Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§ 4. inzibati hüquqda idarəetmə nəzəriyyəsi və metodoloji



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə11/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   7   8   9   10   11   12   13   14   ...   113
§ 4. inzibati hüquqda idarəetmə nəzəriyyəsi və metodoloji 
problemlər 
Fransa inzibati hüquqi idarəetmə nəzəriyyəsi baxımından böyük 
təcrübəyə  malikdir.  Dövlət  aparatında çalışan  məmurlar  öz  gündəlik iş 
fəaliyyətlərini  həyata  keçirərkən  inzibati  hüququn  müddəalarını 
dönmədən  əldə  rəhbər  tuturlar.  İdarəetmə  nəzəriyyəsinin  mənbəyini 
qanuni sənədlər təşkil edir. İnzibati hüququn bu sənədləri normativ aktlar 
sayılır və təkcə idarəetmə orqanlarına aid deyil, məhkəmə orqanlarına və 
digər  orqanlara,  sahibkarlara,  özünüidarəetmə  orqanlarına  və 
vətəndaşlara aid edilir. 
Normativ  aktlar  əsas  etibarilə  daxili  normalardan  yaranaraq 
inzibati hüquq normalarına çevrilirlər. 
1958-ci ildə Fransa Konstitusiyasının 16-cı və 34-cü maddələrinə 
əsasən, dövlət idarəetmə orqanlarında çalışanların fəaliyyətlərinin qanun 
çərçivəsində həyata keçirilməsinə dair bir sıra qanun layihələri hazırlandı 
və qəbul edildi. 
Verilmiş  dövlətdaxili  aktları,  qanun  və  dekretləri  əhaliyə 
çatdırmaq  üçün  qanunvericilik  xəbərləri  də  dərc  edildi.  Beynəlxalq 
xarakterli  normativ  aktlar,  inzibati  hüququn  normativ  aktları  ilə 
birləşdirilərək dövlət tənzimlənməsində mühüm rol oynayırdı. Yəni bu 
hüquqi-  aktlar  qarşı-qarşıya  qoyulmur,  qarşılıqlı  surətdə  cəmiyyətdəki 
münasibətləri  tənzimləyirdi.  Bu  meyarların  hər  birinin  idarəetmə 
sistemində  öz  təminatları  vardır,  yəni  hər  biri  öz  funksiyalarını  həyata 
keçirir, buna görə də onlar inzibati hüquq sahəsində həm meyarlar, həm 
də əsas anlayışlar kimi qiymətləndirilir. 
«İnzibati  hüquq  rejimində  təsisatlar»  anlayışı  həm  ümumi 
hüququn hüquqi şəxslərinə, həm də ümumi (ictimai) xidmət vəzifələrini 
yerinə yetirən xüsusi təsisatlara aid edilir. 
Fransada uzun müddət hüquqi şəxslərin mövcudluğunu inkar 
22 


edirdilər. Bu anlayışı onlar uydurma hesab edir, təkcə fiziki şəxsləri qəbul 
edirdilər. Hal-hazırda Fransada hüquqi şəxslər də təsisatçılar kimi qəbul 
edilir. 
İnsanlar təşkilatda, assosiasiyada, həmkarlar ittifaqında və yaxud 
kommersiya strukturlarında çalışır, yaxud özləri ayn-ayrılıqda cəmiyyət 
yaradırlar. Beləliklə, bir hüquqi şəxsin timsalında bir neçə hüquqi şəxslər 
də birləşə bilərlər. Birləşmə nəticəsində onların birliyi yaranır. 
Məsələn, həmkarlar ittifaqları biri digəri ilə birləşərək həmkarlar 
ittifaqları konfederasiyalarını yaradırlar. Fransa hüququ istisna olmaqla, 
Anqlosakson  hüququnda  bir  qayda  olaraq  birliklər,  müəyyən  əmək 
kollektivləri ümumi məqsədə xilmət etmək üçün əmlakı birgə idarə etmək 
hüquqlarına malikdirlər. 
Fransada hüquqi şəxs əlamətləri olmayan birliklər də mövcuddur. 
Bunlardan valideynləri və uşaqları əhatə edən, hüquqi şəxs əlamətlərinə 
malik  olmayan,  fiziki  şəxslər  ittifaqından  ibarət  olan  ailələri  nümunə 
göstərmək olar. Bəzi hallarda isə müəssisə hüquqi şəxs olmaqla yanaşı, 
şirkətə  məxsus  olur,  əslində  onu  fiziki  şəxslər,  sahibkarlar  və  muzdlu 
işləyənlər təmsil etsələr də belə, onlar hüquqi şəxs sayılmırlar. 
Hüquqi şəxs insanların mütəşəkkil toplusu olmaq etibarilə ümumi 
tərifə malik olmaqla, mühüm element qismində çıxış edir və bir sıra kiçik 
hissələrə bölünür. 
Hər  yerdə  olduğu  kimi,  Fransada  da  fiziki  şəxslər  bir  yerə 
toplaşaraq qarşıya qoyduqları müəyyən məqsədlərə nail olmaq üçün birlik 
yaradırlar. Qarşıya qoyulan məqsədlər isə müxtəlif ola bilər: siyasi, idman 
və ya digər təyinatları qarşısına məqsəd qoyan vətəndaşlar kommersiya və 
yaxud sənaye müəssisələri yarada bilərlər. Hər iki halda təşkilatın hər bir 
üzvü öz mənafelərini qorumaq üçün birləşirlər. 
Maddi nemətlər termini Fransada adi şəxslər ilə hüquqi şəxslərin 
arasında  qarşılıqlı  əlaqələr  nəticəsində  yaranır,  onlann  bütün 
fəaliyyətlərinin inzibati hüququn normaları əsasında həyata keçirilməsinə 
kabinet üzvləri köməklik göstərirlər. 
1948-ci  ildə  verilmiş  dekretə  əsasən.  Nazirlər  Kabinetində 
islahatlar aparıldı, bir kabinetdə on üzvdən ibarət qrupların yaradılması 
müəyyən edildi. 
Nazirlər öz kabinetinin üzvlərinin köməyi ilə nazirliyin mərkəzi 
aparatının gündəlik fəaliyyətinə rəhbərliyi həyata keçirirdilər. 
Mərkəzi dövlət idarəetmə aparatlarının nazirləri səlahiyyətlərinə 
görə periferiya xidmətlərindən fərqlənirdilər. Mərkəzi dövlət 
23 


idarəetmə  aparatı  ilə  periferiya  xidmətləri  arasında  yeganə  fərq  ondan 
ibarət idi ki, dövlət qulluqçularının statusu, işdə irəli çəkilmə və işə qəbul 
etmə qaydaları, periferiya xidmətlərində olduğu kimi deyildir. 
Məsələn, mərkəzi idarəetmə aparatlarının ali dövlət qulluqçu- lan 
milli inzibati idarəetmə məktəbinin məzunlarından seçilir və təyin edilir. 
Periferiya  xidmətlərinin  yüksək  rütbəli  məmurlarının  komp- 
lektləşdirilməsi tamamilə başqadır. 
Mərkəzi  idarəetmə  orqanları,  adətən  Paris  şəhərində  yerləşir. 
İnzibati  desentralizasiya  çərçivəsinə  görə  nazirliklərin  bəzilərinin 
idarəetmə orqanları ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərir. Məsələn, Nant 
şəhərində Müdafiə Nazirliyinin bir sıra təşkilatları yerləşir. Nazirliklərin 
ümumi  siyasətinin  həyata  keçirilməsi  məqsədi  ilə  normativ  aktlar 
işlənilir.  Bu  siyasətin  periferiya  xidmətləri  tərəfindən  həyata 
keçirilmələrinə nəzarəti mərkəzi idarəetmə aparatları təmin edirlər. 
Mərkəzi idarəetmə aparatının xidmət sahəsinin başında nazirliyin 
yüksək rütbəli məmurları, baş direktorlar, direktorlar, onların müavinləri, 
şöbə rəisləri, xidmət rəhbərləri və büro rəisləri dururlar. 
Fransa  dövlətinin  bu  cür  sistemdə  təşkil  edilməsini  başqa 
dövlətlərlə  müqayisə  etdikdə,  Fransanın  mərkəzi  xidmət  sistemi 
başqalarından fərqlənir. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnu,  əsasən, 
idarəetməni dövlət idarəetmə orqanları və icra hakimiyyətləri orqanları 
həyata keçirirlər. 
İdarəetmə  müəyyən  fəaliyyət  növüdür,  yəni  ictimai  əhəmiyyət 
kəsb  edən  məqsədlərə  nail  olmaq  üçün  həyata  keçirilən  hərəkətlər 
məcmusudur (daha geniş mənada desək, idarəetmə nəyinsə və kiminsə 
üzərində  rəhbərlik  deməkdir)  idarəetmənin  funksiyalarının  3  növü 
mövcuddur. Bunlar aşağıdakılardır: 
■ 
xüsusi  funksiyalar  -  idarəetmə  prosesinin  məqsədindən  və  onun 
qarşısında duran vəzifələrdən asılı olaraq müəyyən edilən funksiyalardır. 
■ 
təminedici  funksiyalar  -  idarəetmə  prosesinin  məqsədinə  nail 
olmaq  və  idarəetmə  prosesinin  qarşısında  duran  vəzifələrin  yerinə 
yetirilməsi üçün görülən maddi-texniki əməliyyatlar məcmusudur. 
■ 
ümumi funksiyalar - hər  bir idarəetmə prosesinə bütövlükdə və 
onun ayrı-ayrı mərhələlərinə aid olan funksiyalardır. 
Ümumi funksiyaları həyata keçirərkən aşağıdakılara əməl edilir: 
■ 
məlumat mübadiləsi; 
■ 
proqnozlaşdırma; 
24 


planlaşdırma; 
təşkiletmə; 
sərəncam vermə (nizamasalma); 
koordinasiya (əlaqələndirmə); 
nəzarət (yoxlama). 
İdarəetmə prosesləri mərhələlərlə həll edilir, o cümlədən: 
həll edilən problemin araşdırılması və onun təhlili; qərar 
layihəsinin hazırlanması; 
layihənin müzakirəsi və ona ekspert qiymətinin verilməsi
qərar layihəsinin təsdiqi (ona mütləq hüquqi qiymət verilir); 
qərarın icra edilməsi; 
qərarın yerinə yetirilməsinə nəzarətin aparılması; qərarın 
yerinə yetirilməsi. 
Azərbaycan 
Respublikasında 
dövlət  idarəetməsini  icra 
hakimiyyətləri həyata keçirirlər. 
İcra hakimiyyəti dedikdə, müəyyən dövlət orqanlarının və vəzifəli 
şəxslərin  icraedici  -  sərəncamverici  fəaliyyətini  təşkil  edən  dövlət 
hakimiyyətinin həyata keçirilməsi istiqamətlərindən biri başa düşülür. 
İcra  hakimiyyətinin  sistemi  mövcuddur,  bunlar:  Azərbaycan 
Respublikasının  Prezidenti  (Azərbaycan  Respublikasının  Prezidentinin 
icra  aparatı);  yuxarı  icra  hakimiyyəti  orqanları  (Azərbaycan 
Respublikasının Nazirlər Kabineti); mərkəzi icra hakimiyyəti orqanları 
(nazirliklər,  dövlət  komitələri,  respublika  xidmətləri);  yerli  icra 
hakimiyyəti orqanlarıdır. 
Beləliklə,  Fransa  idarəetmə  orqanları  ilə  Azərbaycan  idarəetmə 
orqanları  arasında  fərq  olduqca  böyükdür.  Çünki  Azərbaycan 
Respublikasında  icra  hakimiyyətləri  Azərbaycan  Respublikasının 
Prezidentinə mənsubdur. O, ölkənin daxilində və xarici münasibətlərdə 
Azərbaycan  dövlətini  təmsil  edir,  xalqın  validliyini  təcəssüm  etdirir, 
Azərbaycan  dövlətçiliyinin  varisliyini  təmin  edir  və  Azəbaycan 
Respublikasında 
məhkəmə 
hakimiyyətinin 
müstəqilliyinin 
təminatçısıdır. 
Azərbaycan 
Respublikası 
Prezidentinin 
səlahiyyətləri 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  109-cu  maddəsi  ilə 
müəyyən edilmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  50-ci  maddəsinə 
əsasən,  hər  kəs  qanunla  nəzərdə  tutulmuş  qaydada  öz  imkanlarından, 
qabiliyyətlərindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya 
başqaları  ilə  birlikdə  azad  sahibkarlıq  fəaliyyəti  və  qanunla  qadağan 
edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 
25 


Respublikanın dövlət idarəetməsində sosial idarəetmənin iki növü 
mövcüddur: 
Dövlət  idarəetməsi  -  dövlət-hakimiyyət  səlahiyyətlərinin  həyata 
keçirilməsi üzrə olan fəaliyyətdir. Bu fəaliyyəti dövlət orqanları həyata 
keçirirlər. 
Qeyri-dövlət  idarəetməsi  -  sosial  idarəetmənin  digər  növlərini 
qeyri-dövlət orqanlan həyata keçirirlər. 
Dövlət  idarəetməsinin  obyekti  -  dövlət  hakimiyyət  orqanlarının 
aparatları, idarə, müəssisə və təşkilatların əməkdaşlarının kollektivləri və 
vətəndaşlarıdır. 
Qeyri-dövlət  idarəetməsinin  obyektləri  -  müvafiq  idarəetmə, 
müəssisə  və  təşkilatların  əməkdaşları,  kollektivləri  və  vətəndaşlardır. 
İnzibati  hüququn  subyektləri  dedikdə,  Azərbaycan  Respublikasının 
qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  olaraq,  inzibati  hüquqla 
(inzibati  hüquq  normaları  ilə)  nizama  salman  idarəetmə  sahəsindəki 
ictimai münasibətlərin iştirakçıları (tərəfləri) ola bilən şəxs və ya təşkilat 
başa düşülür. 
26 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin