idarə edənlərin məsuliyyəti həmin tədbirlərdəndir.
■ Dövlət idarəetmə orqanlarının əmlakı - mülkiyyətindən asılı
olmayaraq, istər inzibati binalar, istərsə də digər tikililər cərimələrdən
azaddır, çünki administrasiyaya qarşı əmlak xarakterli iddialar irəli sürülə
bilməz. Əgər vətəndaş məhkəmənin digər vətəndaş tərəfindən ona cərimə
ödənilməsi barədə qərar qəbul etməsinə nail olmuşdursa, borclu isə
həmin qərarı yerinə yetirməkdən boyun qaçırırsa, kreditor tənbehi onun
əmlakı, hətta əmək haqqının məlum hissəsini öz üzərinə keçirmək
hüququna malikdir. Dövlət əmlakına, dövlət maliyyə vəsaitlərinə, yəni
administrasiyanın sərəncamında olan dövlət idarəetmə orqanlarının
əmlakı üzərinə cərimə qoymaq olmaz.
Dövlət əmlakını və dövlət maliyyə vəsaitlərini cəriməyə cəlb
etməyin qeyri-mümkünlüyü haqqında qayda Münaqişələr üzrə Tribunal
tərəfindən işlənib hazırlanmışdır. O, sahibkar birliklərinin dövlət
təsisatları olmasını qeyd edərək, bunun əsasında belə bir nəticə
çıxarmışdı ki, onların əmlakı cəriməyə məruz qala bilməz və qərarın
icrasının icbari üsulları ona şamil olunmur. Bu o demək deyil ki,
idarəetmə orqanına münasibətdə qərarın icrasını təmin etmək üçün heç
bir vasitə yoxdur, lakin bu o deməkdir ki, dövlət idarəetmə orqanına
münasibətdə ümumi hüquqdan irəli gələn tələblər mövcuddur.
Lakin həmin prinsip sənaye və kommersiya xarakterli dövlət
xidmətləri ilə əlaqədar problemlər yaradır, çünki o, dövlət
müəssisələrinin ticarət hüququnun ümumi normalannın təsirindən -
məsuliyyətdən xilas edərək, onları xüsusi müəssisələrlə müqayisədə
nisbətən imtiyazlı vəziyyətdə saxlayır.
Bu misallarda idarəetmə orqanlarına inzibati hüquq çərçivəsində
verilən və onlar üçün sıravi vətəndaşlarla müqayisədə olduqca imtiyazlı
vəziyyət yaradan mühüm səlahiyyətlər əks etdirilmişdir. Lakin ümumi
hüquq xarakterli, geniş səlahiyyətlər medalın bir üzünü təşkil edən
müvafiq vəzifələrlə uzlaşdırılır.
Dostları ilə paylaş: