Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§4. Qanunçuluğun şarthri, icbari icranın qeyri-qanuniliyina



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   28   29   30   31   32   33   34   35   ...   113
§4. Qanunçuluğun şarthri, icbari icranın qeyri-qanuniliyina 
görə tətbiq edilən sanksiyalar 
Xidməti  borc  üzrə  icra  üç  əsas  halda  mövcud  olduqda  həyata 
keçirilir. 
Tələb edilir ki, belə hərəkət qanuni olsun, çünki heç kim qanunsuz 
qərarı yerinə yetirmək hüququna malik deyildir. 
Eyni zamanda, əlaqədar şəxs tərəfindən müqavimət göstərilməsi 
faktları olduqda qeydə alınmalıdır. Əgər şəxs qərarı könüllü olaraq yerinə 
yetirməyə razıdırsa, icbari icraya ehtiyac qalmır. 
Bütün  hallarda  yol  verilən  hədləri  keçmək  olmaz.  Romye 
aşağıdakı sözlərlə məhz bu fikri ifadə etmişdir: «İcbari icra tədbirlərinin 
ən  yaxın  məqsədi  yalnız  qanunla  nəzərdə  tutulmuş  qərarları  yerinə 
yetirməkdir». 
Bu  halda  söhbət  səlahiyyətlərlə  müşayiət  olunan  vəzifələrdən 
gedir. Bu zaman qeyri-qanuni qərarın icrası zamanı bir sıra alternativlər 
meydana çıxa bilər. 
Qeyri-qanuni qərarın icrası da qeyri-qanuni sayılır. 
Sadəcə  olaraq,  qeyri-qanuni  verilmiş  cəzanın  icrası  zamanı 
administrasiya  bütün  məsuliyyəti  öz  üzərinə  götürür.  Əgər  o, 
qeyri-qanuni qərarı icra etmişdirsə, dəyən zərərin ödənilməsi ona həvalə 
olunmuşdursa, onda qərarın icrasına görə məsuliyyəti də o, öz öhdəsinə 
götürür. O, qeyri-qanuni hərəkət etməklə qeyri-qanuni qərara əsaslanaraq 
avtomobili xüsusi platformaya yüklədikdə yükləmə üçün xərc 
102 


lərin ödənilməsi də ona həvalə edilir, o, xüsusi şəxsə dəymiş zərərə görə 
həmin şəxsdən cərimənin ödənilməsini tələb etməməlidir. 
Elə  olur  ki,  işin  (hərəkətin)  qeyri-qanuni  xarakteri  güman 
edildiyindən daha ciddi mahiyyət kəsb edir. Misal üçün, qeyri-qanuni iş 
(hərəkət)  mülkiyyət  hüququnun  pozulması  ilə  vətəndaşların  hüquq  və 
azadlıqlarına  qəsd,  yaxud  məhkəmə  qərarlarında  deyildiyi  kimi,  o, 
«açıq-aşkar  şəkildə  qanun  və  ya  hüquqi  aktın  tətbiq  edilməsinə 
əsaslanmır». Belə hallar hüquqa zidd olduğundan o, öz nəticələri etibarilə 
vətəndaş azadlıqlarına və yaxud mülkiyyət hüququna toxunduğuna görə, 
eyni  zamanda  qanunçuluq  prinsipinin  özünə  qarşı  qəsd  edildiyinə  görə 
belə  qərarın  icbari  icrası  özbaşınalıqdır  və  ümumi  yurisdik-  siya 
məhkəmələrinin ixtiyarı vardır ki, belə hallarda zərərçəkənə dəymiş zərəri 
ödətdirsinlər. 
İkincisi, 
ümumi 
yurisdiksiya 
məhkəmələri 
administrasiyanın  ünvanına  xüsusi  qərardadlar  göndərə  bilərlər.  Başqa 
sözlə, administrasiya nəinki təkcə cərimə ödəmyə cəlb edilə bilər, həm də 
onun  qanunsuz  hərəkətlərinə  görə  bir  vəzifə  olaraq  tutduğu  sahəni 
boşaltmaq tapşırığı verə bilər. 
Bu  cür  özbaşınalıq  faktlarına  üç  dolaşıq  məhkəmə  işində  rast 
gəlmək olar. 
Məsələn,  Kariyenin  işində^  söhbət  tarixi  abidələrin  mühafizəsi 
üzrə  xidmətlərin  öz  funksiyalarını  pis  icra  etdiklərini  göstərmək  üçün 
Şartrda kilsənin bəzi zədələnmiş hissələrinin fotoşəklini çəkmək istəyən 
bir  nəfərdən  gedirdi.  Onun  hərəkəti  kilsənin  baş  keşişinin  xoşuna 
gəlməmişdi.  O,  Kariyeyə  qarşı  məhkəmə  iddiası  irəli  sürmüş,  digər 
tərəfdən isə onun zəng qülləsinə qalxmasına mane olmaq üçün güc tətbiq 
etmiş, həm də çəkdiyi fotoşəkilləri də ondan tutub almışdı. Bu, icbari icra 
və şəxsi azadlığın, dövlət abidələrinə baxmaq, onların şəkillərini çəkmək 
azadlığının  kobudcasına  pozulması  hadisəsi  kimi  qiymətləndirildi; 
deməli, söhbət burada özbaşınalıqdan gedirdi. 
Randonun  işi’^  Okserr  şəhərinin  poçt  kassirinə  aid  idi.  O,  bəzi 
şəxslərin  seçilməsinin  qeyri-mümkünlüyünü  tənqid  edən  və  Üçüncü 
respublikanın  keçmiş  siyasi  xadimi  Pyer-Etyen  Flanden  tərəfindən 
göndərilmiş  plakatlardan  ibarət  korrespondensiyanı  mənimsəmişdi. 
Plakatlar poçt şöbəsində müsadirə edilmiş, bununla da o, yazışma sirrini 
və  azadlığını  pozmuşdu;  belə  əsassız  icra  özbaşınalıq  aktı  kimi 
qiymətləndirildi. 
‘‘

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin