Dövlət Şurasının «Şell-Berr» neft şirkətinin işinə dair 19 iyun, 1964-jü il tarixli qərarı.
“ Dövlət Şurasının Xariji Taxıl tijarəti Həmkarlar İttifaqının işinə dair 10 iyul, 1970-
ji il tarixli qəran.
123
sində tərəqqinin və Fransa tərəfindən öz beynəlxalq təəhhüdlərinə əməl
etmək cəhdinin ümumi məcrasına sığışmır. Lakin belə mövqeyə daxili
siyasi mülahizələr və hakimlərin ümumi səsvermə qaydasında seçilmiş,
yəni mili suverenliyin ifadələri hesab edilən şəxslərlə münaqişəyə girmək
istəmədikləri ilə haqq qazandırılır. Ümumi səsvermə ilə seçilmiş və milli
suverenliyin daşıyıcısı rolunda çıxış edən parlament yeganə qanunverici
orqandır. Əgər o, bilərəkdən və yaxud bilməyərəkdən beynəlxalq
müqaviləyə, hətta Konstitusiyaya zidd akt qəbul edərsə, məhkəmə həmin
akta tabe olmalı və millətin seçilmiş nümayəndələri ilə münaqişəyə
girməməlidir.
Bu, məhkəmə praktikası üçün başlıca bəraətdir və belə bir
vəziyyətdə biz daxili hüquq prinsipləri ilə beynəlxalq hüquq prinsipləri
arasında real ziddiyyət hallarını müşahidə edirik.
Lakin 1958-ci ildən başlayaraq, bu praktikadan və bu meyldən
Konstitusiya Şurasının mövcudluğundan irəli gələn istisnalar edilir. İlk
vaxtlar Konstitusiya Şurasına hakimiyyət orqanlarının yalnız bir qismi
müraciət edə bilərdi və o, yalnız Konstitusiya aktının fəaliyyət sahəsi ilə
müqayisə etməklə qanunun fəaliyyət sahəsini məhdudlaşdıran 34-cü
maddəyə əməl edilməsini tövsiyə edərdi.
Lakin illər keçdikcə Konstitusiya Şurası qanunların, yalnız
səlahiyyətlər haqqında Konstitusiyada əks etdirilmiş normalarla
müqayisədə deyil, həm də əsas normalarla müqayisədə Konstitusiyaya
uyğunluğunu yoxlayaraq öz nəzarət dairəsini genişləndirdi. Bundan
əlavə, 1974-cü ilin oktyabrında Konstitusiyaya, Konstitusiya Şurasının
müvafiq məsələlərə müdaxiləsini genişləndirmək məqsədilə dəyişiklik
edildi. O vaxtdan etibarən Konstitusiya Şurası azı altmış nəfər parlament
üzvündən ibarət olur. Onlar mübahisəli işlərə baxmaq üçün
yaradılmışdılar və qanuni qərar qəbul etmək hüququna malik idilər.
Bütün bunlar qanunların Konstitusiyaya uyğunluğu üzərində
səmərəli nəzarət müəyyənləşdirilməsinə səbəb olmuşdur ki, bu da
praktikada Konstitusiya, müqavilələr və qanunlar arasında prinsipcə
mövcud olan iyerarxik qarşılıqlı asılılığı tamamlayır.
Qanun aktları ümumi normalarla müəyyənləşdirilən inzibati
aktlardır. Yəni bu aktlar əvvələn, administrasiyanın qəbul etdiyi aktlardır
və bu mənada bunlar iyerarxiya üzrə yuxarı təbəqəli kateqoriyaya
münasibətdə tabe vəziyyətdədir; ikincisi, bunlar öz növbəsində həm
vətəndaşlar üçün, həm də administrasiyanın özü üçün normativ
mənbədir.
Qanun aktları, xüsusilə bunlar müqavilələr əsasında və yaxud
124
qanunların icrası ilə əlaqədar qəbul edildiyi təqdirdə, qanun Konstitusiya
və müqavilələrə qeyd-şərtsiz tabedir. Bu, əvvəlcə məhkəmə praktikası ilə
fərqləndirilmiş, indi isə Konstitusiyada təsbit edilmiş olan reqlamentar
hakimiyyətin müstəqil üstün hüquqlan ilə münasibətdə də doğrudur.
Dövlət Şurasının Labonun işinə dair 8 avqust, 1919-cu il tarixli qərarında
Respublika Prezidentinin polisin fəaliyyətinə nəzarət məsələləri üzrə
müstəqil qərarlar qəbul etmək hüququ təsdiq olunur. Jamarm işinə dair 7
fevral, 1936-cı il qərannda isə hər hansı xidmət rəhbərinin öz təşkilatı üzrə
qaydalar qəbul etmək hüququ təsbit olunmuşdur. Hazırda bu sistem
Konstitusiyanın 34 və 37-ci maddələrində təsbit edilmişdir. Həmin
maddələrə əsasən, hökumətə 34-cü maddədə qanunvericiliklə
tənzimlənmə sahəsinə aid edilməyən bütün məsələlər üzrə reqlamentar
hakimiyyət səlahiyyəti verilir. Lakin bu halda da müstəqillik tam deyildir,
çünki qanuni aktlar Konstitusiyaya və ümumi hüquqi prinsiplərə tabe
edilmişdir.
Tabe xarakterli olan qanun aktı öz növbəsində qanunçuluq
mənbəyidir. Bu ifadənin ikili mənası vardır.
Birincisi, qanun aktları arasında vəzifə iyerarxiyasına uyğun
iyerarxiya mövcuddur. Hökumətin qərarı qanunçuluğa əməl edilməsində,
misal üçün, nazirlərin, prefektlərin və yaxud merlərin qərarlarına nisbətən
üstünlüyə malik olmasıdır; bu iyerarxiya respublika Prezidentinin
dekretlərindən başlayır və bələdiyyə qərarları ilə başa çatmalıdır.
İkincisi, qanun aktlarının həmin orqanın fərdi aktları üzərində
üstünlüyə malik olmasıdır. Bu prinsipin kökü Roma hüququna gedib çıxır
- qanun aktının müəllifi özü aktı dəyişdirə və yaxud ləğv edə bilər.
Deməli, müəllif aktı dəyişdirmək və yaxud ləğv etmək hüququna
malikdir, lakin bəzi hallarda buna əməl edilmir, akt hər dəfə fərdi
səviyyədə tətbiq olunur. Misal üçün, əgər dekret qulluqçulann hər hansı
kateqoriyasının statusunu müəyyənləşdirir və onların hər hansı bir
qaydaya uyğun olaraq təyin edilməsini nəzərdə tutursa, hökumət özü
həmin dekreti, əgər o, qanuna ziddirsə dəyişdirə bilər. Normativ aktların
fərdi aktlar üzərində üstünlüyü bu zəmində qurulur; hakimiyyət orqanı
ümumi qaydalardan fərdi istisnalar müəyyənləşdirə bilməz.
Beləliklə, yazılı hüquq mənbələri böyük rəngarəngliyi və məlum
mürəkkəbliyi ilə səciyyələnir. Digər normativ mənbələr üçün əsas yaradan
qanunlar və dekretlər hazırda çox zaman məcəllələrlə birləşdirilir ki, bu da
qanunvericiliyin tələblərinə uyğundur.
Azərbaycan Respublikasında dövlət idarəetməsində qanunçu-
luğun və intizamın təmin edilməsi dedikdə bütün dövlət orqanları.
125
qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), vəzifəli şəxslər
və vətəndaşlar tərəfindən qüvvədə olan qanunvericiliyə eyni cür və
dürüst əməl edilməsi başa düşülür.
Qanunçuluğun prinsipləri aşağıdakılardır;
■
qanunun aliliyi,
■
qanunçuluğun vahidliyi,
■
qanunçuluğun aşkarlığı,
■
qanunçuluğun və məqsədəuyğunluğun qarşı-qarşıya qoyulma
sının yolverilməzliyi,
■
qanunçuluğun reallığı.
Qanun təminatı sistemi üç yolla həyata keçirilir;ümumi şərtlər,
xüsusi-hüquqi vasitələr və təşkilati-hüquqi vasitələr.
Ümumi şərtləri; siyasi, iqtisadi, ideoloji və hüquqi şərtlər təşkil
edir.
Xüsusi-hüquqi vasitələrə; nəzarətin keçirilməsi, yoxlamaların
aparılması, şikayətin və protestin verilməsi aiddir.
Təşkilati-hüquqi vasitələrə: qanunçuluğun mühafizəsi sahəsində
fəaliyyət göstərən orqanların yaradılması; hüquq-mühafizə orqanlarının
qulluqçularının peşəkarlığı, səlahiyyətlərinin səmərəli və dəqiq
bölünməsi və sair təşkilati tədbirlər daxildir.
Dostları ilə paylaş: |