partamentlərarası assosiasiyalar birgə məsələlərin həllində mühüm rol
oynayırlar. Departamentlərarası birliklər kommunalara nisbətən çox az
inkişaf etmişdir. Məsələn, Lanqendan sahilində olan rayonlarda
ağcaqanada qarşı aparılan birgə mübarizə tədbirlərini qeyd etmək olar.
Bu, departamentlərarası əməkdaşlığa yaxşı misal olub, regionlar
sərhədini aşmaq və ərazi sərhədlərini tamamlayan həşəratlara qarşı
aparılan və qalib gələn birgə mübarizənin nəticəsidir.
b) Qarşılıqlı orqanlar da forma kimi təşəkkül tapmaqla müəyyən
müvəffəqiyyətlər əldə etmişdir. Onlar departamentlərin digər ictimai və
yaxud xüsusi kollektivləri ilə birgə fəaliyyətdə iştirak edirlər. Onlar
qarşılıqlı sindikatlar və qarşılıqlı iqtisadiyyat cəmiyyətləridir. Qarışıq
sindikat departamentləri, kommunaları, ticarət palatalarım və s. birləşdirə
bilər.
Məsələn, Departamentin xidmət etdiyi sahənin bir hissəsini
abadlaşdırmaq üçün qarışıq sindikatlar yaradıla bilər.
Departamentlər yerli kollektiv olmaq etibarilə onların
səlahiyyətlərinin əsasını yol şəbəkəsi və sosial yardım təşkil edir.
Departamentlərin
büdcələrinin
2/3
hissəsindən
çoxunu
kommunikasiyaların saxlanmasına və yardıma ehtiyacı olanlara sosial
yardımın göstərilməsinə çəkilən xərclər təşkil edir.
7 yanvar və 22 iyul, 1983-cü il tarixli qanunlara görə daxili
nəqliyyatın istiqamətlərinin inkişaf vəziyyəti kökündən dəyişdirildi. De-