçün  irəli  sürülmür.  Vətəndaşlar  da  qanunçuluq  və 
məsuliyyət prinsiplərinə əməl etməyə borcludurlar. Qanunçuluq prinsipi 
Mülki  Məcəllənin  1-ci  maddəsində  ifadə  edilmişdir:  «Heç  kəs  qanunu 
bilmə- məklə özünə bəraət qazandıra bilməz». Bu o deməkdir ki, qanunu 
nəinki  yalnız  bilmək,  həm  də  ona  əməl  etmək  lazımdıır.  Məsuliyyət 
prinsipi Fransanın Mülki Məcəlləsinin 1382-ci maddəsində öz ifadəsini 
tapmışdır. 
Bu  prinsiplərə  əməl  edilməsi  şərtləri  idarəetmə  orqanları  və 
xüsusi  şəxslər  üçün  heç  də  hər  cəhətdən  eyni  şəkildə  nəzərdə 
tutulmamışdır.  İnzibati  hüquqla  xüsusi  hüquq  arasında  əsas  fərq  də 
bundadır. 
Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinin 2-ci 
bəndinə  əsasən,  Azərbaycan  Respublikasının  vətəndaşları  dövlət 
orqanlannda  qulluq  etmək  imkanına  malikdirlər.  Konstitusiyanın  bu 
maddəsinə  görə,  dövlət  orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan 
Respublikasının  vətəndaşlan  sırasından  təyin  olunurlar.  Əcnəbilər  və 
vətəndaşlığı  olmayan  şəxslər  isə  dövlət  qulluğuna  qanunla 
müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. 
«Dövlət qulluğu haqqında» Qanun icra hakimiyyəti orqanları. 
114 


qanunvericilik  və  məhkəmə  hakimiyyətləri  orqanları  aparatında  dövlət 
qulluğuna keçən qulluqçulara şamil edilir. 
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və 
digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  dövlətin  məqsədlərinin  və 
funksiyalarının  həyata  keçirilməsi  sahəsində  dövlət  qulluqçularının  öz 
vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 
Dövlət qulluqçularının əsas hüquq və vəzifələri «Dövlət qulluğu 
haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. 
Azərbaycan Respublikasının inzibati hüququnda və «Dövlət qulluqçuları 
haqqında» Qanunda bu barədə geniş şəkildə izahat verilmişdir. 
Dövlət  qulluqçularının  xidməti  hüquq  və  vəzifələrinin  həyata 
keçirilməsi  üçün  dövlət  tərəfindən  normal  şərait  yaradılır.  Məsələn, 
hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq 
etməyə görə (Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi), təhqir 
etməyə  görə  (Azərbaycan  Respublikası  CM-nin  148-ci  maddəsi)  və 
dövlət  qulluqçularının  vəzifələrinin  yerinə  yetirilməsinə  maneçilik 
törədən və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe ol- mamağa 
görə inzibati məsuliyyət nəzərdə tutulur. 
115 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin