Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   17   18   19   20   21   22   23   24   ...   113
İcra  hakimiyyəti
  - 
prefekt.
  1982-ci  ildən  mövcud  olan  sistemdə 
prefektlər  təsisatı  idarəetmənin  əsasını  təşkil  edirdi.  İcra  hakimiyyəti 
seçilmir, o, hökumətin sərəncamı ilə təyin olunan məmurlardan ibarət idi. 
Prefekt Baş Şuranın Sessiyalarını hazırlayır, qərarlar qəbul edir və 
verilmiş  qərarların  yerinə  yetirilməsini  təmin  edir.  Prefektin  ştat 
departament xidmətinə rəhbərlik edən dövlət məmurlarından ibarət idi. 
2  mart,  1982-ci  il  tarixli  qanuna  əsasən.  Baş  Şuranın  sədri 
Prefektin vəzifələrini icra etmək hüququna malik olduğuna görə departa- 
mentin icra hakimiyyətinin başçısı kimi onu əvəz etməyə başladı. Dövlət 
Periferiya  xidmətləri  də  departamentin  sərəncamına  verildi,  çünki  bu 
qanuna əsasən qulluqçuların ştatına uyğun nəzərdə tutulmamışdı. 
Region.
  Yerli  idarəetmə  sistemindəki  yeniliklərin  sonuncusu  olan 
region  2  mart,  1982-ci  il  tarixli  qanunun  əsasında  yaradılmışdır,  lakin 
onların  regional  şuraları  birinci  seçkilərdən  sonra  fəaliyyət  göstərməyə 
başladılar. 
Beləliklə,  regionlar  20  il  ərzində  3  inkişaf  mərhələsi  keçmişdir. 
1960-cı il dekretinə uyğun olaraq yaradılmış regionlar sadə dövlət inzibati 
layihələrindən 1972-ci ildə ümumi hüquqi təsisatlara verilmişdir. 1969-cu 
ildə isə onlar yerli özünüidarə kollektivlərinə çevrilmişlər. Uğursuzluqlara 
düçar olduqlarına görə onlar 1982-ci il tarixli qanunla idarəetmə vəsilələri 
qismində hüquqi statusa malik oldular. 1989-cu ildə verilmiş qanunlarla 
əlaqədar  olaraq  onlara  mühüm  səlahiyyətlər  verildi.  Regionlar 
planlaşdırma,  ərazinin  abadlaşdıriması,  peşə  hazırlığı,  nəqliyyat, 
elmi-tədqiqat kimi sahələrdə fəaliyyət göstərmək, qə 
65 


rarlar  qəbul  etməklə  tam  hüquqlu  yerli  kollektivlərə  çevrildilər.  Kom- 
munalar və departamentlər ümumi səsvermə əsasında seçilən orqanlardır. 
İnqilab və imperiya köhnə rejimdə yaradılmış yerli kollektivlərin 
statusluğunun  müxtəlifliyinə  son  qoydu.  Xüsusi  statusu  olan  yerli 
kollektivin  yaranmış  probleminin  araşdırılması,  onların  həll  edilməsi 
üçün  lazimi  tədbirlər  həyata  keçirildi.  Bu  baxımdan  Paris  xüsusi 
mövqeyə  malik  idi  və  uzun  müddət  ərzində  o,  böyük  əraziyə  malik 
olduğundan bir sıra problemlərlə üzləşirdi. 
O, ilk növbədə Fransanın paytaxtıdır. Bu isə Fransada ən mühüm 
amillərdən biridir, çünki Fransada siyasi-inzibati struktur və iqtisadiyyat 
çox  sürətlə  inkişaf  etmişdir.  Paris  təkcə  siyasi  və  dövlət  idarələrinin 
yerləşdiyi  şəhər  deyil,  həm  də  idarəetmə  orqanları,  müəssisələr  və 
xidmətlər  göstərən  təsisatların  mərkəzidir.  Paris  tarixən  inqilab  şəhəri 
olmuşdur.  O,  Fransa  burjuaziyasının  yaddaşında  silinməz  iz  qoymuş 
Paris kommunasının beşiyi olmuşdur. Parisin Fransa həyatındakı mühüm 
roluna  görə  bu  yerlə  bağlı  siyasi  qarşılaşdırmalar  təhlükəsini  aradan 
qaldırmaq məqsədidə hakimiyyətdə bir-birini əvəz edən imperiya, krallıq 
və respublika rejimləri Parisə xüsusi status vermişdir. 
XX  əsrdə  Paris,  həqiqətən,  zavodlarda  çalışan  fəhlələrin  xeyli 
hissəsini itirdi, Parisin siyasi özünəməxsusluğu, iqtisadi əhəmiyyəti onun 
ətraf ərazilərinin simasında öz əksini tapdı. Münaqişəli vəziyyətlər şəhər 
hüdudlarını aşıb  keçdi  və  xüsusi  rejimli şəhər  statusu  onun  ətrafına  da 
şamil  edildi.  Konsulluq  və  imperiya  dövründə  yaradılmış  Parisin 
müstəsna  rejimi  və  sonradan  1871  və  1935-ci  illərdə  dəyişdirilmiş  bu 
rejim  XIX  əsrin  əvvəlindən  etibarən  sabit  qalmış,  kommunalar  və 
departamentlər  rejiminə  toxunan  iri  miqyaslı  islahatlar  dövründə  də, 
demək olar ki, dəyişməmişdir. 
Paris  şəhəri  departamenti  və  şəhərətrafı  kommunalan  özündə 
birləşdirən  Sena  departamenti  arasında  fərq  qoyulurdu.  Paris  əhalisi 
bələdiyyə  şurasına  seçilir,  şura  üzvləri  isə  şəhərətrafı  ərazidən  olan 
seçkili şəxslərlə birlikdə Baş Şuranı təşkil edirdilər. Bu məclislər çox az 
səlahiyyətlərə malik idilər, onların sədrləri isə başlıca olaraq təmsilçilik 
rolunu oynayırdı. 
Real  hakimiyyət  iki  Prefekt  arasında  bölüşdürülmüşdü. 
Bunlardan biri Sena Prefekti idi; onun hakimiyyətinin xarakterini ikinci 
imperiya dövründə şəhərin yenidən qurulması müəyyən etmişdi. Həmin 
vaxtda məşhurlaşmış Pubelin isə bütün aqlomerasiyada polis vəzifəsini 
yerinə yetirən polis prefektini təmsil edirdi. Paris iyirmi nahi 
66 


yəyə bölünmüşdü. 10 iyul, 1964-cü il tarixli qanunla Paris şəhərində yeni 
spesifik  idarəetmə  birliyi  yaradılmışdır.  O,  qanun  üzrə  kommuna  və 
departament  səviyyəsində  səlahiyyətləri  özündə  birləşdirdi.  O,  eyni 
zamanda  həm  kommuna,  həm  də  Departamentdir,  vahid  nümayəndəlik 
orqanı Paris Şurasıdır. Şəhərətrafı ərazilərlə əlaqədar islahatlar xeyli uzun 
çəkmişdir.  Doğrudur,  Sena  və  Sena-Uara  departamentləri  sonralar  ləğv 
edilmiş,  onların  əvəzində ümumi  hüquq  rejiminə  tabe  olan  Sena-Marla 
departamentlərindən təşkil edilən altı departament yaradılmışdır. 
Paris  rayonlarında  1961-ci  ildə  nayihə  yaradılmış  və  o,  1966-cı 
ildə  islahata  məruz  qalmışdı.  Həmin  nayihə  prefekt  və  inzibati  şura 
tərəfindən idarə olunurdu. İnzibati şurada solçu müxalifət çox zəif təmsil 
edilmişdi, halbuki əslində onlar bütün seçicilərin təqribən çoxunu təmsil 
edirdilər. 
Beləliklə,  ümumi  hüquq  rejimində  dönüş  yarandı.  Lakin 
şəhərətrafı kommunalar, kommuna və departamentlərin ümumi statusları 
saxlanılır, şəhərətrafı departamentlər isə tədricən bu statusa qoşulurdular. 
Bu sistemdə 3 prefekt - Sena prefektini əvəz edən Paris prefekti özünün 
əvvəlki  səlahiyyətlərinin  çox  hissəsini  polis  prefektinə  və  Paris 
nahiyəsinin  prefektinə  verdi.  Bununla  da,  1975-1978-ci  illərin  islahatı 
ümumi  hüquq  rejiminin  tətbiq  edilməsi  sahəsinin  genişləndirilməsinə 
doğru yeni addımlar atdı. 
31  dekabr,  1975-ci  il  tarixli  qanuna  əsasən  Paris  kommuna  və 
departamenti üzrə iki müstəqil idarəetmə bölməsi təşkil edildi. 
Paris  şurası  yeni  zamanda  bələdiyyə  şurasının  və  Baş  Şuranın 
idarəetmə orqanı oldu. Lakin burada bir sıra şərtlər nəzərdə tutuldu, çünki 
eyni zamanda iki seçkili orqanın tərkibinə daxil olan və qanunvericiliklə 
qadağan  olunmasına  baxmayaraq,  Paris  merinə  baş  şura  üzvlərinin 
vəzifələrini icra etmək və şura sədrinin funksiyalarını əvəz etmək hüququ 
verildi. 
Göstərilən  hüquqların  verilməsi  1978-ci  ildə  Paris  inzibati 
tribunalı tərəfindən müdafiə edilmişdir. Paris şurası 109 üzvdən ibarətdir. 
Onun  iki  icra  orqanı  vardır;  kommunalarm  işləri  üzrə  mer  və 
departamentlərin işləri üzrə isə Paris Prefekti rəhbərlik edir. 
Kommunalarm  və  departamentlərin  idarə  edilməsinə  dair 
qanunvericilik qanunu 1975-ci ildə Parisə də şamil edildi. 
Parisdəki  departament  rəhbərliyinin  əvvəllər  yol  şəbəkəsi  və 
sosial yardım məsələləri üzrə səlahiyyətləri yox idi, həmin səlahiyyətləri 
kommunalar  həyata  keçirirdilər.  Yerlərdə  merlər  üçün  ehtiyatda 
saxlanılan səlahiyyətlərin həyata keçirilməsi polisin vəzifəsinə aid edil 
67 


di.  Paris  nahiyələrə  bölünmüş  vəziyyətdə  qalmaqla,  hətnin  nahiyələrdə 
bələdiyyə vəzifələrini tutan şəxslərin tərkibində həm dövlət qulluqçulun, 
həm  də  Paris  şurasının  seçkili  nümayəndələri  və  yerli  səviyyəli  digər 
komissiyalar  rəy  vermək  hüququna  malik  olmaqla,  qapalı  iclaslar 
keçirilirdi. 
Maliyyə  və  şəxsi  heyət  baxımından  da  xüsusi  müddəalar  öz 
qüvvəsində qalmışdır. Maliyyə nəzarəti gücləndirilmişdir. Şəxsi heyət üç 
kateqoriyaya  bölünmüşdür:  dövlət  məmurları,  departament  qulluqçuları 
və kommunanm xüsusi rejiminə tabe edilmiş qulluqçular. 
Bu  islahat  1977-ci  ilin  əvvəlində  hüquqi  cəhətdən  bir  sıra 
tənzimləyici  aktların  köməyi  ilə,  siyasi  cəhətdən  isə  ümummilli  tədbir 
kimi keçirilən seçkilərin vasitəsi ilə həyata keçirilmişdir. 
6 may, 1976-cı il tarixli qanun Paris islahatını, Paris nahiyəsinin 
islahatı ilə tamamladı. «Nahiyə» əvəzinə onun kimi ümumi-hüquqi təsisat 
olan «region»  yaradıldı və Paris nahiyəsi İlde-Frans regionu adını aldı. 
Ərazilərin  abadlaşdırılması,  iqtisadi  və  sosial  planlaşdırma,  şəhər 
nəqliyyatı və yaşıllıq zonaları yaradılması sahəsində səlahiyyətlər region 
səviyyəsinə keçdi. Regiona 164 üzvü olan şura, iqtisadi və sosial komitə, 
region Prefekti rəhbərlik edirdi. 15 mart, 1977-ci il tarixli dekretə əsasən, 
region  Prefekti  eyni  zamanda  paytaxt  departa-  mentin  prefektidir,  yəni 
Parisin Prefektidir. 
1982-ci il islahatı iki mərhələdə keçirildi. Bu qanun Parisin və İl 
de-Frans regionunun statusunu ümumi hüquq rejiminə yaxınlaşdırdı. Bu 
zaman  polis  Prefekturasının  xüsusi  səlahiyyətlərinin  və  idarəetmənin 
heyəti  üçün  xüsusi  statusun  saxlanması  nəzərə  alınmışdır.  31  dekabr, 
1982-ci il tarixdə iki qanun verildi. Bu qanunların biri inzibati quruluşa, 
digəri isə seçki sisteminə aid edilmişdir. Bu qanunla Parisə status verildi. 
Əhalinin sayına görə bu status Marselə, Liona və bir sıra iri şəhərlərə də 
verildi. Bələdiyyə şurası və mer şəhərin bütün işlərinə rəhbərlik edirdi. 
Şəhərlər isə nahiyələrə bölünmüşdür, o cümlədən Parisdə 20, Marseldə 
16 və Lionda isə 9 nahiyə yaradıldı. 
Bu nahiyələr artıq sadə inzibati dairələr qismində mövcud idilər. 
1975-ci  ildə  verilmiş  qanuna  əsasən,  Parisdə  onların  məsləhət 
komissiyaları var idi. Tərkib cəhətdən seçkili şəxslərin azlıq təşkil etdiyi 
bu komissiyaların işi qapalı iclaslar formasında aparılırdı. 
Komissiyalar  nahiyələrin  bələdiyyə  müşavirlərindən  və  nahiyə 
müşavirlərdən  ibarət  olan  şuralarla  əvəz  edilmişdir.  Nahiyə  şuraları  öz 
üzvləri sırasından meri və onun müavinlərini seçirdilər. 
Bu  şuralar  şəhər  nahiyələrinə  aid  işlər,  o,  cümlədən  şəhərsalma 
məsələləri üzrə bələdiyə şurası qarşısında məsələlər qaldıra, öz rəylə 
68 


rini verə, körpələr evləri, hamamlar, idman qurğuları ilə əlaqədar qərarlar 
qəbul  edə,  səlahiyyətlərin  həvalə  edilməsi  qaydasında  bələdiyyə  şurası 
adından  təchizat  və  yaxud  xidmət  məsələləri  üzrə  səlahiyyətləri  həyata 
keçirə, kirayə haqqı güzəştli olan mənzillərin verilməsindən istifadə edə 
bilərlər. 
Şəhər  nahiyələrinin  merləri  həmçinin  vətəndaşlıq  vəziyyəti 
aktlarının qeydiyyatı, milli xidmət, icbari məktəb təlimi məsələləri üzrə 
öz vəzifələrini dövlət adından yerinə yetirirlər. 
Öz  tərkiblərinə  daxil  olan  kommunalardan  maliyyə  dotasiyası 
alan  şəhər  nahiyələri  vəsaitlərin  xərclənməsində  nisbi  müstəqilliyə 
malikdirlər,  lakin  onlar  hüquqi  şəxs  olmadıqlarından,  deməli,  müstəqil 
idarəetmə bölmələri deyillər. 
Azərbaycan Respublikasının inzibati hüququnda icra hakimiyyəti 
orqanlarına ayrıca fəsil həsr edilmişdir. Orqan hər şeydən əvvəl təşkilat, 
kollektiv və ya idarə olunan insanlar qrupudur, onda müəyyən yaranma 
və fəaliyyət məqsədi, daxili struktur və funksional təbəqələşmə, həmçinin 
də mühüm sosial qarşılıqlı əlaqələr sistemi mövcuddur. 
İcra  hakimiyyəti  müxtəlif  sahələrdə  (iqtisadi,  sosial-mədəni,  in- 
zibati-siyasi)  tədbirlər  həyata  keçirirlər.  Bu  da  öz  növbəsində  müxtəlif 
icra  hakimiyyəti  orqanlarının  olmasını  tələb  edir.  Buna  görə  də  icra 
hakimiyyəti orqanlarını, onları xarakterizə edən əlamətlərə görə aşağıdakı 
kimi təsnifləşdirmək məqsədə uyğundur; 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin