Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ Ə.ƏLİyev adina sumqayit tibb kolleci



Yüklə 175,73 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.12.2021
ölçüsü175,73 Kb.
#48252
1   2   3
informasiya və informatika

İnformasiya və informatika

 

İnformatika  –  informasiya  proseslərinin  (informasiyanın  toplanılması, 



saxlanılması, ötürülməsi və emalı) avtomatlaşdırılmasında istifadə olunan kompüter 

texnikası  vasitələri  və  metodlarından  bəhs  edən  tətbiqi  elm  sahəsi  kimi 

formalaşmışdır. Başqa sözlə, informatika informasiyanın yaradılması, saxlanılması, 

ötürülməsi,  qəbulu  və  emalı  üçün  üsul  və  vasitələri  öyrənir.  “İnformasiya”  və 

“avtomatika” sözlərinin birləşməsindən yaranmış “İnformatika” termini 1960-cı ildə 

fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir. İnformatika – informasiya 

proseslərinin  avtomatlaşdırılmasını  və  onlardan  istifadə  texnikalarını,  metodlarını 

öyrənən elm sahəsi kimi geniş yayılmışdır. 

Elmin  predmeti  dedikdə  elmin  öyrəndiyi  sahə  nəzərdə  tutulur.  İnformatika 

elminin predmeti isə informasiyadır. İnformasiya latın mənşəli söz olub (informatio) 

məlumat, xəbər, fakt sözləri ilə eyniləşdirilir. Başqa sözlə, informasiya dedikdə ətraf 

aləmdən aldığımız biliklər, kitabdan, qəzetdən aldığımız məlumatlar, televiziyadan, 

radiodan  eşitdiyimiz  xəbərlər  və  s.  nəzərdə  tutulur.  İnformasiya  sözünü  bəzən 

verilən,  bilik  kimi  sözlərlə  də  eyniləşdirirlər.  Onlar  bir-birilə  sıx  bağlı  olsa  da, 

aralarında cüzi fərqləri nəzərə almaq lazımdır.  

Verilənlər (ing. “data”, lat. “datum” – fakt) – texniki vasitələrlə saxlanılması, 

emal  edilməsi  və  ötürülməsi  üçün  formal  şəkildə  təsvir  olunan  (kodlaşdırılan) 

məlumatdır. 

İnformasiya  –  verilənlərin  faydalı  məzmunudur.  Qavranılma  şkalası  ilə 

verilənlər və bilik arasında aralıq mövqe tutur Bilik – dərkolunma vasitəsilə alınan 

informasiyadır.  

Bilik  elə  informasiyadır  ki,  onun  əsasında  məntiqi  mühakimələr  yolu  ilə 

müəyyən çıxarışlar və təkliflər alına bilər. Yəni, biliklər bizə yeni çıxarışlar etməyə, 

yeni təkliflər almağa imkan verir.  

İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir.  

İnformasiya  mübadiləsi  zamanı  əsas  iştirakçı  subyektlər  informasiya 

mənbələri və informasiya qəbulediciləri hesab olunurlar. 



 

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə 



ifadə  olunur.  Verilən  dedikdə  qeydə  alınmış  siqnallar  nəzərdə  tutulur.  Verilənlər 

bəzən  həqiqətdə  mövcud  olmayan  anlayışları  da  ifadə  edə  bilər.  İnformasiya  isə 

qəbul  edilmiş  siqnallardır.  Bir  verilən  o  vaxt  informasiyaya  çevrilə  bilər  ki,  o 

hökmən  hər  hansı  bir  mənanı  ifadə  etməlidir.  Bilik  isə  qərarqəbuletməyə  imkan 

verən sistemləşdirilmiş informasiyadır.  

Verilənlərin ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları vardır. 

Tipinə görə verilənləri əsasən 4 qrupa ayırırlar:  

• hesabi (və ya rəqəm tipli)  

• mətn (və ya simvol tipli)  

məntiqi tipli  

göstərici tipli  

Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., “kütləsi – 4 kq”). 

Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., “rəng-qara”). 

Məntiqi  verilənlərdə  qiymət  məntiqi  kəmiyyətlə  ifadə  olunur  (məs.,  “18 

ədədinin tək ədəd olması doğru deyil”).  

Göstərici  tipli  verilənlərdən  isə  proqramlaşdırmada  yaddaş  ünvanları  ilə 

işləmək üçün istifadə olunur.  

İnformatika elminin aşağıdakı tərkib hissələri mövcuddur:  

Hardware (aparat təminatı) – Elektron hesablama maşınları (EHM) və onların 

quruluşu, tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölmədir.  

Software (proqram təminatı) – EHM-lərdə istifadə olunan bütün proqramları, 

onların təsnifatını və istifadə qaydalarını öyrənən bir bölmədir.  

Brainware  –  Məsələnin  kompüterdə  həlli  üçün  lazım  olan  alqoritmlərin 

qurulması, onlardan istifadə qaydalarını öyrənən bir bölmədir. 




Yüklə 175,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin