siya daşıyır. Hakimiyyətlərin bölüşdürülməsi prinsipi ilə əlaqədar olaraq
inzibati tribunallar administrasiyanın fəaliyyətinə müdaxilə etmək
hüququna malik deyildirlər, odur ki, onlar qulluqçular tərəfindən yol
verilən vəzifə xətalarına görə təqsirləndirilə bilməzlər.
Elə ola bilər ki, iddia səhvən ümumi mülki məhkəmə qarşısında
irəli sürülsün, lakin bu zaman münaqişə yaranmayacaqdır. Başqa sözlə,
vəzifəli şəxsin öz fəaliyyətini yerinə yetirərkən yol verdiyi səhv
nəticəsində zərər çəkmiş şəxs ona qarşı mülki məhkəmədə iddia qaldırır
və vəzifəli şəxs tərəfindən cərimə ödənilməsi barədə qərar qəbul
edilməsinə nail olur. Qulluqçuların 1959-cu il tarixli ümumi statusunda
təkrar edilmiş 1946-cı il tarixli ümumi statusu
nəzərdə tuturdu ki, «dövlət
idarəetmə orqanı qulluqçunu mülki məhkəmələrin ona qarşı çıxardığı
qərarlardan müdafiə etməlidir». Kommuna administrasiyasının ştat heyəti
haqqında 1952-ci il qanununa da həmin müddəa daxildir və o, 13 iyul,
1983-cü il tarixli qanunun 11-ci maddəsi ilə əlaqədar olaraq bütün dövlət
və ərazi xidmətlərinə münasibətdə qüvvədədir. Dövlət Şurası həmin
müddəanı hətta dövlət xidmətinin hüquqi aktının mətnində xüsusi göstəriş
olmadan tətbiq edilən ümumi hüquqi prinsip səviyyəsinə qaldırmışdır.'2
Beləliklə, qulluqçu ikiqat müdafiədən istifadə edir, məhkəmələrin
qərarları, adətən, idarəetmə orqanının öz ünvanına qəbul edilir: məhkəmə
vəzifəli şəxslə əlaqədar qərar çıxardıqda, administrasiya onun əvəzinə
cəriməni özü verir və yaxud onun ödədiyi məbləğ üçün kompensasiya
ödəyir.
Bununla
belə,
qulluqçunun
immuniteti
tam
müəyyənləşdirilmişdir; administrasiya zərərçəkənə ödəməli olduğu
cərimənin məbləğini öz qulluqçusundan tuta bilər.Lakin administrasiya bu
hüquqdan çox nadir hallarda istifadə edir. Praktikada, qulluqçulara demək
olar ki, XIX əsrdə olduğu kimi səmərəli olan «təminatlar» şəklində
müdafiə şamil edilir.
Daha sonralar idarəetmə aparatının qulluqçuları öz vəzifələrinin
icrası zamanı təhqirlərdən, hədələrdən və yaxud qəsdlərdən müdafiə
hüququ əldə etdilər. Belə xarakterli müdafiə tədbirləri dövlət
qulluqçularının 1946-cı il tarixli ümumi statusunda nəzərdə tutulmuş,
sonra isə 4 fevral, 1959-cu il tarixli ordonansla təsdiq edilmişdi və hazırda
da 13 iyul, 1983-cü il tarixli qanunun 11-ci maddəsində nəzərdə
tutulmuşdur.
Bu maddəyə uyğun olaraq,
hökumət dövlət qulluqçula-
Dostları ilə paylaş: