Admiral Mozelye* müharibə dövründə Azad Fransa mübarizləri
sıralarında müəyyən rol oynamış və bir müddət general de Qoll ilə
münaqişə vəziyyətində olmuşdu. Onun şəxsi arxivlərində təxminən son
otuz il ərzində ölkə siyasətinin işıqlandırılması işində maraq doğura bilən
sənədlər var idi. O, vəfat etdikdən sonra hərbi dəniz orqanı dərhal
admiralın villasında yerləşən həmin arxivlərin müsadirə olunması
haqqında sərəncam vermiş, bunları qutulara yığdırıb möhürlət- mişdir.
Sonradan həmin qutular Tulonun dəniz prefekturasına verilmişdi. Həmin
tədbirlərə qarşı etiraz edən varislərin şikayəti əsasında Dövlət Şurası
müəyyən etmişdi ki, bu hərəkətlər xüsusi mülkiyyətə qarşı qəsd və
özbaşınalıqdır, çünki həmin hərəkətlərə görə qanun aktı yox idi.
Bu halda da eyni neqativ normalar fəaliyyət göstərir:
administrasiya məsuliyyəti və cərimə ödəmək təəhhüdünü öz üzərinə
götürür, eyni zamanda o, özbaşınalıq törədir, çünki öz hərəkətləri ilə
mülkiyyət hüququna və insanların əsas hüquq və azadlıqlarına qəsd edir.
Bunu misallarla aydınlaşdıraq.
Münaqişələr üzrə TribunaF müəyyənləşdirimişdi ki, 1938-ci il
qanunu ilə'o nəzərdə tutulmuş olan cinayət cəzası tətbiq etmək rekvizisiya
xidməti borc üzrə icra edilə bilməz. Buna görə
belə icra qeyri- qanunidir,
çünki söhbət mülkiyyət hüququnun pozulmasından daha çox özbaşınalıq
hərəkətlərindən gedirdi. Münaqişələr üzrə Tribunal digər hallarda da bu
barədə öz mövqeyini bildirmək imkanına malik olmuşdur.
Pelelərin işində2 söhbət xidməti mənzili qanunsuz tutmuş şəxsin
oradan köçürülüməsindən gedirdi. Administrasiya onu məcburi qaydada
köçürmüş, bu zaman o, mənzil toxunulmazlığı hüququnu pozmuşdu. İşdə
məhkəmə prosedurlarından istifadə edilməsi barədə sübutedici sənədlər
təqdim edilmədiyindən Münaqişələr üzrə Tribunal köçürməni özbaşınalıq
aktı hesab etmişdi.
Digər halda'' söhbət qəbirlərin yerinin dəyişdirilməsindən gedirdi.
Mer kommunal qəbiristanlığın bir hissəni boşaltdırmaq məq- sədiilə qərar
vermiş, rəsmi qaydada qəbirlərin yerinin dəyişdirilməsini
Dostları ilə paylaş: