Sığorta sisteminin inkişafının gecikməsinə səbəb olan başlıca nədənlər:
-
Ölkənin sosial və iqtisadi durumu:
-
Sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar
-
Dövlət tərəfindən sığorta bazarında xarici kapitalın fəaliyyətinə qoyulmuş məhdudiyyətlər
-
Sığorta bazarında dövlət inhisarçılığının hələ də olması
-
Müstəqil sığorta şirkətlərinin kapital təminatında banklarda bağlı olması
-
İnsanların sığorta şirkətlərinə güvənsizliyi
Sığorta sisteminin inkişafını gecikdirən əsas səbəblərdən biri bu sahədəki inhisarçılıqdır. Bazarda dövlət inhisarının qalması xidmətlərin növünün, keyfiyyətin artışına, sağlam rəqabətə, yeni sığorta şirkətlərinin yaranmasına maneə yaradır, inhisarçı şirkətlərin planlanmış qiymət endirimləri sayəsində rəqiblərini sıxışdırmalarına gətirib çıxarır. Misal, bütün rəsmi təşkilatlarda çalışanların məcburi sığortası «Azərsığorta» Dövlət Şirkəti vasitəsilə həyata keçirilir.
Sektorun əsas problemləri siyahısına vətəndaşların məlumatsızlığı daxildir. Əhalinin məlumatlılığının az olması bazarın inkişafına təsir edir. Sığorta müqaviləsi imzalayan insanlar bir çox hallarda imzaladıqları müqavilənin içəriği ilə tanış olmur, müqavilə üzrə hüquq və öhdəliklərini aydın şəkildə öyrənmirlər.Əhalinin məlumatsızlığında təkcə onların bu cəhdlərinin olmaması deyil, sığorta şirkətlərinin də həmçinin bilgiləndirmə kampaniyası aparmaması önəmli rol oynayır. Nədənsə şirkətlər reklam işləri ilə müqayisədə potensial müştərilərini məlumatlandırmaq fəaliyyətinə önəm vermirlər. Və bunun üçün çox az vəsait xərcləyirlər. Bu onu göstərir ki, Azərbaycanda könüllü şəkildə hər hansı sığorta növü məhsulundan istifadə edən vətəndaşa nadir halda rastlamaq olar. Sığorta şirkətlərinin könüllü məhsullar üzrə müştəri bazasını isə normal olaraq banklar təmin və təşkil edir.
Araşdırmalar və təhlillərdən görürük ki, ölkəmizdəki sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi yerlərlə müqayisədə çox zəif inkişaf edib. Bu həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə hesablanmışdır.[10, s.91]
Qazaxıstanda 2008-ci ildə sığorta mükafatlarının ümumi dəyəri 1 237 milyon dollar olmuşdur. Respublikamızda isə bu rəqəm 1 179 milyon təşkil etmişdir. Başqa tərəfdən inkişaf etmiş sığorta bazarlarında məcburi pensiya, məcburi tibbi və işə götürənin mülki məsuliyyətinin məcburi sığortalarını dövlətlə birgə, həyat sığortası sahəsində uzmanlaşmış sığorta şirkətləri də həyata keçirir ki, bu da onların sığorta bazarında paylarının çox olmasına təsir göstərir. Bu gün Azərbaycanda icbari pensiya sığortası yalnız dövlət tərəfindən tətbiq olunur. Lakin onu da vurğulamaq lazımdır ki, indiki sığorta bazarında həyat sığortası məhsulları satan sığortaçıların texniki imkanları bu növ sığortaları tətbiq etmək üçün yetərli deyil. Beynəlxalq təcrübədə həyat sığortası sözləşmələrinin əsas xüsusiyyətlərindən biri də uzun müddətli olmasıdır. Ölkənin sığorta bazarında bağlanan həyat sığorta müqavilələrinə diqqət etsək görərik ki, öhdəliklər əsasən qısa müddətlidir. Burada başlıca amillərdən biri əhalinin hələ də uzun müddəti əhatə edən həyat sığortası məhsullarına inamsızlığıdır. Sovet dövründə anlaşılan uzun müddətli həyat sığortası sözləşmələri üzrə öhdəliklərin məlum nədəndən dolayı yerinə yetirilməməsi, həyat sığortası üzrə güclü kapitala və uzun müddətli bazar strategiyasına malik firmaların mövcud olmaması və olan şirkətlərin bazara maraqlı və keyfiyyətli həyat sığortası məhsulları sunmaması inamsızlığın yaranmasında rol almışdır. Başqa önəmli ünsürlərdən biri də, yerli bazarda toplama funksiyası daşıyan investisiya alətlərinin strukturunda və keyfiyyətində olan çatışmazlıqdır. Ölkədə sığorta tarifləri (avtomobil sığortası xaric) inkişaf etməmiş, hətta qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Xüsusilə diqqət etsək ki, sığorta bazarının inkişafında sığorta tariflərinin çox rolu var və sığorta fəaliyyətinin nəticəsi tam olaraq tarif dərəcələrinin nə qədər doğru və təbii şəkildə yerinə yetirilməsindən asılıdır, həyat sığortası üzrə sığorta haqlarının çox olmaması sığorta şirkətlərinin ziyanla işləməsinə gətirib çıxarır. Bu nədənlə sığorta şirkətləri həyat sığortası ilə əlaqəli iri şirkətlərin müraciətlərini geri çevirir, sözləşmələri pozurlar. Bu sektorda ən çox yayılan tendensiyalardan biri sığorta hadisəsinin qiymətləndirilməsi nəticəsində sığorta şirkətlərinin özləri tərəfindən sığorta ödənişinin çox aşağı təqdim olunmasıdır. Çünki qanunvericiliyə görə sığorta şirkətlərinin imzaladıqları bir sığorta müqaviləsinin dəyəri onların nizamnamə kapitalının həcmi ilə bağlı məhdudlaşdırılır. Sığorta bazarının əsas problemlərindən bir başqası isə sığorta sahəsində ixtisaslı kadrların və aktualların yetməzliyidir.
Son illər bu sahədə artım dinamikasının olmasına baxmayaraq, bazarda bugün belə mütəxəssis çatışmazlığı hiss edilir. Sistemin zəif inkişafı maliyyə, bank, səhiyyə və s. sektorlarla yanaşı, insanların uzun ömürlüyünə mənfi təsir edir. «Sığorta haqqında Qanun»un 1999-cu ildə qəbul edilməsinə baxmayaraq hesabatlılıq və maliyyə hesabatı vermə məsələlərinə də az diqqət yetirilib. Qanun sığorta şirkətlərindən illik konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasını tələb etsə də qanun mühasibat və maliyyə hesabatları standartlarını müəyyən etmir. Bu sahəyə aid olan mühasibat uçotu standartları mövcud deyil. «Sığorta haqqında» qanunda bildirilir ki, sığortaçıların maliyyə və işgüzar fəaliyyəti sığortaçılar tərəfindən seçilmiş və təyin edilmiş müstəqil auditor tərəfindən yoxlanılmalıdır. Auditi aparılmış maliyyə hesabatları Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə və vergi orqanlarına təqdim edilməlidir. Müstəqil auditorun və ya auditor təşkilatının seçilməsi ilə bağlı xüsusi tələblər mövcud deyil. 2006-cı ildə yaradılan Azərbaycan Sığortaçılar Assosiasiyasının məqsədlərindən biri sığortaçılar adından vahid bir cəbhə kimi çıxış etmək olsa da qurumun fəaliyyəti dövründə belə təşəbbüslərə rast gəlinməyib.Assosiasiya sığortaçıların maraqlarının müdafiəçisi kimi qəbul olunmur, nəticədə qarşıya qoyulan məsələlər öz həllini tapmır. Nəzərə alsaq ki, Azərbaycanda çox az sayda sığorta şirkətləri cari problemlərinin həlli ilə bağlı Dövlət Sığorta Nəzarəti Xidmətinə çıxış əldə edə bilir. Assosiasiyanın bu istiqamətdə zəiflik nümayiş etdirməsi sığorta şirkətlərinin problemlərinin həllini ertələyir.
Azərbaycanda sığorta birlikləri hüquqi şəxs kimi Maliyyə Nazirliyinin tərkibindəki Azərbaycan Respublikasının Dövlət Sığorta Nəzarətində qeydiyyatdan keçdikdən sonra öz nizamnamələri əsasında fəaliyyət göstərirlər.
Hazırda ölkədə 27 sığorta şirkəti, 1 təkrar sığorta, beş broker şirkəti (dördü xarici kapitalın iştirakı ilə) var.
Şirkətlər üzrə nizamnamə kapitalları:
«A-Qroup Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyəti – 2 65 500,00 (manatla)
«Çartis Azərbaycan» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 6 786 500,00
«Alfa» Sığorta Açıq Səhmdar Cəmiyyəti – 4 600 000,00 (manat)
«Paşa Həyat Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 7 000 000,00 (manat)
«Atəşgah» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 699 000,00 (manat)
«Atəşgah Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 300 000,00 (manat)
«AtaSığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 800. 000,00 (manat)
«Azal Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 8 137 500,00 (manat)
«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti – 4 500 000,00 (manat)
«Azərqarant Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 260 000,00 (manat)
«AzSığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 643 683,00 (manat)
«Azərbaycan Sənaye Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 800 000,00 (manat)
«Bakı Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 377 840, 00 (manat)
«Beynəlxalq Sığorta Şirkəti» Açıq Səhmdar Cəmiyyət – 8 800 000,00 (manat)
«Başak-İnam Sığorta» (Azərbaycan-Türkiyə) sığorta və təkrar sığorta Açıq Səhmdar Cəmiyyəti – 3 290 000, 00 (manat)
«MEQA Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 500 000,00 (manat)
«Qala Həyat» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 3 500 000,00 (manat)
«Qarant Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 4 000 000,00 (manat)
«Era Trans Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 3 870 000,00 (manat)
«Əmrah Sığorta» sığorta şirkəti – 3 500 661,00 (manat)
«Fidan Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 2 260 000,00 (manat)
«Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 2 650 542, 00 (manat)
«Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 21 061 500,00 (manat)
«AXA MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 5 730 000,00 (manat)
«PAŞA Sığorta» Açıq Səhmdar Cəmiyyəti – 30 000 000,00 (manat)
«Standard İnsurance» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti – 11 000 000,00 «Təmiz Sığorta Qrupu» Açıq Səhmdar Cəmiyyəti - 984 234,24 (manat)
[Mənbə: Dövlət Sığorta Nəzarəti Xidməti]
Hal hazırda sığorta firmalarının çoxu kapital baxımından banklara bağlıdır. Belə firmalar öz büdcələrini bankların hesabına, daha ətraflı, avtokreditləşmə (kreditlə satılan avtomobillərin sığortalanması) hesabına tənzimləyirlər. Buna görə də banka girov qoyulan əmlak bankın xeyrinə sığortalanır. Kreditləşməyə biznes kimi yanaşan banklar hadisələr anında onun xarakterinə diqqət etmədən, bütün rıçaqlardan istifadə edərək sığorta şirkətlərinə təsir göstərməklə sığorta ödənişlərinin alınmasına nail olmağa çalışırlar. Bu isə sonuncuların inkişafına əngəldir. Əsasən banklar təsisçisi olduqları və ya təsisçiləri eyni olan sığorta firmalarını seçirlər (AİF xətti ilə ipoteka kreditlərinin alınması istisnalıq göstərir. Burada əmlak, fərdi qəza və xəstəlik sığortası üçün təyin edilmiş 16 sığorta şirkətindən biri seçilməlidir). [10, s.20]
Azərbaycanda aparılan islahatların, sürətləndirilmiş iqtisadi tərəqqinin dinamikası ilə sığorta bazarının tərəqqi səviyyəsi arasında uyğunsuzluq var. Sığorta sektorunun inkişaf üçün ölkədə yaxşı potensial olsa belə, hüquqi və institusional islahatlar güclü deyil. Bu sektorun inkişafı məqsədilə ilk növbədə qanunvericiliyin inkişafı önəmli hesab olunur. Cari ilin başlanğıcından başlayaraq Maliyyə Nazirliyi məcburi sığortanın çeşidlərinin tətbiqi istiqamətində qanunvericiliyin inkişafı təşəbbüsləri ilə çıxış edir. Bu ilin yanvar ayının 1-dən respublikada «İstehsalatda xoşagəlməz hadisələr və peşə xəstəlikləri sonucunda əmək qabiliyyətinin itirilməsi hallarından məcburı sığorta» haqqında və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunları qüvvəyə minib. Maliyyə Nazirliyi «Sığortanın icbari növləri haqqında» qanunun bazasında Sığorta Məcəlləsinin qurmasını planlaşdırır.Eyni zamanda respublikada məcburi sığorta sisteminin sabitliyinin və tərəqqisinin təmini, həm də sığortaçıların maraqlarının qorunması məqsədilə İcbari Sığorta Bürosunun qurulması qərara alınıb. İlkin qanun proyektində büronun sadəcə avtonəqliyyat vasitələri sahiblərinin sığortası (OSAQO) ilə əlaqəli qurulması nəzərdə tutulsa da, sonradan bunun sığortanın bütün icbari növlərinə aid edilməsi nəzərdə tutulub.
|
Cədvəl 3 .
2015-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T (Dövlət Statistika Komitəsi)
|
|
|
|
(manatla)
|
№
|
Sığortaçının adı
|
Sığorta Haqları
|
Sığorta Ödənişləri
|
1
|
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
|
4,855,308.55
|
5,853,232.30
|
2
|
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
15,135,878.66
|
9,135,178.66
|
3
|
“Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
2,483,038.40
|
1,430,726.63
|
4
|
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti
|
8,568,756.46
|
3,403,898.87
|
5
|
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
32,717,240.64
|
11,005,333.64
|
6
|
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
37,600,708.90
|
13,060,726.57
|
7
|
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti
|
27,527,058.88
|
6,481,111.44
|
8
|
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
|
36,515,694.00
|
10,484,143.00
|
9
|
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
9,263,591.56
|
3,265,627.24
|
10
|
“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
211,520.64
|
1,688.00
|
11
|
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
2,236,419.19
|
1,481,155.32
|
12
|
“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
|
913,648.00
|
777,120.48
|
13
|
“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
|
9,523,713.41
|
3,495,984.49
|
14
|
“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
2,056,028.01
|
4,614,653.91
|
15
|
“Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
0.00
|
179,029.77
|
16
|
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
59,997.50
|
81,985.83
|
17
|
“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
16,171,644.08
|
1,678,465.93
|
18
|
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
47,991,977.76
|
8,169,121.84
|
19
|
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
57,502,988.76
|
24,586,788.82
|
20
|
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
17,816,480.95
|
16,425,414.34
|
21
|
“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
3,993,577.10
|
1,704,781.52
|
22
|
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
1,644,469.19
|
985,486.05
|
23
|
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
17,478,079.94
|
6,404,022.99
|
24
|
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
9,158,393.99
|
4,220,895.43
|
25
|
“Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
62,133.00
|
53,341.00
|
26
|
“İPƏK YOLU SIĞORTA” ASC
|
16,707,694.63
|
562,225.97
|
27
|
“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
740,394.65
|
474,454.30
|
|
YEKUN
|
378,936,436.85
|
140,016,594.34
|
[26, Azərbaycanın statistik göstəriciləri 2015-ci il. Azərbaycan Dövlət Statistika Komitəsi]
-
Sığorta ehtiyatlarının formalaşması və yerləşdirilməsi mexanizmi
Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta əməliyyatlarının həyata keçirilməsi ilə yanaşı sığorta edənin fəaliyyətinin mühüm sferasıdır. Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta edən tərəfindən diversifikasiyalılıq, qaytarılmalılıq, mənfəətlilik və likvidlilik prinsiplərində maliyyə dayanıqlığının və sığorta ödəmələrinin təminatının təmin edilməsi üçün sığorta ehtiyatlarının yerləşdirilməsi qaydalarına uyğun olaraq aparılır.
Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə sığorta etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması üsulu vasitəsilə həyata keçirilir.
Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupaxarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi amillər ,qanunverici baza və s. aiddir. Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar: -anderrayter siyasəti, -tariflərin müəyyən edilməsindəki siyasət, -müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət verən sığorta ehtiyalarının mövcud olması, -xüsusi kapitalın kifayət etmısi, -təkrarsığorta sistemindən istifadə edilməsi, -sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və öhdəçilikləri arasında normativ nisbətə əməl olunması, -sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət normativinə əməl olunması.
Son illərdə ölkəmizdə sığortaçılar tərəfindən yaradılmış sığorta ehtiyatlarının məcmu miqdar aşağıdakı cədvəldə (milyon manatla) qeyd edilmişdir:
Cədvəl 4.
Cədvəldən də göründüyü kimi 2008-2012 –ci illərdə sığorta ehtiyatları artmışdır. Yuxarıda qeyd etdiyimiz kimi , sığorta ehtiyataları sığorta haqları hesabına formalaşır. Məhz 2009-cu ildə yığılan sığorta haqlarının azlıq təşkil etməsi uyğun olaraq bu ildəki sığorta ehtiyatlarının azalmasına səbəb olmuşdur. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədilə öz vəsaitini və sığorta ehtiyatlarını “qaytarılma”, “divesifikasiya”, “ gəlirlilik” və “likvidlik” şərtləri ilə səmərəli yerləşdirə bilər. Bu şərtlətrin qısa şərhinı baxaq: -qaytarılma – investisiyaya qoyulmuş vəasitlərin tam həcmdə qaytarılmasını təmin etməklə,həmin vəsaitlərin ən etibarlıyerləşdrilməsini nəzərdə tutur. -diversifikasiya (qarıdırma və səpələmə) – investisiya portfelinin ümumi riskini və gəlirlərin itkisini azaltmaq məqsədilə həmin portfelin bilavasitə bir-biri ilə əlaqədar olmayan müxtəlif aktivlərdən yaradılmasını nəzərdə tutur. -likvidlik-sığorta müqavilələri üzrə investisiyaya yönəldilmiş aktivləri sığorta ödənişlərinin verilməsi ilə əlaqədar sığortaçının vəzifələri yarandıqda onların nominal dəyəri saxlanılmaqla tez bir zamanda nağd pula çevrilmək imkanını nəzərdə tutur. -gəlirlilik-əvvəli prinsiplərin gözlənilməsi şərti ilə investisiyaya yönəldilmiş aktivlərin daimi və yüksək gəlir gətirməsini nəzərdə tutur.
Sığorta fəaliyyəti haqqında qanuna əsasən sığortaçılar sığorta ehtiyatlarını aşağıdakı istiqamətlərə investisiyaya yönəldə bilərlər -dövlət qiyməli kağızları-1oo%, - bank hesablarındakı pul vəsaitləri-100%, -daşınmaz əmlak -80%, -qeyri-dövlət qiymətli kağızları-80%, - sığorta və təkraasığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:
1)hesabat tarixinə ödəmə vaxtı gecikdiriməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-100%,
2)hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-0%,
3)dövlət icbari şəxsi sığortalılar üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları-100%. 4)sığorta ehtiyatlarında təkrarsığortaçıların payı-100%,
5)həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri-100%.
Sonda onu da qeyd etmək lazımdır ki,sığortaçının ödəniş qabiliyyətinin təmin edilməsi baxımından sığorta ehtiyatlarının yerləşdirilmə müddətləri sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin müddətlərinə uyğun olmalıdır.
Dostları ilə paylaş: |