AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,51 Mb.
səhifə1/5
tarix06.03.2017
ölçüsü0,51 Mb.
#10453
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda

GÜNGÖR AYSEL FƏRMAN qızı
SAHİBKARLIQ RİSKLƏRİNİN SIĞORTALANMASI MƏSƏLƏLƏRİ”

mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adı: 050409-Biznesin idarə edilməsi

İxtisaslaşma: Biznesin təşkili və idarə edilməsi

Elmi rəhbər: i.ü.e.d., professor A.B. Abbasov

Magistr pogramının rəhbəri: i.ü.f.d., dosent R.Ə.Abbasova

Biznesin idarə edilməsi”



kafedrasının müdiri: i.ü.f.d., dosent M.Ə.Əliyev

BAKI 2015

MÜNDƏRİCAT

Giriş...........................................................................................................................3



Fəsil 1. SAHİBKARLIQ RİSKLƏRİNİN İDARƏ OLUNMASININ

NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

1.1. Sahibkarlıq riskləri: mahiyyəti, təsnifatı və riskyaradıcı amilləri...................5

1.2.Sahibkarlıq risklərini nəzərə almaqla biznes-planın işlənib hazırlanması.......8

1.3.Sahibkarlıq fəaliyyətində risk-menecmentin təşkili xüsusiyyətləri...............17



Fəsil 2. SIĞORTA ŞİRKƏTİNİN MALİYYƏ FƏALİYYƏTİNİN İDARƏ OLUNMASININ MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

2.1.Sığorta xidmətləri bazarının inkişafının müasir vəziyyətinin qiymətləndirilməsi.................................................................................................29

2.2.Sığorta ehtiyatlarının formalaşması və yerləşdirilməsi mexanizmi.................44

2.3.Sığorta şirkətinin maliyyə dayanıqlığı, ödəmə qabiliyyəti və likvidliyinin

kompleks təhlili....................................................................................................47

Fəsil 3. SAHİBKARLIQ RİSKLƏRİNİN SIĞORTALANMASININ NƏZƏRİ

VƏ PRAKTİKİ MƏSƏLƏLƏRİ

3.1. Sahibkarlıq risklərinin sığortalanmasının milli iqtisadiyyatda yeri və rolu.......................................................................................................................58

3.2. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin sığortalanması........67

3.3. Investisiya riskinin sığortalanması...............................................................69



NƏTİCƏ VƏ TƏKLİFLƏR............................................................................79

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT.............................................................81

GİRİŞ



Mövzunun aktuallığı. Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi sahibkarlardır. Bir çox inkişaf etmiş və iqtisadi cəhətdən güclü ölkələrin təcrübəsinə istinadən ona deyə bilərik ki, cəmiyyətin sosial və iqtisadi inkişafında sahibkarlıq böyük rol oynayır. Sahibkar dedikdə, durmadan çalışan, qazandığı pulu, material və əməyi məhsuldar əmək prosesində və ya təkmil bir strukturda cəmləştirməyi bacaran işgüzar insan başa düşülür. Təşəbbüskarlıq əslində heç də asan deyil, çünki nəsə yeni bir şey yaratmaq çətindir. Yeni şeylər yaratmaq prosesi, müvafiq olaraq, müstəsna qətiyyət, cəsarət, eyni zamanda fərasət və təşəbbüskarlıq tələb edir.

Beləliklə, aydın olur ki, azad sahibkarlıq fəaliyyəti ölkə ekonomisinin dirçəldilməsində, iqtisadi yüksəlişə nail olunmasında və eləcədə bir sıra sosial problemlərin həll olunmasında önəmli rol oynayır. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi “Azad sahibkarlıq hüququ” adlanır. Bu maddədə “Hər kəs qanunda nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunda qadağan edilməmiş digər iqtisadi fəaliyyəti növü ilə məşğul ola bilər.” bəhs edilir.



Beləliklə, sahibkarlıq risklərinin və onun sığortalanmasının, ölkənin sığorta şirkətlərinin sığorta, maliyyə və investisiya fəaliyyətinin prioritet istiqamətləri müəyyən olunmalı və milli sığortaçıların vergiyə cəlbetmə qaydalarının təkmilləşdirilməsi yolu ilə sığorta resurslarının hərəkətinin səmərəli dövlət tənzimlənməsi mexanizminin işlənib hazırlanması mütləqdir.

Dissertasiya işinin məqsədi və vəzifələri.Tədqiqatın əsas məqsədi sahibkarlıq risklərinin sığortalanmasının təşəkkülü, inkişafının nəzəri-metodoloji əsasları, sığorta şirkətlərinin maliyyə fəaliyyətinin idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi və sığorta bazarının iqtisadiyyatın inkişafına təsirini öyrənərək müvafiq ümumiləşdirmələr aparmaq, mövcud bazarın tələbinə uyğun elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.

Tədqiqatın predmeti və obyekti. Dissertasiya işinin obyektini sahibkarlıq riskləri, onların sığortalanması və Azərbaycanda inkişaf etməkdə olan sığorta bazarı təşkil edir.İşin predmetini isə Azərbaycan Respublikasında sığorta bazarınıntədqiqi, formalaşma problemləri, onun fəaliyyət mexanizminin inkişaf etmiş ölkələrin təcrübəsinə uygunlaşdırılmasının təhlili təşkil edir.

Tədqiqatın nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Sığorta Fəaliyyəti haqqında qanunu, Azərbaycanın statistik göstəriciləri, sahibkarlıq fəaliyyəti, sığorta bazarı, kiçik və orta sahibkarlığa dövlət dəstəyi haqqında qanunu, həmçinin klassiklərin və aparıcı iqtisadçı alimlərin əsərləri təşkil edir.

Tədqiqat prosesindəsistemli və müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, statistik qruplaşdırma, iqtisadi-riyazi və s. metodlardan istifadə edilmişdir.

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Maliyyə, İqtisadiyyat və Sənaye Nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun məlumatları, habelə qlobal internet şəbəkəsinin informasiya resursları təşkil edir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • Sahibkarlıq risklərinin idarə olunmasınıniqtisadi əhəmiyyəti açıqlanmışdır.

  • Sığorta şirkətinin maliyyə fəaliyyətinin idarə olunmasının mövcud vəziyyəti kompleks təhlil edilərək qiymətləndirilmişdir.

  • Sahibkarlıq risklərinin sığortalanmasının nəzəri və praktiki məsələləri müəyyənləşdirilmişdir.

  • Respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığorta sisteminə inteqrasiyasının təmin edilməsinə dair təkliflər verilmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işindəsahibkarlıq risklərinin sığortalanmasının əhəmiyyəti və sığorta bazarınınformalaşması, inkişafı üçün hazırlanmış təklif vətövsiyələrdən bu sahə üzrəhazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadəoluna bilər.

Fəsil 1. Sahibkarlıq risklərinin idarə olunmasının nəzəri-metodoloji əsasları

    1. Sahibkarlıq riskləri: mahiyyəti, təsnifatı və riskyaradıcı amilləri

Sahibkarlıq — qanunla nəzərdə tutulmuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhatə edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Dövrün tələbinə cavab verən təhsil prosesində ayrı-ayrı şəxslər sahibkarlıq qabiliyyətinə yiyələnirlər. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır. Daha aydın desək sahibkarlıq qabiliyyəti – nemətlər və xidmətlər yaradılması üçün istehsalın bütün digər amillərinin birləşdirilməsinə yönəldilmiş xüsusi növ insan kapitalıdır. Sahibkar rəqabətin hərəkətverici qüvvəsi kimi, bazarda yarışın gedişinə aktiv təsir göstərir, mövcud olanla yeni istehsal olunmuş məhsulu müqayisə etməyə imkan verir. Rəqabət bazarında sahibkarın rolu da ele bundan ibarətdir. [2, s.192]

Sahibkarlıq fəaliyyəti dedikdə, fayda (mənfəət) əldə etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul olmaq fəaliyyətidir. İqtisadi ədəbiyyatda sahibkar, sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür.

Sahibkarlıq subyekləri, yəni sahibkarlıq fəaliyyətinin təşkilatçıları məhsul və xidmətlərın istehsalını təşkil edərkən müəyyən vəzifələr yerinə yetirirlər. Onların yerinə yetirdikləri əsas vəzifələrdən biri iqtisadi fəaliyyət üçün zəruri olan digər amilləri (əmək, kapital, torpaq) bir yerə toplayır. Bu amillərin müəyyən bir kombinasiyada birləşməsini təmin edir. Bu kombinasiyanın səmərəli təşkil edilməsi sahibkarlıq subyektinin sahibkarlıq qabiliyyətindən asılı olur.



Sahibkarlıq subyeklərinin mühüm vəzifələrindən biri də ağıllı risk etməkdir. Belə ki,sahibkarlıq subyekti iqtisadi fəaliyyətlə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün öz vəsaiti, vaxtı və işgüzar aləmdəki nüfuzu ilə risk edir. Sahibkarlıq fəaliyyəti hər zaman qeyri-müəyyənlikə, risklə bağlıdır. Sahibkarlıq riski sığortalanan və sığortalanmayan risklərə ayrılır. Sığortalanan risklər dedikdə yanğın, daşınma zamanı məhsulun xarab olması , firma rəhbərlərinin və ya aparıcı mütəxəsislərin ölümü və ya xəstələnməsi və s. nəzərdə tutulur. Bu kimi risklərdən irəli gələn zərəri ödəmələr üçün onlar sığortalanırlar.Sığortalanmayan risklər isə əsasən aşağıdakı hadisələrlə əlaqədə olur: alıcıların zövqündəki dəyişikliklər; rəqiblərin fəaliyyətindəki dəyişikliklər; iqtisadi resursların qeyri-səmərəli bölgüsü və qiymətlərin dəyişilməsi, siyasi şəraitin dəyişilməsi , münaqişələr, təbii və ekoloji fəlakətlər və s. Bu risklərdən isə sığortalanmaq mümkün deyildir.

Təcrübə göstərir ki, biznes fəaliyyətinin həyata keçirilməsi zamanı risklərin təzahür etməsinin obyektiv səbəbləri mövcuddur, çünki bütün amillərin firmanın fəaliyyətinə təsirini əvvəlcədən hesablamaq olmur, nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi prosesində isə bir çox amillər gözlənilməz şəkildə dəyişə bilər. Buna görə də sahibkar firmanın həyat dövrünün (tsiklinin) bütün mərhələlərində itkiyə məruz qala bilər. İqtisadi nəzəriyyə klassiklərinin əsərlərində belə bir fikir xüsusilə vurğulanır ki, sahibkarlıq riskli fəaliyyətdir. A.Smit “Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində yazır ki, hətta adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə risklə bağlıdır.[16, s.411]

Risklərlə əlaqədar sahibkara dəyən zərərin üç səviyyəsi fərqləndirilir:

a) aparılan riskli əməliyyat nəticəsində sahibkar mənfəət əldə etmir. Atalar demişkən “aldım qoz, satdım qoz mənə qaldı xışıltısı”.

b) aparılan riskli əməliyyat çəkilən xərcləri ödəmir, zərər sahibkarın öz hesabına ödənilir.Belə hal adətən təsadüfi ola bilər.

c)aparılan iqtisadi fəaliyyət sahibkarı müflisləşdirir. Belə halın baş verməməsi üçün sahibkar ağıllı risk etməyi bacarmalıdır. H.Fordun dediyi kimi “işinizdə daha çox ağıla üstünlük verin-ağıla və bir daha ağıla” .



Bazar münasibətlərinə keçid və onun formalaşması şəraitində risk sahibkarlığın ən mühüm elementi sayılır. Zamanında risk etmək qabiliyyətinə malik olan sahibkar etdiyi bu fədakarlığa görə əlavə gəlir əldə götürür. Risk deyəldəkdə çox zaman hüquqsuz fəaliyyətin yaradılması da başa düşülür. Bu anlayışın başqa xarakterik cəhətləri də vardır. Risklərin xarakterik xüsusiyyətlərindən biri qarmaqarışıqlıq, gözlənilməzlik, güvənsizlik və təxmini fərziyyədir. Risklərin nəticəsini ortadan qaldırmaq üçün təkcə dərrakə və təcrübə deyil, həmçinin kifayət qədər maliyyə vəsaitlərinin olması da zəruridir. Konsultent şirkətlər, mal göndərənlər və podratçılar ümumiyyətlə risklərin konsepsiyası üçün məhdud pul vəsaitlərinə malik olurlar.

Bu və ya başqa layihələrin yüksək dərəcədə risklərə malik olması işçiləri məcbur edir ki, onun aşağı salınması imkanlarını axtarsınlar.

Risklərin azaldılmasının əsas vəsaitlərinə aşağıdakılardır:


  • Proqramla əlaqəli layihə ərəfəsindəki işlərin və hazırlıq mərhələlərinin genişləndirilməsi

  • Layihənin iştirakçıları ilə onun icraçılarının risklərin bölüşdürməsi

  • Sığorta ilə əlaqəli məsələlərin vaxtında yerinə yetirilməsi

  • Gözlənilməz risklərin aradan qalxması üçün vəsait ehtiyatının hazırlanması və s.

Sahibkarlıq təcrübəsində risklərin sadalanan növləri formalaşır: maliyyə (kredit), investisiya və bazar. Istehsal riskləri məhsul istehsalı və satışı, istehsal fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə əlaqəlidir. Risklərin bu növünə məhsul istehsalı və satışının həcminin ixtisar edilməsi, planda nəzərdə alınmış maddi və əmlak məsuliyyətinin yüksəldilməsi, qiymətlərin aşağı düşməsi və s. olduqca əhəmiyyətli təsir göstərir.

Kommersiya riskləri məhsulun satışı və xidmətlərin göstərilməsi prosesində təşkil olunur. Kommersiya risklərinə təsir göstərən mühüm faktorlara aşağıdakıları aid etmək olar ki, onları da kommersiya əməliyyatları zamanı nəzərə almaq zəruridir.



  • Alınmış istehsal vasitələrinin qiymətlərinin səmərəsiz olaraq dəyişməsi, yəni artması

  • Reallaşdırılan məhsulun qiymətinin aşağı düşməsi

  • Tədavül prosesindəki məhsulun itkisi

  • Tədavül xərclərinin yüksəldilməsi.

Maliyyə riskləri maliyyə sahibkarlığının həyata keçirilməsi və ya maliyyə (pul) əməliyyatları zamanı tərəflərdən birinin ödəniş qabiliyyətinin olmaması valyuta əməliyyatlarının məhdudlaşdırılmasına da önəm verilməlidir.

Investisiya risklərinin ən önəmli xüsusiyyətlərindən biri cəlb edilmiş qiymətli kağızlardan ibarət investisiya – maliyyə portfelinin qiymətdən düşməsidir.

Bazar riskləri isə bazarda faiz dərəcəsinin , milli pul vahidinin və ya valyutanın xarici kurslarının ayrı-ayrılıqda mümkün olan tərəddüdləri ilə sıx bağlıdır. Bu faktorların təsiri eyni anda baş verə bilər.

Sahibkarlıq risklərinin hər bir növü əməliyyatların iştirakından daha çox asılıdır. Layihələrin uğurla həyata keçirilməsi zamanı potensial partnyorların iştirakının məqsədəuyğunluğu ilə bağlı qərarların qəbul edilməsi üçün analiz aparılır.



    1. Sahibkarlıq risklərini nəzərə almaqla biznes-planın işlənib hazırlanması

Biznes-plan müəssisə və təşkilatın təsisi, rekonstruksiyası, fəaliyyəti üzrə lazımi sənədlərin hazırlanmasının nəticəsi deməkdir. Bu nəticə müəyyən zaman kəsiyində və müəyyən şərtlər daxilində biznesin iqtisadi dayanıqlılığını və səmərəliliyinin dərəcəsini başa düşməyə və təsvir etməyə yönəlik istiqamətləndirilmişdir. Biznes-plan dedikdə yeni istehsalat müəssisəsinin və ya əmtəə və xidmətlərin satılması sisteminin qurulmasına və ya fəaliyyət göstərən köhnəsinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintini, texnologiyanın əldə edilməsini, avadanlığın alınmasını, kadrların hazırlanması tədbirlərini özündə birləşdirən kompleks plan anlaşılır. Biznes-plan firmanın fəaliyyətinin planlaşdırılmasının mütərəqqi formasıdır. Biznes dünyasında uğur əhəmiyyətli dərəcədə hal hazırki zamanda və gələcək dövrdə müəssisənin fəaliyyətindəki dəyişiklikləri anlamaq və nəzərə almaqdan asılıdır.[16, s.221]

Biznes nə üçün planlaşdırılmalıdır?



  • Biznes planın hazırlanması işin ümumi vəziyyətinə, həmçinin fərqli aspektlərinə daha yaxından nəzər salmağa kömək edə bilər.

  • Biznes planın yeni biznes ideyaların qiymətləndirilməsində və yaxud mövcud olan biznesin uğurla davam etdirilməsində əvəzsiz rolu ola bilər.

  • Biznes plan - idarəetmənin inkişaf etməsinə kömək göstərən bir vasitədir. Biznesin plansız başlanması maşını alətsiz düzəltmək cəhdinə oxşayır. Hər hansı planın olması, heç olmayan plansızlıqdan daha yaxşıdır.

  • Biznes plan ideyaları başqalarına çatdırmaqda, lazım gələrsə maliyyə vəsaiti əldə olunmaqda və ya birgə müəssisə qurmaqda köməklik göstərə bilər.

Belə ki, bankirlər, investorlar, potensial şəriklər sadalananları öyrənməyə çalışacaqlar:

    • İnvestisiyanın həcmi;

    • Maliyyə qoyuluşlarının müddəti;

    • Maliyyə qoyuluşlarından necə istifadə olunacaq;

    • Layihənin rentabelliyi.

Biznes plan yuxarıdakı suallara cavab vermək iqtidarındadır.

Biznesin planlaşdırılması onun daha müvəffəqiyyətlə həyata keçirilməsinə şərait yaradır.Plan hər zaman məqsədə çatmaq yollarını göstərir və bütün qüvvələri həmin məqsədlərə nail olmaq üçün cəmləşdirir.



Biznes planın hazırlanması

Vurğulamaq lazımdır ki, uğurlu biznes planın tərtib edilməsi, çox da çətin iş deyil. Öncə biznesin hal-hazırda olan vəziyyətinə nəzər salıb, gələcəkdə (məs: 5 il ərzində) nəyə nail olmaq istədiyiniz müəyyən edilir. Bundan sonra isə planın hazırlanmasına başlanıla bilər.

Ümumiyyətlə, biznes planın hazırlanması 2 əsas mərhələdən ibarətdir:


  • İnformasiyaların toplanması:

Məqsədəuyğun biznes planın yaradılması üçün məşğul olunacaq fəaliyyətə dair mümkün dərəcədə çox məlumat əldə olunmalıdır:

- Biznes haqqında:

Məşğul olacağınız fəaliyyətin konkret təyin edilməsi.

- Bazar haqqında:

Müştərilərin kimliyi, onların istəkləri və rəqiblər barədə məlumatın toplanması.

- Maliyyə haqqında:

Potensial müştərilərin ehtiyaclarının təmini və mənfəət əldə olunması imkanlarının mümkünlüyü.


  • İnformasiyanın sistemləşdirilməsi:

Biznesə dair məlumatın əldə olunması kifayət deyil.Şəriklərə həmin informasiyanı hansı formada təqdim etmək daha vacibdir.Buna görə də plan sadə və anlaşılır olmalıdır.Fikirlərin müxtəlif aspektlərə uyğun olaraq bölmələrdə sistemləşdirməyə çalışmaq lazımdır.Bütün texniki xüsusiyyətlərin və texnologiyaya aid olan sənədlərin biznes plana əlavə olunmaması daha yaxşı olar. Plan sadə və ya mürrəkkəb ola bilər, lakin əsas məqsəd nəzərdə tutulan məsələlərin ətraflı əks olunmasıdır.

Müasir dövrdə həyata keçirilən iqtisadi islahatlar idarəetmə sistemində aparıcı biznes texnologiyaların tətbiq olunması, dəyişikliklərin həyata keçirilməsində qabaqcıl üsul və yanaşmaların istifadə olunmasını tələb edir.Ölkəmizdə bazar münasibətlərinə keçidlə bağlı olan mövcud iqtisadi vəziyyət planlaşdırmada müasir yanaşmanın ön plana keçməsinə şərait yaradır.Belə ki, bu gün sahibkarlıq qarşısında duran əsas vəzifələrdən biri də yaranan yeni Biznes-fikirlərin həyata keçirilməsində qəbul edilən qərarların maksimal effektivliyini təmin edən müasir planlaşdırma forma və modellərinin tətbiq olunmasından ibarətdir.



Biznes-plan sahibkarlıq fəaliyyətinin planlaşdırma və icra etmə sahəsində başlanğıc nöqtəsi və əsasdır.

Bazar iqtisadiyyatı inkişaf etmiş bütün inkişaf etmiş ölkələrdə Biznes-plan artıq çoxdan öz layiqli yerini tutmuşdur.Bu gün dövlətimiz, həm maliyyə resurslarının əldə edilməsi, həm şəxsi biznes fikirlərin formalaşdırılması, həm də mövcud bizneslərin qiymətləndirilməsi istiqamətində vacib alət olan Biznes-planların hazırlanması sahəsində təcrübə yığmaqdadır. Hazırda fərqli mülkiyyət formalarına malik olan idarə və müəssisə rəhbərləri, fərdi sahibkarlar, banklar, lizinq firmaları və s. öz biznes fəaliyyətlərində Biznes-planlara geniş maraq göstərməyə başlamışlar. Biznes-plan ildən-ilə ölkəmizdə sahibkarlığın strateji planlaşdırma alətinə, sərmayədarlarla işgüzar danışıqlar aparmaq üçün vacib sənədə çevrilməyə başlayır.

Biznes-planlar əsasən 2 məqsəd üçün hazırlanır:


  1. Xarici istifadə üçün.

Məqsəd – İdeyanın həyata keçirilməsi üçün sərmayədarların tapılması.

  1. Daxili istifadə üçün.

Məqsəd – İdeyanın həyata keçirilməsinin idarəetmə alətlərinin təmin olunması.

Biznes-plan hazırlanması sahəsində fəaliyyət göstərən ekspertlərin rəyincə, birinci mərhələdə daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planların hazırlanması daha məqsədə uyğundur.Belə ki, onun hazırlanması prosesində xarici istifadə üçün düşünülmüş Biznes-planlarda əks olunması bir o qədər də vacib olmayan çoxlu sayda məqamlar nəzərdən keçirilə bilər.Lakin bu məqamların dərindən öyrənilməsi, sərmayədarların da ola biləcək suallarını cavablandırmağa hazır olmağa şərait yaradır. Əslində,nəzərdə tutulan ideyanın həyata keçirilməsi ilə əlaqədar lazım olan bütün sualların tam halda cavablandırılmamağı, gələcəkdə ideyanın iflasa uğramasına nədən ola bilər.Məsələn, mövcud istehsal sahəsində daxili istifadə üçün düşünülmüş Biznes-planın olmamağı, həqiqətən də sərmayəyə ehtiyac olduğunu və ya daxili imkanlar hesabına istehsal gücünün çoxaldılmasının mümkünlüyünü qiymətləndirməyə imkan vermir.Bu halda sərmayədarın mövcud biznesə cəlb edilməsi yaxşı düşünülmüş strateji qərar deyil, sadəcə onun xilaskar kimi qəbul olunmasına səbəb olur.Nəticədə, mövcud biznesdən sərmayədara pay vermədən də inkişaf etməyin mümkünlüyü üzə çıxanda, aldadılmış və istismar edilmiş kimi hisslər insanı tərk etmir.Bütün variantlar və inkişaf strategiyası, daxili istifadə üçün düşünülmüş Biznes-planda işlənib hazırlanmalıdır. Bunun nəticəsi kimi sərmayə cəlb olunmasının əsaslı olması,həm mövcud biznesin, həm də sərmayədarın maraqlarını qoruyan əməkdaşlığın başlanğıcı ola bilər. Beləliklə, daxili istifadə üçün nəzərdə tutulmuş Biznes-planın hazırlanması,həyata keçirilməsi nəzərdə tutulmuş ideyanın həm daxili, həm də xarici maraqlarının təmin edilməsində özünəməxsus rola malikdir.

Biznesdə ən böyük qəbahət özünü aldatmaqdır.Bu mənada, xarici istifadə üçün nəzərdə tutulmuş Biznes-planda bir çox hallarda reallıq əks olunmur və hər şeyin yüksək səviyyədə olduğu göstərilir.Özünü təbliğatın bucür forması son nəticədə dağıdıcı amilə çevrilə bilər.

Beləliklə, Biznes-plan sahibkarlara yeni ideyanın həyata keçirilməsi istiqamətində aşağıdakı məsələləri həll etməyə imkan yaradır:



  • Gələcək satış bazarının tutumunu, satış kanallarını, qiymət strategiyasını və inkişaf

perspektivlərini öyrənmək;

qiymətləndirilməsini həyata keçirmək, onun satış qiymətlərini və nəzərdə tutulan

fikrin potensial gəlirliliyini müəyyənləşdirmək;



  • yeni ideyanın həyata keçirilməsinə mane olan səbəbləri və onların aradan qaldırılması yollarını təyin etmək;

  • yeni ideyanın lazımi səviyyədə həyata keçirilməsinə müntəzəm nəzarət yollarını belirləmək.

Bütün deyilənlər, Biznes planın yeni ideyanın həyata keçirilməsində, sahibkarlığın inkişaf etdirilməsində və ən son, planlaşdırmanın dövlət strategiyasının formalaşmasında özünəməxsus rola malik olmasından xəbər verir.Qeyd etmək lazımdır ki, nəinki Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması, həmçinin Biznes-planın tərtib olunmasına başlamazdan əvvəl ideyanın aid olduğu satış bazarı haqqında lazımi məlumatlar yığılmalıdır. Satış bazarı haqqında geniş məlumatın toplanması və düzgün analiz olunması, nəzərdə tutulan ideyanın həyata keçirilməsinin müvəffəqiyyətlə nəticələnməsini təmin edən amillərdəndir.Bununla yanaşı satış bazarı haqqında geniş məlumatın verilməsi, xüsusilə sərmayədar və ya kredit verən təşkilatlar üçün təşəbbüskarın bazar haqqında informasiyanın olub-olmamağının göstəricisidir. Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması bölməsi bu məlumatları əhatə edir:

    • Bazarın son beş il ərzindəki vəziyyəti;

    • Bazarın gözlənilən inkişaf temposu;

    • Məhsulun (iş və ya xidmətin) son illərdə yaranmış yeni növləri;

    • Tələbat və təklifin dəyişməsi;

    • İstehsal;

    • İdxal;

    • İxrac;

    • Bazarın həcmi və tutumu;

    • Qiymət siyasəti;

    • Satış kanalları;

    • Bazardakı mövcud qiymət siyasəti;

    • Bazarda məhsulun (iş və ya xidmətin) mövcud reklam təminatı;

    • Problemlər;

    • Proqnoz və perspektivlər.

    • Risklər və s.

Eyni zamanda, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması bölməsində, əvvəlcədən təşəbbüskar və ya onun cəlb etdiyi ixtisaslaşdırılmış müəssisənin, bazarın öyrənilməsi məqsədilə istehlakçı rəylərinin öyrənilməsi istiqamətində həyata keçirdiyi sorğu, fokus qrup və digər araşdırmaların nəticələri də öz yerini tapa bilər.Bu amil, satış bazarı haqqında məlumatların daha konkret və əsaslandırılmış olmasını təmin etmək iqtidarındadır.Sözsüz ki, Bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata keçirilərkən, məhz təşəbbüskar tərəfindən bazarın coğrafiyası müəyyən edilir.Daha doğrusu, yeni ideyanın məhsulunun satılması nəzərdə tutulan bölgədə (rayondaxili, regiondaxili, ölkədaxili və s.) mövcud bazar imkanlarının qiymətləndirilməsi və satış bazarının araşdırılması həyata keçirilir.

Biznes-planın rəqabət mühiti və rəqabət qabiliyyətlilik bölməsinin əsas məqsədi təşəbbüskarın rəqabətli bazarda öz rəqabət qabiliyyətliyinin təmin olunması üçün seçdiyi taktikanı əsaslandırmasından ibarətdir.Bu bölmədə əks olunmuş məlumatlar əsas etibarilə rəqiblərin fəaliyyəti ilə layihə təşəbbüskarının fəaliyyətinin müqayisəli təhlilinə əsaslanır.Burada təşəbbüskar və əsas rəqiblərin güclü və zəif tərəflərinin təhlili həyata keçirilir.Beynəlxalq təcrübədə güclü və zəif tərəflərin təhlilini həyata keçirmək üçün S.W.O.T. analiz adlanan marketinq alətindən istifadə olunur. S.W.O.T sözü abbreviatura olub ingilis dilində Strenghts – güclü tərəflər, Weaknesses – zəif tərəflər, Oportunities– imkanlar, Threats – təhlükələr sözlərinin baş hərflərindən ibarətdir.



Risklərin analizi və onların dəf edilməsi yolları

Riskin səviyyəsinə təsir göstərən amillər. Risklər biznes fəaliyyətin həyata keçirilməsi zamanı çoxsaylı səbəblərin, yəni daxili və xarici mühitin təsiri nəticəsində ortaya çıxa bilərlər. Biznes fəaliyyətində risklərin əmələ gəlməsinin sadalanan səbəblərini göstərmək olar: cəmiyyətin kriminallaşması; inflayasiyanın yüksək templəri; siyasi qeyri-stabillik; təsərrüfat subyektlərinin məsuliyyətsizliyi; sahibkarlıq fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmil olmaması; real sahibkarlıq hüququnun mövcud olmaması (bu da ümumi risk səviyyəsinin azalmasına maneçilik törədir); sahibkarların əksəriyyətində öz fəaliyyətlərinin nəticəsinə görə fərdi məsuliyyətin yüksək olmaması (bu da istənilən sazişin “mənəvi” riskini artırır); sahibkarın cinayət dünyasından asılılığı, hüquq-mühafizə orqanlarının onu müdafiə edə bilməməsi və ya bunu istəməməsi; siyasətçilərin qeyri-qanuni şəkildə iqtisadiyyata müdaxiləsi; müxtəlif səviyyələrdə idarəetmə aparatının kəskin artması; vergi qanunvericiliyinin dəyişməsi; yüksək vergi və məcburi ödənişlər; amansız rəqabət; sahibkarların bazar problemləri və bilik səviyyəsinin yüksək olmaması və s.[16, s.417-418]



Gözlənilən risklər: Riskin analizinin əhəmiyyəti, layihədə qarşıya qoyulmuş hədəflərin tamamilə və ya qismən yerinə yetirilməməyi səbəblərinin qiymətləndirilməsindən ibarətdir. Layihənin həyata keçirilməsi anında bu itkilər ola bilər:

  • Material itkisi (əvvəlcədən düşünülməyən əlavə xərclər və itkilər, maşınların, bina və başqa qurğuların itkisi).

  • Pul itkisi (maliyyə vəsaitlərinin düşünüləndən çox xərclənməsi, qiymətli kağızların, pul vəsaitlərinin itkisi, qiymətlərin aşağı düşməsindən əmələ gələn, inflyasiya ilə bağlı, valyuta kurslarının dəyişməsi zamanı yaranan, gözlənilən mənbələrdən pul vəsaitlərinin tam və ya qismən ödənilməməyi və s. itkilər).

  • Zaman itkisi (layihə üzrə hədəflənən işlərin həyata keçirilməsindəki gecikdirmələr sonucunda layihənin reallaşdırılması mərhələlərinin pozulması).

Riskin dərəcələri

Yol verilə bilən risk - (itkilər hesablanmış mənfəətdən çox deyil) – layihənin mənfəətliyini aşağı düşürür.

Böhranlı risk (ehtimal olunan itkilər mənfəətdən çoxdur) – nəzərə çarpacaq qədər itkilərə səbəb olur.

Ağır (fəlakətli) risk (planlanan itkilər sahibkarın mülkiyyətindən artıqdır) –müəssisənin müflis olmasına nədən olur.

Maliyyə və iqtisadi risklər aşağıdakılardır:


    • Sabit olmayan tələbat

    • Alternativ məhsulun yaradılışı

    • Rəqiblər tərəfindən qiymətlərin aşağı düşürülməsi

    • Rəqiblər tərəfindən məhsul istehsalının artışı

    • Vergilərdə artış

    • İstehlakçıların ödəmə qabiliyyəti

    • Xammal, material və nəqliyyat xərclərinin artışı

    • Təchizatçılara bağlılığı, alternativlərin olmamağı

    • Dövriyyə vəsaitlərinin yetməməzliyi

Sosial risklər bunlardır:

    • İxtisaslı işçi qüvvəsinin yığılmasındakı zorluqlar

    • Tətil qorxusu

    • Əmək haqqı səviyyəsinin çatışmazlığı

    • Kadrların ixtisas səviyyəsinin az olması

    • Sosial infrastruktur

Texniki risklər belədir:

    • Avadanlıqların yeni olmaması

    • Xammalın keyfiyyətinin qeyri-stabilliyi

    • Texnologiyaların yeniliyi

    • Avadanlıqların etibarlılığının çox olmaması

    • Avadanlıqların ehtiyat güclərinin olmaması

Ekoloji risklər

  • Atmosferə və suya tullantılar

  • Yaşayış yerinin yaxınlığı

  • İstehsalın zərərliyi

  • “Fors – major” halları

“Fors – major” – dedikdə sahibkardan asılı olmayan xarici amillər nəzərdə tutulur.

Məsələn :



    • iqtisadi qanunvericiliyin və cari iqtisadi durumun, investisiya şəraitinin və mənfəətin istifadə olunmasının qeyri-stabil olması ilə bağlı risklər

    • xarici–iqtisadi risk (ticarət və idxala ehtimal edilən məhdudiyyətlərin qoyulması,sərhədlərin bağlanması və s.)

    • siyasi vəziyyətin qeyri-müəyyənliyi, ölkədə və ya regionda qeyri-qənaətbəxş sosial siyasi dəyişikliklər riski

    • təbii-iqlim şəraitinin müəyyən olmaması, təbii fəlakətlərin olabilmə ehtimallığı

Yuxarıda qeyd edilmiş risklər və “fors-major” halları biznes-planlarda düşünülməli və bu kimi durumlardan sığortalanmaq üçün tədbirlər planı hazırlanmalıdır.

    1. Yüklə 0,51 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin