Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?



Yüklə 17,08 Kb.
tarix25.03.2017
ölçüsü17,08 Kb.
#12263
Məsələ №1.

Xəstə 38 yaş, müraciət səbəbi fonetikanın pozulması və yuxarı çənədə çıxan protez gəzdirmə səbəbindən ürək bulanma hissinin olmasıdır. 2 ildir ki çıxan protez konstruksiyası gəzdirir, somatik xəstəliklərin mövcudluğunu inkar edir.

Ç Ç Ç P Q P P Ç Ç

18 17 16 15 14 13 12 1121 22 23 24 25 26 27 28

48 47 46 45 44 43 42 4131 32 33 34 35 36 37 38

Ç P Ç
Klinik müayinə : Dişləm ortoqnatikdir. 11 – ci dişin rəngi dəyişilib, damaq səthində böyük karioz boşluq vardır, diş boşluğu açıqdır, zondlama və perkussiya zamanı ağrı müşahidə olunmur. Ağız içi rentgenoqrammda 11 ci dişin tac hissəsində yumuru defekt, kanalın boş olması və kök ətrafında 3mm ölçüdə dəqiq konturlu destruksiya ocağı müşahidə olunur.

Yuxarı çənənin frontal hissəsində alveolyar çıxıntının eni və hündürlüyü orta ölçülərdədir. Selikli qişa solğun çəhrayı rəngdədir və nəmdir.
Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.

Məsələ №2.

Xəstə 65 yaş anesteziya altında aparılan uzunmüddətli müalicədən sonra çənəsini bağlaya bilmir.

Anamnez : protezləməyə hazırlıq mərhələsində 27 – ci dişin depulpasiyasına göstəriş verilmişdir. Anesteziyadan sonra müalicəni bir gəlişdə qurtarmaq üçün uzun müddət ağzı açıq vəziyyətdə oturmuşdur. Ağzını bağlamaq istərkən gicgah – çənə oynağında kəskin ağrı hiss etmişdir.

Aşağı çənə şaxəsinin ağız içi palpasiyası zamanı tac çıxıntının önə doğru yerdəyişməsi müşahidə olunur, dişləm açıqdır. Kəllənin yan rentgenoqramında oynaq başlarının oynaq çuxurunun ön çökəkliyində olması görsənir.

Ç Ç Ç Ç Ç

18 17 16 15 14 13 12 1121 22 23 24 25 26 27 28

48 47 46 45 44 43 42 4131 32 33 34 35 36 37 38

Ç Ç Ç Ç Ç Ç Ç
Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.51
Məsələ №3.

Xəstə 26 yaş, 22- ci dişin tac hissəsinin qırılması ilə müraciət etmişdir.

Anamnez : diş 6 il bundan əvvəl kanalın doldurulması ilə müalicə olunmuşdur. plomb iki il bundan əvvəl düşmüş və diş tədricən dağılmışdır.

Xarici müayinə zamanı üzdə dəyişiklik hiss olunmur, regionar limfa düyünlərində dəyişiklik yoxdur, dişləm ortoqnatikdir. 22 –ci diş tacının 4/5 hissəsi dağılmışdır.

Perkussiya ağrısızdır. Keçid büküşündə selikli qişada pastozluq qeyd olunur, yüngül sianoz, təzyiq etdikdə solğunlaşır, palpasiya ağrısızdır, dişləm ortoqnatikdir.

Ağıziçi rentgenoqramda kanalın ¾ hissəsinin rentgenokontrast materialla doldurulduğu müşahidə olunur. Periapikal toxumalarda yumuru formada 5mm ölçüdə dəqiq konturlu destruksiya ocağı qeyd olunur.


K

18 17 16 15 14 13 12 1121 22 23 24 25 26 27 28

48 47 46 45 44 43 42 4131 32 33 34 35 36 37 38


Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
Yüklə 17,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin