Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ Ə.ƏLİyev adina sumqayit tibb kolleci


İnformasiya və onun əsas xassələri



Yüklə 175,73 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix29.12.2021
ölçüsü175,73 Kb.
#48252
1   2   3
informasiya və informatika

İnformasiya və onun əsas xassələri. İnformasiya anlayışı, müasir elmlərdə 

fundamental,  informatikada  isə  baza  terminlərindən  biridir.  İnformasiya 

kodlaşdırma  vasitəsilə  bir  formadan  digər  formaya  keçirilə  bilər.  İnformasiya 

şifrələmənin köməyi ilə məxfiləşdirilə bilər.  




 

Məlumat və ya informasiyanın daşıyıcısı bir qayda olaraq, siqnal (lat. Signum 



–  işarə)  adlanır.  Siqnal  məlumatı  ötürən  və  müəyyən  istiqamətlərdə  yaymağı  əks 

etdirən  fiziki  prosesdir.  Siqnalların  işıq,  səs,  istilik,  mexaniki,  elektrik  və  s.  kimi 

növləri vardır.  

Məlumatı  –  informasiyanı  ötürməyi  təmin  edən  hər  hansı  fiziki  kəmiyyətin 

zamana görə dəyişməsinə siqnal deyilir. 

İnformasiya  parametrlərinin  strukturundan  asılı  olaraq  siqnallar  diskret  və 

kəsilməz  formada  ola  bilərlər.  Diskret  formada  ötürülən  siqnallar  rəqəmli 

(rəqəmsal), kəsilməz formada qəbul edilən siqnallar isə analoq növlü siqnallara aid 

edilirlər.  

Bizi  əhatə  edən  aləmdə  gördüyümüz  təsvirlər,  obyektlər,  müəyyən  zaman 

ərzində eşitdiyimiz səslər analoq tipli informasiyaya aid edilir.  

Xüsusi  kodlarla  qurğulara  verilən  dəyişən  siqnallar  analoq,  diskret  olaraq 

dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiya isə rəqəmli (rəqəmsal) tipli 

informasiyaya aid edilir.  

Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil 

olunan  siqnallar  analoq  tipli  informasiyaya,  kompüterlərdə  əks  olunan  mətn  və 

şəkillər,  eşidilən  səslər  və  ya  müşahidə  edilən  hərəkətlər  isə  rəqəmsal  tipli 

informasiyaya aidir.  

İnformasiyanın aşağıdakı bir neçə əsas xassəsini nəzərdən keçirək: 

obyektivlik 

tamlıq 

dəqiqlik 

adekvatlıq 

mövcudluq 

əlçatanlıq 

əlyetərlik 

etibarlılıq 

faydalılıq 

aydınlıq 

qiymətlilik 

aktuallıq 

İnformasiya  o  vaxt  obyektiv  hesab  edilir  ki,  o  heç  kəsin  fikir  və 

mühakiməsindən asılı olmasın. Məsələn, “Kompüter ağırdır və ya yüngüldür” fikri 

hər hansı şəxsə aid olan subyektiv 3 fikirdir. Amma “Kompüterin kütləsi 2 kq-dır” 

dedikdə həmin obyekt haqqında daha obyektiv fikir əldə etmiş oluruq.  

İnformasiyanın obyektivliyini ölçmək üçün çox hallarda ölçü cihazlarından 

istifadə edilir.  



 

İnformasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə 



cəmləşdirməsi  və  qərar  qəbulu  üçün  kifayət  qədər  olması  başa  düşülür.  Bu 

informasiyanın keyfiyyətini xarakterizə edir və eyni zamanda onların əsasında yeni 

verilənlərin alınmasının kafiliyini təyin edir.  

İnformasiyanın  dəqiqliyi  –  lazımi  siqnalın  vaxtlı-vaxtında  alınmasının 

kafiliyini təyin edir.  

Adekvatlıq  –  informasiyanın  işin  real  obyektiv  vəziyyətinə  uyğun  olması 

dərəcəsidir.  Etibarlı  informasiya  düzgün  qərar  qəbul  etməyə  imkan  verir.  Etibarlı 

olmayan informasiya bu hallarda ola bilər:  

✓  qəsdən (gözlənilməz) təhrif halında;  

✓  səs-küyün təsiri nəticəsində;  

✓  real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı.  

İnformasiyanın faydalılığı – onun hər hansı məsələnin həllində faydalı rolu ilə 

qiymətləndirilir.  

İnformasiyanın aydınlığı – onun elə şəkildə ifadəsidir ki, o informasiyanı alan 

şəxs tərəfindən başa düşülən olsun.  

Qiymətlilik  –  alınan  yeni  informasiyanın  həmin  anda  onu  alana  verilən 

problemin həllində lazım olması deməkdir.  

Alınan  informasiyanın  cari  vəziyyətə  uyğun  olması  onun  aktuallığının 

göstəricisidir. İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən 

qəbulediciyə  rabitə  kanalı  vasitəsilə  ötürülür.  Ötürücüdən  qəbulediciyə  verilərkən 

istifadə olunan məlumat daşıyıcısı kanal adlanır.  

Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur:  

• Vizual – göz vasitəsilə qəbul edilir.  

• Dad – dil vasitəsilə qəbul edilir.  

• Qoxu – burun vasitəsilə qəbul edilir.  

• Audio (səs) – qulaq vasitəsilə qəbul edilir.  

• Taktil (hisssiyat) – dəri vasitəsilə qəbul edilir.  

İnsan informasiyanın təqribən 90 %-ni göz vasitəsilə, 9%-ni qulaq vasitəsilə, 



1%-ni isə digər duyğu üzvləri vasitəsilə qəbul edir.

 

Yüklə 175,73 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin