Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


II.Fəsil:  Kommersiya müəsisəsinin insan resurslarinin idarə edilməsi sistemi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#39249
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
Mirizad-A-amir-Ba-r-o-lu

II.Fəsil:  Kommersiya müəsisəsinin insan resurslarinin idarə edilməsi sistemi. 

   (“Bazarstore” universamı) 

 

2.1.Kommersiya müəsisəsinin   (“Bazarstore” universamı) insan resurslarinin idarə   



      edilməsi sisteminin  qisa xarakteristikasi. 

 

 “Bazarstore” universam tipində ticarət müəssisəsidir. Mağaza həm ərzaq, həm 



də  qeyri-ərzaq  mallarını  satır.  Ədəbiyyatlarda  universam  bütün  ərzaq  malları  və 

evə qulluq malları satılan ticarət obyekti kimi göstərilir. Xırdalan şəhəri H.Əliyev 

prospekti  164-də  AAAF  park  adlanan  yaşayış  kompleksinə  xidmət  edən  adi 

universamdır. Adi universamın sahəsi 500

m2-

1200


m2   

qədər dəyişir.  

    Orta səviyyəli universamların sahəsi 1200

m2 


–dən  7000

m2 


qədərdir.Bu ticarət 

obyektində  özünəxidmət  və  piştaxtadan  mal  satılır.Piştaxta  ilə  mal  3  şöbədə, 

əsasən  şirniyyat,  çörək,  bulka,  pitsa  və  s.  satış  həyata    keçirilir.  Mal  satışında 

aşağıdakı əməliyyatlar ardıcıllıqla həyata keçirilir: 

-  alıcıların qarşılanması, onların istəklərinin aşkara çıxarılması . 

-  təklif və malın göstərilməsi . 

-  malların seçilməsində kömək və məsləhətlər. 

-  mövcud olan əmtəələrin və yeni əmtəələrin təklifi. 

-  texnoloji əməliyyatların həyata keçirilməsi (çəkilmə, bükülmə). 

-  hesablaşma əməliyyatları. 

-  əmtəənin qablaşdırılması və alışın təqdimatı. 

Mağaza 24 aprel 2016-cı ildə qeydiyyatdan keçmişdir. Bazarstore mağazalar 

şəbəkəsi  Azərbaycanda      “Azərsun  holdinq”şirkəti  tərəfindən  açılmış  və  öz  satış 

şəbəkəsini  daim  genişləndirir.  AAAF  parkdakı  bu  mağaza  yaşayış  kompleksinin 

əhalisi üçün nəzərdə tutulmuşdur.  

 

Bu mağazanın yerləşdiyi ərazi çox əlverişlidir. AAAF park çox müasir tipli 



yaşayış kompleksidir.  Bu kompleksdə əhali üçün rahatlıq şərtləri ön plandadır. Bu 

mağaza  özündə  çox  rahat,  alıcı  üçün  əlverişli  şərait  təmin  edilmiş  məkandır. 

Uşaqların  alış-veriş  zamanı  valideynlərə  mane  olmamaları  üçün  onlar  üçün 

ayrılmış əyləncə yerləri və nəzarətçinin olması, çox geniş olan avtomobillər üçün 




40 

 

nəzərdə tutulmuş avtomobillərin park edilməsi yerləri, rahat yeraltı piyada keçidi, 



bankomatlar, piyada tratuarlar, ətrafın müasir işıqlandırılması və mağaza saat 8

00 – 


dan  saat 11

00-


qədər fəaliyyət göstərir. Mağaza haqqında məlumatlar olan lövhə iş 

rejimi haqqında, göstərilən xidmətlər haqqında məlumat verilir. (Bax əlavə 1) 

Qeyd  olunduğu  kimi  mağazanın  yerləşdiyi  məkan  çox  əlverişlidir,  həmişə 

çoxlu alıcı olur. Bu mağazanın digər ticarət müəssisələrdən üstünlüyünü göstərir. 

Eyni  zamanda  öz  işinin  yaxşılaşdırılması  üçün  çeşidin  genişləndirilməsi  üçün 

alıcıya xidmət mədəniyyətinin yüksəldilməsi üçün stimul olur. 

İşçilərin  siyahı  sayı  181  nəfərdir.  Bütün  satıcılar  professional  təhsil  almış 

gənclərdir. Onlar mal çeşidi, onun keyfiyyəti, alıcıya xidmət mədəniyyəti haqqında 

peşəkar    biliklərə  malikdirlər.  İnzibati  işçilər  isə  ali  iqtisadi  profilli  təhsil  almış 

işçilərdir. 

Mağazanın ümumi sahəsi 2800

m2 –


dir. Bundan ticarət zalı 700

m2

 anbar sahəsi və 



idarə  edən  heyətin  kabinetlərini  əhatə  edir.  Bu  supermarket  orta  səviyyəli 

universam  adlanır.  Mağaza  sahəsindən  səmərəli  istifadə  edilir.  Vitrinlər  mal 

qonşuluğu nəzərə alınaraq qurulmuşdur. Ticarət zal 5 hissədən ibarətdir: 

1.  Yeddi seksiyalı əsas bölmə 

2.  Ət və ət mağəhsulları 

3.  İşçilər şöbəsi 

4.  Hazır yeməklər şöbəsi 

5.  Evə qulluq malları (12 seksiya). 

Heyətin əməyin funksional bölgüsü kateqoriyaları üzrə sayı: 

a)  İdarəedən heyət (direktor, direktor müavini və inzibatçılar) 

b)  marketoloqlar, şöbə müdirləri, mühasib və s. (20 nəfər) 

c)  əsas heyət (ticarət əməliyyatçıları). 

d)  ticarət zalında alıcıya xidmət göstərməklə məşğul olan işçilər – satıcılar, nəzarətçi 

kassirlər (60 nəfər) 

e)  köməkçi  heyət  (əsas  heyətə  xidməti  təmin  edənlər,  həm  də  mağazanın  sanitar 

gigiyenik vəziyyətini dəstəkləyən fəhlələr, süpürgəçilər, elektrik işçiləri , texnikəri 

və s.) (24 nəfər) 



41 

 

Direktorun  vəzifələrinə  aiddir  firmanın  taktika  və  strategiyaların  işlənməsi, 



marketinq  tədqiqatları,  nümayəndə  funksiyaları,  partnyorlarla  qarşılıqlı  əlaqə, 

lazımı  lisenziyaların  alınması,  reklamın  reallaşdırılması  və  reklam  nəticəlrinin 

təhlili, firmanın imicinin formalaşması, işgüzar yazışmalar və s. Mağaza işçilərinin 

geyim forması alıcılarla xoşagələn təəsürat yaradır. Eyni zamanda ticarət zalındakı 

təmizlik  qaydalar,  gülərüz  personal  alıcılara  yaxşı  təsir  edir.  Bu  mağazalar 

zəncirində  mağaza  personalı  öz  hərərkətləri,  göstərdikləri  xidmətlə  müştərilərin 

mənafeyinə  xidmət  etdiklərini,  işlərinə  müştəri  mövqeyindən  yanaşdıqlarını 

göstərirlər. Satış şöbəsinin rəisi bilavasitə bütün mağazanın mal hərəkəti prosesinə 

cavabdehdir. (lojistika, malgöndərənlərlə müqavilə bağlanması). 

Ticarət  zalının  administratoru  mağazanın,  saxlanma  müddətinin  rotasiyası 

üçün də  cavabdehdir.  İnzibatçının    vəzifə  məsliyyətinə  mağazanın  ticarət  zalında 

nəzarətin həyata keçirilməsi, satıcıların fəaliyyətinə nəzarət və koordinasiya aiddir. 

Mağazanın  fəaliyyətinin  80%-i  özünəxidmətlə  həyata  keçirildiyindən  satıcıların 

sayı nəzarətçilərin və kassirlərin sayından azdır. 

Mağaza  mühəndislik  sistemi  və  avadanlıqla  təmin  olunduğundan  sanitar 

tələblərinə və rahatlıq səviyyəsini təmin edir: 

-  mərkəzləşmiş soyuq su təminatı 

-  mərkəzləşmiş kanalizasiya 

-  mərkəzi istilik sistemi 

-  isti su sistemi  

-  bütün binada havalandırma sistemi  

-  mərkəzləşdirilmiş elektrik sistemi 

-  işıqlandırma sistemi (təbii, süni və qarışıq) 

Bütünlükdə mağaza və binanın tərkibi supermarketdə mövcud olan ərzaq və 

qeyri-ərzaq  mallarının  ticarətinin  sanitar  qaydalarına,  normalarına  uyğun  həyata 

keçirilməsinə imkan verir ki, bunu sanitar epidemioloji yekun qərarlar təsdiq edir. 

Çörək və çörəkbulka məmulatları, süd , ət məhsulları və bir çox gündəlik tələbat 

malları birbaşa çörək zavodundan, istehsal müəssisələrindən daxil olur.  




42 

 

Mürəkkəb çeşidli mallar (xaricdən alınan əmtəələr, başqa şəhərlərdən alınan 



əmtəələr)  mağazaya  topdan  ticarət  bazarlarından  daxil  olur.  Amma  bu  mağazada 

satılan  məhsulların  85%-i  Azərsun  holdinqin  istehsalı  olan  məhsullardır.  Bu 

mağazaya  məhsullar  tədarükçülər  tərəfindən,  şəxsi  fermer  təsərrüfatlarından  eyni 

zamanda fərdi olraq əmək fəaliyyəti ilə məşğul olur. 

 Malların  yerləşməsi  üçün  ticarət  zalında  müxtəlif  tipli  mebellərdən,  ticarət 

soyuducularından  istifadə  olunur.  Kollektivdə  ticarət  avadanlığında  malların 

rasional  formada  yığılması  yəni  ticarət  avadanlıqlarının  tutumundan,  ticarət 

zalından səmərəli istifadə olunması vacib xarakter daşıyır . (Bax əlavə 2) 

Mağazaya  daxil  olarkən  alıcı    inventar  səbət  vəə  ya  malların  yığılması  üçün 

arabacıü  götürülür  və    malların  seçilməsi  üçün  ticarət  zalına  daxil  olur.  Mal 

seçildikdən  sonra  alıcı  sərbəst  olaraq    mağazada  mövcud  olan  8  kassadan  birinə 

yaxınlaşır.  Nəzarətçi  kassir  hesablaşmanı  aparır.  Mağazanı  əsas  iş  qaydalarına 

əsasən mağazanın işçiləri alıcılar daxil olarkən onların öz şəxsi  əşyalarını (çanta, 

portfel və s.) xüsusi ayrılmış kabinalara saxlamaq üçün qoyulur. Mağaza işçilərinə 

ikili yoxlama qadağan edilir, yəni, onların şəxsi əşyalarını yoxlanması (əl çantası, 

portfel) və s.  

      Bu  universamlar  şəbəkəsinin  vacib  prinsiplərindən  biri  nəzarətin  bacarıqla 

təşkili və eyni zamanda bunun alıcıya inamla vəhdəti: çünki, alıcı aşırı nəzarətdən 

xoşlanmır.  Ona  görə  də  bütün  ticarət  zalının  işçiləri  qiymət  kağızlarını  qaydaya 

salırlar,  malların  yerləşdirilməsində  gecikmələri  aradan  qaldırırlar,  alıcılara 

məsləhətlər  verirlər,  eyni  zamanda  ticarət  proseslərinə  ümumi  nəzarəti  həyata 

keçirirlər.  Mağazada  bankomatlar,  ödəmə  terminalları,  “alıcı  guşəsi”,  mağazanın 

lisenziyası, təkliflər yeşiyi, alıcı hüquqlarını qoruyan xidmətin ünvanı, telefonu və 

digər  məlumatlar  yerləşdirilir.  Qeyd  etmişdik  ki,  Azərsunun  “Bazarstore” 

universamlar  şəbəkəsinin  bütün  mağazaları  üçün  eyni  standart  fəaliyyət  daxildir.  

Bura  həm  əmtəə,  həm  iş  prinsiplər,  xidmətlər,  eyni  zamanda  vahid  təlim 

mərkəzindən təlim alınmış və gəlmiş ticarət personalı mövcüddur. “Bazarstore”nin 

SWOT təhlilini apardıq. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin