Azərbaycan respublikasi təHSİl naziLRİYİ naxçivan döVLƏt universiteti


Torpaqların çirklənməsinin monitorinqi



Yüklə 1,95 Mb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü1,95 Mb.
#35142
1   2   3   4
Mirəli

Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir)

Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır.

Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”.

Torpağı çirkləndirən yalnız gübrələr deyil. İri sənaye müəssisələrlərinin ətrafında da torpaqlar çox çirklənir. Torpaqların texnogen tullantılar ilə çirklənməsi üzrə müşahidələr 1980-ci ildən başlayaraq BakıGəncə və Sumqayıt şəhərlərində aparılır. Müşahidələr zamanı torpaqların çirklənmə səviyyəsinə ağır metalların (missinknikelqurğuşunqalaykobaltvanadiumalüminiummanqanxrom) qatılığının təyini ilə nəzarət edilir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar çürümür, xırda hissəciklərə ayrılaraq uzun illər torpaqda qalır.




Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin