“ Dövlət Şurasının Mozelyenin işinə dair 10 oktyabr, 1969-ju il tarixli qərarı.
’ Münaqişələr üzrə Tribunalın Flavinyanın işinə dair 10 oktyabr, 1969-ju il tarixli qoran.
Münaqişələr üzrə Tribunalın ər-arvad Pelelərin işinə dair 25 noyabr, 1963-jü il tarixli
qəran.
" Münaqişələr üzrə Tribunalın Sen-Just-Şaleysen kommunasının işinə dair 25 noyabr,
1963-jü il tarixli qəran.
104
həyata keçirmişdi. Belə hesab edilmişdi ki, bu nəinki yaşayan
vətəndaşların, həm də ölülərin hüquqlarının, yaxud qərarda deyildiyi
kimi, «mərhumlara ehtiram təzahürü» olan əsas hüquqlann pozulmasıdır.
Söhbət cinayət sanksiyaları nəzərdə tutan reqlamentar bələdiyyə qərarının
yerinə yetirilməsindən getdiyinə görə, bələdiyyə qəbirqazanları merin
əmrini, əsasən, icra etmişlər. Bu icra da özbaşınalıq kimi
qiymətləndirilmişdi.
Hazırda «özbaşınalıq» anlayışı tənqidə məruz qalır. Əvvəlcə bu
anlayış
vətəndaşların
müdafiəsinə
yönəldilmiş
tədbir
kimi
qiymətləndirilirdi və hesab edilirdi ki, belə hallarda administrasiya ciddi
qeyri- qanuni hərəkətlərə yol verdiyinə görə bunlar hüquq çərçivəsindən
kənara çıxmışdı; yəni administrasiya hüquqi deyil, faktiki tədbirlərdən
istifadə etmişdi və buna görə də münaqişə baş verəcəyi təqdirdə, o,
məhkəmə məsuliyyətinə cəlb edilməli idi.
Lakin müdafiə mexanizmləri bəzən vətəndaşlara və
zərərçəkənlərə qarşı yönəlir, çünki praktikada özbaşınalıq aktı
törədildiyini və yaxud qanuni iş görüldüyünü müəyyən etmək asan olmur.
Səhvlərə yol verilir və zərərçəkənlər bu zaman inzibati ədliyyənin
köməyinə əl atır - əvvəlcə inzibati tribunala, sonra isə Dövlət Şurasına
müraciət edirlər. Dövlət Şurası müəyyən etmişdi ki, onlar şikayət
etməkdə və cərimə ödənilməsi tələbi irəli sürməkdə haqlıdırlar. Lakin
onların şikayət etdikləri qeyri-qanuni hərəkətlər o qədər ciddidir ki,
inzibati hakim vəziyyəti düzəldə bilməz, buna görə onlar iddia ilə ümumi
məhkəməyə müraciət etməlidirlər. Belə bir tələbin olması şikayətçiləri
qane etmirdi.
Bəzi müəlliflər soruşurdular: XIX əsrin əvvəlində meydana
çıxmış şəxsiyyətin hüquq və azadhqlan konsepsiyası ilə bağlı olan
özbaşınalıq hərəkətləri nəzəriyyəsindən imtina edilməlidirmi? Bütün
hallarda belə hesab edilir ki, özbaşınalıq, hüquqa əsaslanmasından və ya
faktiki törədilməsindən asılı olmayaraq, inzibati ədliyyə yurisdiksiyası
rejiminə aiddir.
Administrasiyanın səlahiyyətləri heç vaxt mütləq olmamışdır.
Bunlar həmişə müəyyən çərçivələrə salınmış, bir sıra şərtlərə əməl
edilməsi ilə əlaqələndirilmişdir. Başlıcası isə həmin səlahiyyətlər
məhkəmənin nəzarəti altında həyata keçirilir.
Mülki hüquqi münasibətlərdə administrasiyanın və xüsusi
şəxslərin vəziyyəti arasında başlıca fərq bundan ibarətdir ki, ümumi
mülki hüquqda məhkəmənin müdaxiləsi, adətən, hərəkətlərdən
(əməllərdən) əvvəl gəlir, halbuki inzibati hüquqda bu müdaxilə posterieri
həvata keçirilir. Nəzarət törədilən hərəkətlərdən əvvəl yox, sonra həyata
keçi
105
rilir. Administrasiyanın səlahiyyətləri məhz bu mənada'eyni zamanda
nəzarət - yurisdiksion əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında inzibati hüququn prinsipləri dedikdə
inzibati hüququn mahiyyətini əks etdirən əsas ideyalar, tələblər,
müddəalar başa düşülür.
İnzibati hüququn prinsipləri öz məzmununa və məqsədinə görə iki
qrupa bölünür: konstitusion (ümumi) prinsiplər və xüsusi prinsiplər.
Konstitusion (ümumi) prinsiplərə aşağıdakılar aiddir;
qanunçuluq; demokratiya; humanizm;
vətəndaşlann qanun və tətbiqedici qarşısında bərabərliyi; dövlət
və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və
azadlıqlarına hörmət edilməsi;
təqsirsizlik
prezumpsiyası;
ədalətsizlik.
Xüsusi prinsiplərə aşağıdakı prinsiplər aiddir: dövlət
qulluğunun keçirilməsi qaydası; inzibati məsuliyyət
prinsipi;
inzibati xətalar haqqında işlərin icraatı prinsipləri və s.
Bu prinsiplərin həyata keçirilməsində yeganə məqsəd Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinə, konstitusiyasına,
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsaslanır. İnzibati məsuliyyəti müəyyən edən normalar və
inzibati xətalar törətmiş şəxsin əməlləri yalnız Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə daxil olduqdan sonra tətbiq
edilir. İnzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili
nəticəsində bu hüquq sahəsinin mahiyyəti, onun sosial təminatı və
ictimai
münasibətlərin
inzibati
hüququ
tənzimləməsinin
özünəməxsusluğu ilə Azərbaycan Respublikasının hüquq sistemində yeri
müəyyən olunur.
Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış
qaydasıdır ki, ona əməl olunması müxtəlif növ təşkilati, izahedici və
sistemləşdirici vasitələrlə təmin edilir. Ona riayət etməyənlərə qarşı isə
hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və cinayət
məsuliyyəti).
Beləliklə, inzibati hüquq norması dövlət idarəetməsi və icra
hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xi
106
tam olunan ictimai münasibətləri tənzimləmək məqsədi ilə dövlət
tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.
Azərbaycan Respublikasının inzibati hüququnun prinsiplərinə və
digər normativ aktlara əsasən respublikada yaşayan bütün vətəndaşlar
qanun və məhkəmə qarşısında bərabərdirlər. Dövlət irqindən,
milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara,
həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq, hər kəsin hüquq və azadlıqlannın bərabərliyinə təminat verir.
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə
baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa
məhkəmədə baxılmasına yol verilmir. Məhkəmənin məhkum etdiyi hər
bir şəxsin öz barəsində çıxarılmış hökmə və yaxud qərara qanunla
nəzərdə tutulmuş qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə
özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət
etmək hüququ vardır.
107
|