§2, Ümumi hüquq sahdsinda hüquqi şaxshr arasında amdkdaşlıq vd
yaranan mübahisələrin həlli yolları
Fransada ümumi hüquq rejiminin təsir dairəsində olan şəxslərin
bütün fəaliyyətlərinin məcmusunu ümumi idarəetmə kompleksi yaradır.
Ümumi hüququn fəaliyyəti sahəsində bütün hüquqi şəxslər bir-birindən
qarşılıqlı surətdə asılıdır.
Hüquqi şəxslərin qarşılıqlı əməkdaşlığının bir neçə forması
mövcuddur, bunların fəaliyyətlərinin nəticəsində isə müştərək idarəetmə
yaranır.
Ümumi hüquq rejiminin təsir dairəsində olan bir neçə hüquqi
şəxsin bir rəhbəri ola bilər ki, o da qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsini təmin edir.
29
Prefekt həmişə dövlət qulluğundadır, hüquqi şəXsdir, o, digər
hüquqi şəxsin ümumi hüquq rejiminə tabe olan departamentində
qulluqçudur, bəzi hallarda isə o, kommunanm adından da çıxış edir.
Ancaq 2 mart, 1982-ci il tarixli qanundan sonra prefektlərin səlahiyyətləri
zəifləməyə başladı. Həmin vaxtdan etibarən kommunanm vəzifəli şəxsi
qismində çalışan mer çox zaman hər hansı bir qərarı qəbul edərkən
dövlətin adından çıxış edirdi. Həmin qanuna əsasən respublika
komissarları olmuş prefektlər departamentdə tam icra hakimiyyətindən
məhrum edildi.
Bəzi hallarda elə olur ki, kollektiv öz ştatında olan işçilərin bir
hissəsini digər kollektivdə ümumi hüquq rejiminə tabe olan hüquqi şəxsin
sərəncamına verir. Bu zaman onun işçiləri dövlət qulluqçuları sayılırlar.
Beləliklə, dövlət qulluqçularının bu kateqoriyaları digər kateqoriyalı
ictimai kollektivə, yəni kommunanm sərəncamına verilir.
Yanğınlara qarşı mübarizə xidmətlərində belə vəziyyətlər tez- tez
baş verir. Əgər kiçik bir kommunanm xidmət etdiyi ərazidə güclü yanğın
hadisələri baş verərsə və onun qarşısını almaq imkanı olmazsa, onda daha
iri kommunaya məxsus olan yanğınsöndürmə idarəsinə və yaxud
departamentin baş şəhərinin yanğınsöndürmə idarəsinə müraciət edilir.
Bu zaman kommunanm ştatında olan işçilərin bir qismi müvəqqəti olaraq
digər kommunanm sərəncamına verilir.
Yol xidməti sahəsində dövlət hakimiyyəti orqanları adından çıxış
edən şose yollarının idarəetmə orqanları departamentlərin və yaxud
kommunalarm tabeliyində olan yolların tikintisinin qorunub saxlanması
üçün lazımi tədbirləri həyata keçirirlər.
1982-ci il desentralizasiya qanununa əsasən, yerli xidmətlər
tamamilə və qismən, birdəfəlik və ya müvəqqəti olaraq hər hansı
departamentin və ya regionun sərəncamına verilir və yaxud ayrı-ayrı
kom- munalara maddi yardım göstərən dövlət xidmət növlərini özlərində
saxlayırlar. Kollektivlər arasında əməkdaşlıq, həmçinin ümumi hüquq
rejiminə və yaxud xüsusi hüquq rejiminə tabe olmaqla birliklər yaradılır,
yaxud onlar birgə fəaliyyətdə iştirak edirlər. Məsələn, qarışıq həmkarlar
ittifaqları, qarışıq təsərrüfat cəmiyyətləri və s.
Bu zaman birgə idarəetmədə birgə maliyyələşdirmə formaları da
mövcud olur. Məsələn, şose yolun çəkilməsi, stadion layihəsi və s. dövlət,
region, departament və yaxud kommuna tərəfindən maliyyələşdirilir.
Bəzi hallarda isə digər təsisatlar, o cümlədən ticarət palatası və
yaxud müstəqil liman da bu tədbirlərə qoşulurlar.
Yuxarıda qeyd etdiyimiz tədbirlər zamanı bəzən böyük dolaşıq
30
lara və çətinliklərə rast olunur. Məsələn, polis agentinin qanunsuz
hərəkətlərindən dövlətə qarşı deyil, kommunaya qarşı iddia irəli sürülür.
Məsələ ondadır ki, hüquqi məsuliyyət qulluqçunun hüquqi statusundan
deyil, fəaliyyət növünün özündən irəli gəlir.
Bəzi orqanların səlahiyyətli şəxsləri hüquqi şəxslərin
çərçivəsindən və yaxud hüquqi şəxsin adından digərlərinin fəaliyyəti
üzərində nəzarəti həyata keçirirlər.
Məsələn, nazir öz mərkəzi idarəetmə aparatı ilə özünün
regionlarda olan xidmətləri üzərində nəzarəti həyata keçirir. Yuxarı orqan
aşağı orqanın qərannı ləğv etmək, dəyişdirmək, ona yenidən baxmaq və
hərəkətlərində qanunsuz faktları müəyyən etdikdə, vəzifəli şəxslərə qarşı
intizam tədbirlərini tətbiq etmək hüququna malikdir.
Dövlət qulluğunda olan şəxslərin fəaliyyəti üzərində nəzarəti
həyata keçirmək üçün onların hərəkətlərinə gözqoyma yolu ilə onları
izləyirlər, yəni həmin qulluqçunun hərəkəti gündəlik olaraq izlənilir və
bütün materiallar olan işə əlavə edilir. Bu, adətən, dövlət tərəfindən
ümumi rejimin təsiri altına düşən şəxslərə qarşı aparılır.
Dövlət ərazi idarəetmə kollektivlərinin, ümumi xidmət
vəzifələrini həyata keçirən dövlət idarəetmə orqanlarının və xüsusi
təşkilatların fəaliyyətinə göz qoyulur.
Hüquqi şəxslər, adətən, birgə fəaliyyət göstərirlər. Bəzi hallarda
qarşılıqlı sazişlər də bağlayırlar. Bu da onların arasında münaqişəli
vəziyyətlərin yaranmasına gətirib çıxarır, bu münaqişələr gözqoyma yolu
ilə müəyyən edilir. Buna görə də Dövlət Şurası aşağı yerli idarəetmə
kollektivlərinin gözqoymanı həyata keçirən orqanın qərarlarından inzibati
işlər üzrə hakimin qarşısında protest verməsi hüququnu müəyyən etdi. Bu
barədə 1902-ci ildə heris-le-ben kommunası- nm işi üzrə qəbul edilmiş
ciddi qərar olmuşdur.
Hadisə belə olmuşdur: kurort şəhərinin meri kommuna ərazisində
qumar oyunlarını qadağan etmək haqqında qərar vermişdir. Bu qərar
Prefekt tərəfindən ləğv edildidkən sonra mer Prefektin qərarından şikayət
verdi. Dövlət Şurası prefekt dövlət təmsilçisi olduğu üçün kommunanm
şikayətini əsaslı hesab etmədi.
Fəaliyyətinə göz qoyulan idarəetmə kollektivi hər hansı idarəetmə
qərarından protest vermək və onun ləğv edilməsinə nail olmaq hüququna
malikdir. Bu bütün ümumi (ictimai) təsisatlara da aiddir. Deməli, Dövlət
Şurası və inzibati işlər üzrə hakim vətəndaşların inzibati
özbaşınalıqlarının müdafiəçisi kimi çıxış etmirlər, onlar ancaq idarəetmə
aparatının öz aşağı idarəetmə kollektivlərinin mənafelərini müdafiə edir
və onların arasında yaranan mübahisələri həll edirlər.
31
Bir sözlə, 2 mart, 1982-ci il tarixli qanunla desentralizasiya
idarəetmə sistemində özünə müvafiq yer tutdu, dövlət təmsilçisi ərazi
idarəetmə kollektivləri üzərində inzibati ədliyyə sisteminin vasitəsilə
onların qərarlarından şikayət vermək hüququ qazandı.
Bəzi hallarda Fransada idarəetmə sistemində yaranan
mübahisələr hüquqdan kənar və qeyri-prosedur vasitələrilə - siyasi yolla
parlament çıxışlarında və küçə nümayişləri ilə həll edilirdi.
Azərbaycan Respublikası inzibati hüququnda dövlət qulluqçuları
dövlətin idarə olunmasında mühüm yer tuturlar. Dövlət qulluğu dedikdə,
Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik
aktlarına uyğun olaraq məqsədlərinin və funksiyalannın həyata
keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə və səlahiyyətlərini
yerinə yetirməsi başa düşülür. Dövlət qulluqçuları dövlətin bütün
sahələrində fəaliyyət göstərirlər, o cümlədən:
■
qanunvericilik orqanı aparatlarında dövlət qulluğu;
■
məhkəmə hakimiyyəti orqanı aparatında dövlət qulluğu;
■
icra hakimiyyəti orqanlarında dövlət qulluğu.
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun
dövlət qulluğuna aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik,
daxili işlər, gömrük, vergi, xarici işlər orqanları, Azərbaycan
Respublikasının Milli Bankında dövlət qulluğuna keçən şəxslərə də şamil
edilir. Bu qanun hərbi qulluqçulara və müvafiq icra hakimiyyəti
orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu
işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək
Məcəlləsi ilə tənzimlənir. Dövlət qulluğunda çalışanlar barədə müddəalar
sahibkarların, kommersiya təşkilatlarının işçilərinə də şamil edilmir. Bu
işçilərin qulluğu ilə bağlı məsələlər də Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər Ədliyyə
Nazirliyində qeydiyyatdan keçirlər. Onlara bu işlə məşğul olmaq üçün
lisenziya (razılıq) verilir. Bütün dövlət, qeyri-dövlət təşkilatları,
assosiasiyalar, firmalar, müəssisələr və s. arasında yaranan mübahisələr
məhkəmə yolu ilə həll edilir.
32
|