Sahibkarlıq fəaliyyətində risk-menecmentin təşkili xüsusiyyətləri
Risk – bir maliyyə kateqoriyasıdır. Buna görə də riskin dərəcəsi və ölçüsünə maliyyə mexanizmləri vasitəsi ilə təsir etmək mümkündür. Belə təsir zamanı maliyyə menecmenti və xüsusi strategiyadan istifadə edilir. Məsələn, E.S.Stoynovun ümumi redaksiyası ilə hazırlanmış «Maliyyə menecmenti» monoqrafiyasında şahidi oluruq: «…Risk-menecment əslində maliyyə menecmentinin bir qismini təşkil edir». Maliyyə menecmenti ilə risk-menecmentini bir-birindən təcrid etmək düzgün deyil. Risklər, onları törədən səbəblərin, nədənlərin məzmunu, xarakteri risk-menecment baxımından yalnız statik deyil, dinamik halda başa düşülməlidir. [10, s.454]
Strategiya və üsulların məcmusu risklərin idarə edilməsinin xüsusi mexanizmini təşkil edir, bu da risk-menecmentdir. Belə ki, risk menecment özündə maliyyə menecmentinin bir hissəsini cəmləşdirir. Risk-menecmentin əsasında riskin səviyyəsinin aşağı düşməsi üzrə həyata keçirilən məqsədyönlü arama və işlərin təşkil olunması, gəlir əldə olunması və onun artırılması kimi vəzifələr dayanır. Risk-menecmentin son məqsədi sahibkarlığın məqsədi ilə eynidir. O risklərin maksimum azaldılması və gəlir əldə olunması ilə sıx əlaqəlidir. Risk-menecment özlüyündə sahibkarlıq fəaliyyəti nəticəsində yaranan riskin maliyyə münasibətləri ilə idarə olunması sistemini cəmləşdirir. Risk-menecment özündə idarəetmənin strategiya və taktikasını da cəmləşdirir. Strategiya deyildikdə qoyulmuş hədəfə çatmaq üçün vəsaitlərin istifadə edilməsi istiqamətləri və üsulları anlaşılır. Bu üsula uyğun olaraq müəyyən edilmiş qayda-qanunlar və qərar qəbuluna olan məhdudiyyətlər daxildir. Strategiya digər variantların seçilib atılmasına və həll qaydalarına ideyanı toplamağa kömək edir. Qoyulmuş məqsədə çatdıqdan sonra strategiya bir istiqamət və üsul kimi özünün fəaliyyətini durdurur. Yeni hədəflər yeni strategiya tələb edir.
Taktika isə dəqiq şərtlərlə qoyulmuş məqsədə nail olmaq üçün konkret metod və üsullardan ibarətdir. Taktikanın vəzifəsi indiki sahibkarlıq fəaliyyəti zamanı idarəetmədə optimal həll metodları və üsullarının toplanmasıdır.
Risk-menecment bir sistem kimi 2 yarım sistemdən ibarətdir:
-
idarə oluna bilən yarım sistem (idarəetmənin obyekti)
-
idarə edən yarım sistem (idarəetmənin subyekti).
Risk-menecmentdə riskin reallaşdırılması prosesində idarə etmə obyekti risk, kapitalın riskli qoyuluşu və sahibkarlıq subyektləri arasında olan iqtisadi münasibət hesab edilir.Belə iqtisadi münasibətlərə sığorta edənlə sığorta olunan, borc alan insanla kreditor, sahibkarlar arasında olan münasibət və s. daxildir.
Risk menecmentdə idarəetmənin subyektində fərqli təsir üsul və yolları vasitəsilə idarəetmənin obyektinin məqsədyönlü fəaliyyətini həyata keçirən şəxslərdən (maliyyə meneceri, sığorta mütəxəssisi, akvizitor, aktuari və başqa) ibarət xüsusi bir qrupdur. İdarəetmə subyektinin idarəetmə obyektinə təsiri, yəni idarəetmə prosesi özü, yalnız idarəedənlə idarəolunan yarım sistemlər arasında təyin edilmiş informasiyanın mübadiləsi anında həyata keçirilə bilər. İdarəetmə prosesi onun tam məğzindən asılı olmayaraq həmişə informasiyanın qəbulunu, ötürülməsini, işlənməsini və istifadəsini istəyir. Risk-menecmentə hazırkı vəziyyətdə güvənilir və kifayət qədər informasiyanın qəbulu böyük rol göstərir, belə ki o risk şəraitində konkret qərar qəbul etməyə imkan yaradır.
Risk-menecmentin fəaliyyətində informasiya təminatı informasiyanın bir çox növ və hallardan ibarətdir: statistik, iqtisadi, kommersiya, maliyyə və başqa.
Bu cür informasiyalar baş verə biləcək hər hansı sığorta hadisəsi, məhsula olan tələb və məhsulun həcmi, maliyyə dayanıqlığı və müştərilərin, partnyorların, rəqiblərin ödəmə qabiliyyəti, qiymətlər, məzənnə və tariflər, həmçinin sığorta şərtləri, dividend və faizlər və s. barədə məlumat verir. Məlumata sahib olan bazara sahibdir. Bəzi növ informasiyalar bəzən kommersiya gizliliyi ola bilər. Buna görə də müxtəlif növ informasiyalar intellektual mülkiyyətin (know how) bir növü hesab oluna və nizamnamə kapitalına əmanət kimi saxlanıla bilər. Yüksək ixtisaslaşmış menecer, hər zaman bütün informasiyanı, ən pis informasiyanı və ya hər hansı açar informasiyanı əldə etməyə və ya ümumiyyətlə verilmiş mövzu barədə danışmaqdan (susmaq əslində ünsiyyət formasıdır) və məlumatı öz mənafeyi üçün istifadə etməyə cəhd göstərir. İnformasiya az-az toplanır. Lazım olan məlumatın menecerdə olması ona maliyyə və kommersiya qərarlarının tez qəbul edilməsinə yardımcı olur, verilmiş qərarların doğruluğuna, itkilərin aşağı salınmasına və mənafenin artırılmasına təsir göstərir. Sazişlərin bağlanması anında gərəkli olan məlumatın istifadəsi baş verə biləcək maliyyə itkilərinin ən aşağıya endirilməsinə gətirib çıxarır. İstənilən qərar informasiyaya bağlıdır. İnformasiyanın keyfiyyəti vacib önəm daşıyır. Məlumat nə qədər çox yayılmışdırsa, qərar qəbul etmək də bir o qədər çətindir. Məlumatın keyfiyyəti ötürülməsi zamanı deyil, onun qəbulu zamanı dəyərləndirilməlidir.İnformasiya tez köhnəlir, buna görə də onu operativ olaraq istifadə etmək lazımdır.Sahibkar subyekt yalnız məlumatı toplamağı deyil, eyni zamanda onu saxlamağı və lazım olan zaman ondan istifadə etməyi də bacarmalıdır.
Risk-menecmentin funksiyaları
Risk-menecment dəqiq funksiyaları yerinə yetirir. Risk-menecmentin 2 funksiyasını ayırırlar:
1. Obyektin idarə olunması funksiyası
2. Subyektin idarə olunması funksiyası
Risk-menecmentdə obyektin idarə edilməsi funksiyasına daxildir:
-
Yol verilən risk;
-
Kapitalın riskli qoyuluşu;
-
Riskin səviyyəsinin aşağı düşürülməsi üçün görülən fəaliyyət;
-
Risklərin sığortalanması prosesi;
-
Sahibkarlıq fəaliyyətində subyektlər arasında bağlanan iqtisadi münasibət və əlaqələr;
Risk-menecmentdə subyektin idarə olunması funksiyasına daxildir:
-
Proqnozlaşdırma
-
Təşkil etmə
-
Tənzimləmə
-
Koordinasiya etmə
-
Stimullaşdırma
-
Nəzarət etmə
Risk-menecmentdə proqnozlaşdırmaq özündə obyektin bütünlüklə və onun fərqli hissələrinin maliyyə vəziyyətinin dəyişməsinin perspektivdə proqnozlaşdırılmasını birləşdirir. Proqnozlaşdırmaq – müəyyən hadisənin qabaqcadan görülməsidir. O artıq işlənmiş proqnozları bilavasitə həyata keçirilməsini vəzifə kimi qoymur. Proqnozlaşdırmanın əsas xüsusiyyəti obyektin maliyyə vəziyyətinin inkişaf etdirilməsi üçün maliyyə göstəricilərinin və parametrlərinin qurulmasının alternativliyidir. Proqnozlaşdırmada riskin dinamikası həm dəyişmə tendensiyasının ekspert qiymətləndirməsi yolu ilə, həm də baş verə biləcək dəyişikliklərin qabaqcadan görülməsi yolu ilə də həyata keçirilə bilər. Bu dəyişikliklər gözlənilmədən baş verə bilər. Belə dəyişmələrlə idarə etmə menecerdə bazar mexanizmlərinin və intuisiyanın, həmçinin iti qərar verə bilmək qabiliyyətinin yetişdirilməsini tələb edir.Risk-menecmentdə təşkil etmə müəyyən olunmuş qayda və proseduralar əsasında kapitalın riskli qoyuluşu proqramını həyata keçirən insanların bir araya toplanmasıdır. Bu qayda və proseduralara daxildir: idarəetmənin alətinin yaradılması, idarəetmə aparatının strukturunun yaradılması, idarəetmə şöbələri arasında qarşılıqlı münasibətin yaradılması, normaların, normativlərin, metodların hazırlanması və s.
Risk-menecmentdə tənzimləmək özündə verilmiş parametrlərin təxirə salınması halı baş verdikdə bu obyektin dayanıqlılığının saxlanması vasitəsilə ilə idarəetmə obyektinə təsiri cəmləşdirir. Tənzimləmə yaranmış sapmaların aradan qaldırılması tədbirlərini əhatə edir.Risk-menecmentdə koordinasiya funksiyası riskin idarə edilməsi sistemində iştirak edən bütün həlqələr arasında uyğunluq yaratmaqdır.Koordinasiya obyektin, subyektin idarə edilməsində, aparatın və işçilərin idarə edilməsi zamanı əlaqələrdə bütövlük yaradır.Risk-menecmentdə stimullaşdırmaq maliyyə menecerləri və digər mütəxəssislərdə öz işlərinin sonucunda maraqlı olmaq arzusunu yaratmaqdır. Risk-menecmentdə nəzarət etmək funksiyası riskin aşağı salınmasının təşkilinin yoxlanmasını cəmləşdirir. Nəzarət etmə funksiyası riskin aşağı salınması tədbirlərinin nəticəsinin analizini tələb edir.
Bazar iqtisadiyyatı ölkələrində bir çox hallarda sahibkarlığın kiçik və iri formaları bir biri ilə işgüzar əlaqələrə – kooperasiya münasibətlərinə girirlər ki, buna da iqtisadi mənada «françayz sistemi» deyilir. Misal olaraq, hazırda ABŞ-da olan 500 mindən çox kiçik müəssisələr françayz münasibətlərinə təşviq olunmuşlar. Onların mal dövriyyəsi 50 milyard dollar göstərilir. Göstərilən sistemin əsas tərkib hissəsi kimi iri və kiçik müəssisələr arasında subpodrat münasibətlərin formalaşması göstərilir. Bu o deməkdir ki, kiçik müəssisələr hazır məhsulun fərqli hissələrinin istehsalı üzrə ixtisaslaşırlar, böyük müəssisələr isə onların quraşdırılmasını fəaliyyətə keçirirlər. Bu təcrübə, əsasən Yaponiyada, ABŞ və başqa inkişaf etmiş Qərb ölkələrində daha çox yayılmışdır və kiçik sahibkarlara riskə girmədən françayz sistemi ilə bizneslərinə davam etməyə şərait yaradır.[6, s.210]
Risk-menecmentin təşkili mərhələləri
Risk-menecment bir iqtisadi kateqoriya kimi özündə idarəetmədə yaranan risklərin və maliyyə əlaqələrinin idarə edilməsini birləşdirir. İdarəetmə sistemi kimi risk-menecment özündə risklərin və riskli kapital qoyuluşunun məqsədinin, baş verə biləcək hadisənin ehtimalının təyin edilməsi, riskin dərəcəsinin və səviyyəsinin ortaya çıxarılması, ətraf mühitin analizi, riskin idarə edilməsi strategiyasının bəlli olunması, riskin və onun azaldılması strategiyası üçün gərəkli olanların seçilməsi, risklərin məqsədyönlü idarə edilməsini cəmləşdirir. Vurğulanan prosedurlar sonuçta risk-menecmentin təşkilinin mərhələləridir.
Risk-menecmentin təşkilinin ilkin mərhələsi riskin və riskli kapital qoyuluşunun məqsədinin müəyyənləşdirilməsidir. Riskin hədəfi – əldə olunması gərəkən nəticədir. Bu uğur, mənafe, gəlir və s. ola bilər. Riskli kapital qoyuluşunun məqsədi – maksimum gəlir götürməkdir. Risklə əlaqəli olan istənilən fəaliyyət həmişə hədəflidir, belə ki risklə bağlı olan fəaliyyətin məqsədinin olmaması həlli anlamsız edir. Riskin və riskli kapital qoyuluşunun hədəfi risk və kapitalla konkret, dəqiqləşdirilmiş və üzləşdirilə bilən olmalıdır. Risk-menecmentin təşkilində ikinci vacib şey ətraf mühit haqqında informasiyanın olmasıdır, hansı ki hər hansı qərarın qəbul edilməsi üçün vacibdir. Belə məlumatın analizi və riskin hədəfinin hesablanması sırasında hadisənin baş verməsi ehtimalını, eyni zamanda riskin dərəcə və səviyyəsini doğru təyin etmək olar. Riskin idarə edilməsi fərdlərin əmlakını, maliyyə vəsaitlərini təhlükə altına atan riskin dərəcəsinin doğru anlaşılması deməkdir. Sahibkar üçün onun fəaliyyətini təhlükə altına atan riskin dərəcəsini bilmək önəmlidir. Riskin dərəcəsinə görə sahibkarın konkret itkilərini müəyyənləşdirmək gərəkir, bu itkilərin və onun nəticələrinin səviyyəsinin azaldılması xərcləri yoxsa əvəz edilməsi xərcləri. Riskin dərəcəsinin maliyyə meneceri tərəfindən doğru qiymətləndirilməsi ona baş verə biləcək itkiləri önləməyə və ya azaltmağa, qarşısının alınması mümkün olmadıqda isə onu əvəzləməyə imkan yaradır. Ətraf mühit barədə informasiyanın əsnasında riskli kapital qoyuluşunun fərqli variantları işlənib hazırlanır və gözlənilən pul və riskin səviyyəsi ilə tutuşdurulması üsulu ilə dəyərləndirilir. Bu strategiyanın və risklərin idarə olunmasının üsullarının düzgün seçilməsinə, eyni zamanda riskin dərəcəsinin azaldılmasına şərait yaradır.
Risk menecmentin təşkilinin bu mərhələsində əsas yer maliyyə menecerinə, onun psixoloji keyfiyyətlərinə daxildir. Riskin azaldılması proqramının təşkil olunması anında riskli qərarların psixoloji qavrayışı da nəzərə almaq gərəkir. Riskli mühitdə qərar qəbul etmək psixoloji prosesdir. Buna görə də riskli şəraitdə qərar qəbulu anı fərdin riyazi inandırıcılığı ilə yanaşı psixoloji xüsusiyyətləri də nəzərə alınmalıdır: əsəbilik, qərarsızlıq, şübhə, qətiyyət, ekstroversiya, introversiya və s. Eyni riskli vəziyyət fərqli fərdlər tərəfindən müxtəlif cür qəbul olunur. Məhz buna görə də riskin dəyərləndirilməsi və maliyyə qərarının seçilməsi ümumiyyətlə qərar qəbul edən fərddən asılıdır. Riskdən ümumiyyətlə innovasiyaya meylli olmayan, özlərinin intuisiya və professionallığına şübhəli olan, icraçıların professionallığından əmin olmayan konservativ liderlər yan keçirlər.
Ekstroversiya - ətrafdakı fərdlərə, hadisələrə yanaşma tərzidir. Bu özünü yüksək səviyyəli ünsiyyətdə göstərir.
Introversiya – özəl duyğu, təəssürat, his və fikirlərə iç aləmdə yanaşmadır. İntroversiv fərddə ətraf mühitlə münasibətdə bir neçə sabit rəftar və əlaqə vardır, daxili normalara dəstək, dalğınlıq. İntroversiv fərdlərin mühakiməsi xarici faktorların təsirinə bağlı deyil.
Risk menecmentin təşkilinin əvəzolunmaz mərhələsi verilmiş aktivitə proqramının icra olunması üçün təşkil edilən tədbirlər, yəni bu tədbirlərin görülməsi üçün lazım olan pul vəsaitinin həcminin və mənbəyinin, dəqiq idarəçilərin, icra müddətinin və s. təyin edilməsidir. Risk-menecmentin təşkilinin önəmli elementlərindən biri verilmiş proqramın idarəsinin kontrol edilməsi, seçilmiş risk qərarının idarəsinin nəticələrinin analizi və dəyərləndirilməsidir. Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində riskin idarə edilməsi orqanının müəyyən edilməsi tələb edir. Riskin idarə edilməsi orqanı maliyyə meneceri, risk üzrə menecer və ya icraetmənin müvafiq aparatı ola bilər: sığorta əməliyyatları şöbəsi, vençur (riskli) investisiya şöbəsi, riskli kapital qoyuluşu şöbəsi və başqa.
Riskli kapital qoyuluşu departamenti sahibkar subyektin nizamnaməsinə uyğun olaraq sadalanan funksiyaları həyata keçirə bilər:
-
Vençur və portfel investisiyaları, yəni fəaliyyət göstərən qanunvericilik və sahibkar subyektin nizamnaməsinə uyğun olaraq riskli kapital qoyuluşu.
-
Riskli investisiya fəaliyyəti proqramının yazılıb hazırlanması.
-
Ətraf mühit haqqında informasiyanın toplanması, analizi, saxlanması və emalı.
-
Riskin dərəcəsinin və səviyyəsinin, icra edilməsi strategiyasının və üsullarının təyin edilməsi.
-
Riskin qərarlarının cədvəlinin işlənməsi və bunun yerinə yetirilməsinin təşkili, nəticələrin analizi və yoxlanması.
-
Sığorta fəaliyyətinin həyata keçirilməsi, sığortalanma və yenidən sığortalanma sözləşmələrinin imzalanması, sığorta və yenidən sığorta əməliyyatlarının təşkili, sığorta xərclərinin təyin olunması.
-
Sığorta və yenidən sığortanın şərtlərinin hazırlanması, sığorta əməliyyatlarının tariflərinin həcmini təyin etmək.
-
Riskli kapital qoyuluşunun göstərilən mühasibat, statistik və operativ reportunun aparılması.
Risk-menecmentin çoxvariantlılığı maliyyə kombinasiyalarının standart və qeyri-ordinallığı, konkret sahibkarlıq fəaliyyəti zamanı fəaliyyətin elastikliyi və təkrarolunmazlığı ilə oxşarlıq təşkil edir. Risk-menecmentdə əsas – idarəetmə obyektinin iqtisadi maraqlarına cavab verən məqsədin doğru qoyulmasıdır.Risk-menecment çox dinamikdir. Onun fəaliyyətinin effektivliyi idarəetmə obyektinin maliyyə vəziyyətinin bazar şərtlərinin dəyişməsinə erkən reaksiya verməsindən asılıdır. Buna görə də risk-menecment riskin idarə edilməsinin standart üsullarına, konkret iqtisadi vəziyyəti tez və doğru qiymətləndirməyə, ən yaxşı həllin tez seçilə bilməsi qabiliyyətinə əsaslanmalıdır.Risk-menecmentdə hazır resept yoxdur və belə bir şey mümkün deyil. O dəqiq vəziyyətdə hiss olunan müvəffəqiyyətə nail olmaq üçün sahibkarlıq fəaliyyətinin həll edilməsinin metod və üsullarını öyrədir.Riskli məsələlərinin həllində əsas yeri menecerin intuisiyası və insayt oynayır.
İntuisiya bilavasitə, anidən, heç bir məntiqi fikir olmadan problemin doğru şəkildə həll üsulunun seçilməsidir. İntuitiv həll tədqiq edilən məsələnin əslinin açılmasında daxili işıqlandırma, düşüncələrin aydınlaşması kimi üzə çıxır. İntuisiya yaradıcılıq fəaliyyətini ayrılmaz bir hissəsi hesab edilir.
İnsayt – bəzi problemlərin həllinin dərk olunmasıdır. İnsayt subyektiv olaraq gözlənilməz işıqlandırma, dərk etmə kimi hiss edilir. Həmin zamanda həll açıq aydın dərk olunur, ancaq bu aydınlıq adətən qısamüddətli xarakter daşıyır və həllin şüurlu sürətdə fiksasiyası tələb edilir.
Risk-menecmentin əsas prinsipləri
Əgər riski hesablamaq mümkün deyildirsə, o zaman riskin həll olunması üçün evristikadan (nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemi) istifadə edilir.Evristika özündə nəzəri tədqiqatın məntiqi və metodiki üsullarla məcmusunu birləşdirir. Başqa sözlə, bu xüsusi çətin məsələlərin həlli qaydaları və üsullarıdır.Əlbəttə evristika riyazi hesablamadan daha az etibarlı və daha az aydındır. Ancaq o tamamilə müəyyən həll tapmağa imkan verir.Risk-menecment risklərin həll edilməsi zamanı özünün evristik prinsipləri və üsullar sistemi vardır.
Risk-menecmentin əsas prinsipləri:
-
Şəxsi kapitaldan artıq risk etmək olmaz.
-
Riskin nəticələri barədə düşünmək lazımdır.
-
Az üçün çox şeyi riskə atmaq olmaz.
-
Müsbət qərarları yalnız şübhələr yox olduqda vermək olar.
-
Şübhə mövcud olduqda mənfi qərarlar qəbul edilir.
-
Yalnız bir həllin olduğunu düşünmək olmaz. Ola bilər ki, başqa həllər də var.
Bunlardan başqa, riskin idarə olunmasının 4 metodu vardır:
-
Ləğv etmə (aradan qaldırma)
-
İtkinin qarşısının alınması və nəzarət
-
Sığorta
-
Sərf etmə (udma)
1) Ləğv etmə riskli fəaliyyətdən imtina etməkdir. Ancaq sahibkarlıq fəaliyyətində riskin ləğv edilməsi gəliri də ləğv edir.
2) İtkinin qarşısının alınması və nəzarət maliyyə risklərinin idarə olunması metodu kimi əgər itki qaçılmazdırsa, onda neqativ nəticələrin qarşısının alınması şərtini qoyan, təsadüflərdən qorunmaq, onun həcmini kontrol etmək üçün müəyyən preventiv və sonrakı addımların komplekt düzümüdür.
3) Sığortanın mahiyyəti ondan ibarətdir ki, investor risklərdən qaçmaq üçün gəlirdən də imtina etməyə hazırdır, yəni o riskin sıfıra endirilməsi üçün pul ödəməyə hazırdır.
Sığorta risklərin idarə olunması metodu kimi aşağıdakı iki fəaliyyəti bildirir:
• İtkinin sahibkarlar qrupu arasında bölüşdürülməsi (özünüsığortalama)
• Sığorta şirkətinə kömək üçün müraciət etmək
Böyük şirkətlər adətən özünüsığortalamaya gedirlər, yəni adətən bit tip riskə düçar olan şirkət qabaqcadan vəsaitləri kənara qoyur və bunun nəticəsində də itkinin üzərini örtür. Kredit bazarının xidməti olan sığortalamadan o vaxt istifadə olunur ki, o maliyyə menecerini sığorta ödənişi və sığorta məbləği arasındakı əlaqəni müəyyən etməyə məcbur edir.Sığorta ödənişi – sığorta edənin sığorta olunana sığorta hadisəsinə görə ödədiyi puldur.Sığorta məbləği – maddi qiymətlilərin və ya sığorta edənin məsuliyyətə görə olan puldur.
4) Sərf etmə itkinin təsdiq edilməsi və onun sığortalanmasından imtina etməkdir. Sərf etməyə adətən ehtimal olunan itkinin həcmi az olanda gedirlər, yəni bu riskdən qorxmamaq olar.
Özünüsığortalama - sahibkar sığorta şirkətində sığortalanmaqdansa özü özünü sığortalamağı daha üstün tutmasıdır.Bununla o, sığorta ödəmələrinə qənaət etmiş olur.Özünüsığortalama bilavasitə sahibkar üçün, xüsusilə fəaliyyəti riskə meylli olan sahibkara lazım olan natural və sığorta (rezerv) fondunun desentralizasiya olunmuş formasının yaradılmasıdır.İstehsal-ticarət fəaliyyəti zamanı ola biləcək itkiləri əvəzləyə biləcək fondların sahibkar tərəfindən yaradılması özünüsığortalamanın əsasını təşkil edir. Özünüsığortalamanın əsas vəzifəsi maliyyə-kommersiya fəaliyyəti zamanı yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılmasından ibarətdir.Özünüsığortalama prosesi zamanı müxtəlif növ ehtiyat və sığorta fondları yaradılır.Bu fondlar təyinatından asılı olaraq natural və pul formasında yaradıla bilər.Beləliklə, fermerlər və kənd təsərrüfatının digər subyektləri hər şeydən əvvəl natural formada sığorta fondları yaradırlar: toxum fondu, yem fondu və s. bunların yaradılması baş verəcək iqlim şəraitindən asılıdır.Pul ehtiyat fondları gözlənilməz xərclərin, kredit borclarının, sahibkarlıq fəaliyyətinin likvidliyi xərclərini ödəmək üçün yaradılır.Bu fondların yaradılması səhmdar cəmiyyətləri üçün mütləqdir.Sahibkarlar və vətəndaşlar özlərinin əmlaklarının sığortalanması üçün qarşılıqlı sığortalama cəmiyyəti yarada bilərlər.Riskin aşağı salınmasının daha vacib və daha geniş yayılmış üsulu risklərin sığortalanmasıdır.Sığortalamanın əsası odur ki, investor riskin aşağı salınması naminə gəlirdən də imtina etməyə hazırdır, yəni o riskin sıfıra endirilməsi üçün ödəməyə hazırdır.
Fəsil 2. Sığorta şirkətinin maliyyə fəaliyyətinin idarəolunmasınınmövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi
2.1. Sığorta xidmətləri bazarının inkişafının müasir vəziyyətinin qiymətləndirilməsi
Sığorta ictimai istehsalın ən önəmli və ən qədim elementlərindən hesab edilir. O əsasən ictimai istehsal prosesində əmələ gələn maddi itgilərin yerinə ödənilməsi ilə bağlıdır. Sığortanın ilk formalarının yaranması çox qədim zamanlara gedib çıxır. Araşdırmalardan görürük ki, sığortaya oxşayan ilk fəaliyyətlərə təxminən e.ə. III-IV min illiklərdə rast gelinir. Başqa faktlara görə birinci dəfə sığorta Şumerdə ortaya çıxmışdır. Buradan da aydın olur ki, sığorta o zamandan bugünə qədər uzun bir tarixi inkişaf yolu keçmişdir. İqtisadi kateqoriya sayılan sığorta maliyyənin tərkib hissəsidir. Mаliyyə sistеminin əsas hissəsi оlmаqlа sığorta iqtisаdi kаtеqоriyа kimi fərqli fövqəlаdə hаllаr olduqda dəyən ziyаnın ödənilməsi və fərdlərin şəхsi həyаtlаrı ilə bаğlı hаdisələr anında оnlаrа mаliyyə yаrdımı göstərilməsi ilə bağlı məqsədli pul vəsаiti fоndlаrının qurulması və istifаdəsi prоsеsedurudur. Hədəfli sığorta fondlarının formalaşması, fiziki və hüquqi fərdlərin maddi ziyanlarının ödənilməsi pul vəsaitinin dövranı vasitəsilə iqtisadi əlaqələrin yardımı ilə həyata keçirilir. Buradan da göründüyü kimi sığorta əlaqələri pul vəsaiti fondlarının formalaşması və istifadəsi ilə əlaqədar əmələ gələn yenidən bölgü əlaqələridir. Daha geniş anlamda sığorta fırma və təşkilatların, şəxslərin vəsaiti hesabına xüsusi ehtiyyat pul vəsaiti fondlarının qurulması və onun nəzərdə tutulmayan hallar, pis hadisələr, təbii fəlakətlər və başqa əlverişsiz hadisələr nəticəsində dəymiş itginin ödənilməsi və həmçinin, əhaliyə, onların həyatında fərqli hadisələr olduqda sığorta təminatını ödəmək üçün istifadəsini özündə göstərən iqtisadi əlaqələr sisteminin məcmusudur.
Sığortanın obyekti kimi sığortalını həyatı,sağlamlığı,iş qabiliyyəti,fərdlərin, şirkətlərin, firmaların əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər,risklər,məsuliyyət və s. çıxış edir. Sığortada 2 tərəfin iştirakı mütləqdir: sığorta etdirən və sığorta edən. Sığorta edən kimi dövlət, səhmdar və ya sığorta fondunu qurmaq və istifadə etmək səlahiyyətinə malik olan digər sığorta təşkilatları çıxış edir. Sığorta etdirən kimi isə dövlət,bələdiyyə,kooperativ,səhmdar,hüquqi və fiziki şəxslər çıxış edir.Necə ki, maliyyə yaranandan bəri ona ehtiyac duyulur, eləcə də sığorta da mövcud olandan ona da böyük ehtiyyac var. Sığortanın zəruruliyi təkrar istehsal prosesinin mühüm şərtlərindən olan fasiləsizliyin təmin olunması zəruriliyindən irəli gəlir. İstehsalın ahənginin təbiət və digər poqnozlaşdırılmayan zərərli hadisələrin təsirindən pozulması ehtimalı həmişə var. Bu isə sığortanın istehsalın zəruri elementlərindən birinə çevirir.
İstehsal münasibətlərində sığorta aşağıdakı vəzifələri yerinə yetirir:
1. Təsərrüfat subyektinə dəymiş zərərin aradan qaldırılması və istehsalın ahənginin təmin olunması;
2. Sosial təminatın təmin olunması.
Sığorta ödənişlərinin yalnız bir təyinatı vardır. O da müəyyən ərazidə müəyyən vaxtda baş verən sığorta hadisəsinin zərərli nəticələrinin aradan qaldırılmasıdır. Sığorta iştirakçıkar arasında qapalı, yenidənbölgü münasibətlərinin xüsusi məcmusu olub, sığorta haqları hesabına məqsədli fondların yaradılmasını və sığorta zərərinin əvəzinin ödənilməsidir. Sığorta fondları bir neçə üsulla yaradılır. Bu üsullar: mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş üsullardır.
Mərkəzləşdirilmiş üsul - qanunvericiliyə uyğun olaraq, ölkənin milli gəlirinin və milli sərvətindən ayırmalar hesabına sığorta fondlarının yaradılmasıdır. Məhz bu üsulla dövlət büdcəsinin ehtiyat fondu, ölkənin valyuta ehtiyatı və dövlətin qızıl ehtiyatı formalaşır.
Qeyri-mərkəzləşdirilmiş üsulla - məqsədli fondlar maddi istehsal sferasında fəaliyyət göstərərək müəssisələrdə yaradılır.
Ümumiyyətlə sığortanın rolu aşağıdakı istiqamətlərdə özünü göstəriri:
-
əməliyyatın mənfi nəticəsində risk dərəcəsinin azaldılmasında;
-
zərər və itgilərin ödənilməsi hesabına iqtisadi sabitlikdə;
-
sığorta fondunun müvəqqəti azad pul vəsaitlərinin investisiya fəaliyyətində iştirakında;
-
dövlət büdcə gəlirlərinin sığorta təşkilatlarının mənfəətinin bir hissəsi hesabına tamamlanmasında.
Sığorta mühafizəsi obyektləri bunlardır:
1. Material dəyəri;
2. İnsan həyatı, sağlamlığı.
Aşağıdakı cədvəldə sığortanın funksiyaları açıqlanmışdır.
Cədvəl 1.
Azərbaycanın sığorta sistemi və qanunvericilik tarixi 1991-ci ildən başlayır.
Sığorta sisteminin inkişafının başlanğıc illərində – 1991-ci ildə ölkədə 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərib. Lakin əvvəlki illərdə 33 kommersiya sığorta təşkilatı sığorta olunanların güvənini qazana bilmədiyindən müflisləşərək öz fəaliyyətini durdurub.
1 yanvar 2002-ci il tarixində Respublikada 38 sığorta şirkəti, o cümlədən 9 birgə sığortaçı (Azərbaycan-İngiltərə – 4; Azərbaycan-Türkiyə – 2; Azərbaycan- İran – 1; Azərbaycan-ABŞ – 1; Azərbaycan-Rusiya – 1 fəaliyyət göstərib. 2006-cı ilin əvvəlində sığorta bazarında 29 sığorta təşkilatı fəaliyyət göstərib. Onlardan 22-si özəl, 6-sı qarışıq mülkiyyət formalı dövlət kommersiya şirkəti olmuşdur. Hazırda ölkəmizdə sığorta sektoru üzrə 28 şirkət fəaliyyət göstərir.
Respublikamızdakı sığorta bazarlarında ölkədən kənardakı sığorta təcrübəsindən fərqli tendensiyalar olur. Qeyri-həyat sığortasının sığorta məhsulları həcmində vacib yerə aid olması ölkənin sığorta bazarının özünəxas xüsusiyyətlərindəndır. Son dövürlərdə bu sığorta məhsulu bütün sığorta haqlarının 87-92% xüsusi çəkisinə malik olub. Həyat sığortasının ümumi sığorta müqavilələrində payı isə 5 faiz görünür. Lakin inkişaf etmiş olan sığorta bazarlarında bazarın 55-60%-i həyat sığortası hesabına inkişaf edir. Diqqət etsək ki, hər yerdə həyat sığortasının bütün növləri yığım xarakteri daşıyır, eyni zamanda vətəndaşların maddi durumlarının yaxşılaşdırılmasına xidmət edir, respublikamızda əksinə bu sığorta növü üzrə daxil olmalar hər il daha da azalır. Sığorta haqlarının içində həyat sığortası çox aşağı, önəmsiz göstəricilərlə öz əksini tapır. 2008-ci ildə bu məhsulun xüsusi çəkisi toplam sığorta məhsullarının 1%-i həcmində olub. Həmin ildə ölkədə həyat sığortasının növləri üzrə daxil olmaların həcmi 55,2 faiz azalaraq 1 mln. manat, sığorta ödənişləri 385,50 min manata qədər azalıb. Onun əvəzinə qeyri-həyat sığortası 25,4 faiz çoxalaraq 156,41 mln. manat, məcburi sığorta növləri üzrə 4 faiz artaraq 21,85 mln. manat olub. 2009-2010-cu illərdə də qeyri-həyat sığortası ilə müqayisədə həyat sığortası üzrə sığorta haqları və sığorta ödənişləri aşağı olub. 2009-cu ildə həyat sığortası göstəriciləri bu cürdür: sığorta haqları 897,32 min manat, sığorta ödənişləri 443,39 min manat. 2010-cu ildə sığorta haqları 1 457 429,44 manat, sığorta ödənişləri 332 507,46 manat olmuşdur. Həyat sığortasının sığorta haqlarında xüsusi çəkisinin güclü olmaması ümumilikdə insanların, həm də əhalinin həyat səviyyəsinin inkişaf şəraitləri, bu sığorta məhsulunun təşviqat səviyyələrinin güclü olmaması və sığorta institutlarının müvafiq inkişaf şəraiti ilə əlaqələndirmək olar. Sığorta bazarı özü-özlüyündə başqa nədənlərdən və bazarlardan, ən çox da bank bazarı, maliyyə sektoru, başqa başqa fərdlərin rifahı və firmanın maliyyə sabitliyindən asılıdır. Sığorta indi bizim ekonomidə gördüyümüz proseslərin bir növ rentgenidir.[10, s. 7]
Cədvəl 2.
2015-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(Dövlət Statistika Komitəsi)
|
|
|
(manatla)
|
Sığorta sinifləri
|
Sığorta haqları
|
Sığorta ödənişləri
|
könüllü sığortalar üzrə - cəmi :
|
236,135,968.31
|
103,778,469.55
|
o cümlədən:
|
|
|
Həyat sığortası üzrə
|
70,537,425.21
|
33,649,041.41
|
o cümlədən:
|
|
|
həyatın ölüm halından sığortası
|
11,445,611.10
|
1,946,672.25
|
həyatın yaşam sığortası
|
57,691,316.75
|
31,688,669.16
|
annuitet sığortası
|
0.00
|
0.00
|
əmək qabiliyyətinin sığortası
|
1,038,645.22
|
0.00
|
sağalmaz xəstəliklərdən sığorta
|
361,852.14
|
13,700.00
|
Qeyri-həyat sığortası üzrə
|
165,598,543.10
|
70,129,428.14
|
o cümlədən:
|
|
|
Şəxsi sığorta
|
69,701,625.31
|
42,898,550.57
|
o cümlədən:
|
|
|
fərdi qəza sığortası
|
7,144,099.73
|
891,264.26
|
tibbi sığorta
|
60,742,802.03
|
41,769,711.00
|
xaricə səfər edən vətəndaşların sığortası
|
1,814,723.55
|
237,575.31
|
Əmlak sığortası
|
95,896,917.79
|
27,230,877.57
|
o cümlədən:
|
|
|
əmlakın sığortası
|
78,440,421.41
|
26,361,004.82
|
o cümlədən:
|
|
|
əmlakın yanğından və digər risklərdən sığortası
|
28,205,645.16
|
5,002,078.81
|
avtonəqliyyat vasitələrinin sığortası
|
24,660,218.79
|
20,334,054.79
|
dəmiryol nəqliyyatı vasitələrinin sığortası
|
173,295.87
|
0.00
|
hava nəqliyyatı vasitələrinin sığortası
|
10,742,865.76
|
504,142.48
|
su nəqliyyat vasitələrinin sığortası
|
2,740,025.82
|
0.00
|
yüklərin (nəqliyyat) sığortası
|
9,984,108.07
|
189,265.68
|
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
|
219,319.53
|
61,270.62
|
kənd təsərrüfatı heyvanlarının sığortası
|
1,179,702.63
|
270,192.44
|
əmlakın sığortası ilə bağlı digər siniflər
|
535,239.78
|
0.00
|
o cümlədən :
|
|
|
işçilərin dələduzluğu sığortası
|
531,481.34
|
0.00
|
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta
|
3,758.44
|
0.00
|
titul sığortası
|
0.00
|
0.00
|
mülki məsuliyyətin sığortası
|
16,808,857.94
|
741,374.57
|
o cümlədən:
|
|
|
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
|
1,077,913.70
|
149,497.39
|
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
|
0.00
|
0.00
|
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
|
3,341,516.95
|
0.00
|
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
|
2,053,770.98
|
271,144.42
|
yük daşıyanın mülki məsuliyyətinin sığortası
|
1,193.82
|
2,770.03
|
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası
|
507,943.89
|
0.00
|
peşə məsuliyyətinin sığortası
|
693,715.02
|
19,000.00
|
işəgötürənin məsuliyyət sığortası
|
1,278,256.64
|
8,515.40
|
ümumi mülki məsuliyyətin sığortası
|
7,854,546.94
|
290,447.33
|
hüquqi xərclərin sığortası
|
0.00
|
0.00
|
kredit sığortası
|
622,155.57
|
128,498.18
|
o cümlədən:
|
|
|
kreditlərin sığortası
|
622,155.57
|
128,498.18
|
ipoteka sığortası
|
0.00
|
0.00
|
qarışıq maliyyə risklərinin sığortası
|
25,482.87
|
0.00
|
o cümlədən:
|
|
|
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta
|
0.00
|
0.00
|
işin dayanması ilə bağlı risklərdən sığorta
|
25,482.87
|
0.00
|
İcbari sığortalar üzrə -cəmi
|
142,800,468.54
|
36,238,124.79
|
o cümlədən:
|
|
|
Həyat sığortası üzrə
|
27,988,274.14
|
1,950,828.41
|
o cümlədən:
|
|
|
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
|
27,988,274.14
|
1,950,828.41
|
Qeyri-həyat sığortası üzrə
|
114,812,194.40
|
34,287,296.38
|
o cümlədən:
|
|
|
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
|
0.00
|
2,000.00
|
sərnişinlərin icbari sığortası
|
0.00
|
0.00
|
icbari ekoloji sığorta
|
0.00
|
0.00
|
yanğından icbari sığorta
|
0.00
|
0.00
|
MM deputatların icbari şəxsi sığortası
|
103,672.00
|
0.00
|
tibbi personalın AİDS-dən sığortası
|
0.00
|
0.00
|
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası
|
16,147,664.00
|
5,085,544.00
|
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası
|
10,342,160.00
|
1,039,185.00
|
dövlət qulluqçuların icbari sığortası
|
0.00
|
0.00
|
diplomatik nümayəndələrin icbari sığortası
|
0.00
|
0.00
|
auditorların peşə məsuliyyətinin icbari sığortası
|
4,705.00
|
0.00
|
daşınmaz əmlakın icbari sığortası
|
22,945,041.67
|
1,000,805.38
|
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
|
304,141.33
|
897.00
|
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
|
64,853,775.40
|
27,157,365.00
|
sərnişinlərin icbari fərdi qəza sığortası
|
111,035.00
|
1,500.00
|
YEKUN
|
378,936,436.85
|
140,016,594.34
|
Dostları ilə paylaş: |