qiymətləndirilməsi .
Gənc mütəxəssislər- tələbələr, ali məktəb məzunları professional
mütəxəssislərdən daha ucuz olduqlarına görə kifayət qədər ucuz ehtiyat hesab
olunurlar. Bununla bərabər onlar yaşlı nəsildən dinamik düçüncə, çeviklik,
kreativlik, yeniliyə can atmaları ilə üstünlük təmin edirlər. Gənc mütəxəssislərin
cəlb edilmısində bir necə variant var:
Daha populyar cəlbetmə metodu vakansiya yarmarkası və ali məktəblərdə
təqdimatların keçirilməsidir.
62
Əsas odur ki, kadr şöbəsi gənc mütəxəssisləri daha uyğun formada işə dəvət
edir. Sonucda əsas məqsəd onların işə daha çox fayda gətirməsindədir. Bunun üçün
uyğunlaşma proqramı vacibdir.
Uyğunlaşma prosesini sosial-iqtisadi və yeni profesional əmək şəraitində
tədricən daxil olması ilə müəyyən etmək olar. Şərtsiz olaraq bu prosesdə əsas rol
istehsal təhsili təlimçilərinin üzərinə düşür. Bu işçilərin yeni kollektivə alışmasına
adaptasiya olunmasına səbəb olur.
Gənc mütəxəssislərin adaptasiyasının qiymətləndirilməsi məqsədi ilə sosioloji
seçmə sorğu aparılır. Bu sorğu firmanın işçiləri arasında aparılmışdır (əlavə). 33
adam, onlardan 21 nəfər əməkçi, 12 nəfər isə professionallardır. Araşdırma bu
formada məslələrin yekununda ortaya çıxır:
- Təşkilatın əsas tapmacasının gənc insanlar üçün vacib olan əməyin ödənilməsidir.
- Gənc insanların bərkiməsinə ən çox təsir göstərən istehsal işgüzarlığının əsas
səbəbini tapmaq.
- Sosioloji sorğu reytinqini müəyyən edərkın onlardan hansının gənclər üçün önəmli
olduğunu müəyyən etmək.
- Professional vərdişlərin istehsal prosesində hər işçi bir neçə addıma mənimsəyir.
İlk öncə yeni işə qəbul olunanlar istehsalat haqqında təlim verən instruktorun
abstrak məşğələlərində nəsə dərk etməyə çalışırlar. Bu məşğələ ilk növbədə işə
götürülənlərin peşəkarlıq bacarıqlarının öyrənilməsinə istiqamətlənib.
Bütün əməkdaşlar, hansılar ki ilkin hazırlıq keçirlər təlimatın qarşısında əldə
olunan biliklərini təcrubədə möhkəmləndirirlər. Və bu yeni işə qəbul edilənlər öz
mentorları ilə öz peşəkarlıqlarını artırırlar. Bu onların kollektivə alışmalarını da
sürətləndirir.
Bütünlükdə işçilər öz mentorları ilə işi yeksək qiymətləndirirlər. Ümumilikdə
“Bazarstore”də mentorlarla işi həm mütəxəssislər (97%), həm də yeni işçilər
(100%) yüksək qiymətləndirilər.
Mentorlarla işin müsbət cəhətlərini belə qeyd edirlər:
- Professional vərdişlərin bir başa iş yerində təkmilləşməsi;
63
- Praktik məsələlərin həllinə kömək;
- Təhsilin əl çatan olması.
Aşağıdakı tədbirlər yerinə yetirilmişdir:
- Şöbələr üzrə ekskursiya, məhsullarla tanışlıq;
- Daxili qayda-qanunlarla tanışlıq
- Əsas vəzifə təlimatları, normativ sənədlərlə tanışlıq
- İş yeri ilə tanışlıq
- İş sualları üzrə məsləhət
- İşin keyfiyyətlə yerinə yerinə yetirilməsinə kömək
- Daha rahat medlinin məşğələlər üçün seçilməsi
- Profesional vərdişlər, ixtisaslaşmadan .
Əmək şəraiti heç də gənc insanlara az təsir etmir. Gərək onların kollektivə
psixoloji uyğunlaşması təmin olunsun. Əməkçilərin öyrənilməsi zamanı belə bir
sorğu qoyuldu:
Sizin kollektivinizdə yeni işçi haqqında hansı fikir var? İşçilər yeni
kriteriyalara tez vərdiş edirlərmi? Bu suallara aşağıdakı cavablar alındı:
- Yetişgin işçilər fasiləsiz olaraq yeni işçilərə kömək edirlər (60%)
- Kollektiv yeni işçiyə xeyirxah yanaşır. Onların kollektivə uyuşmasına yardımçı
olurlar (40%)
Yekun olaraq qeyd edək ki, mentor və təlimatçıların fəaliyyəti yeni işçilərin
həm iş vərdişlərinin möhkəmlənməsinin həm iş yerində kollektivə uyuşmasına,
normal psixoloji iqlimin yaranmasına səbəb olur. Bütün bunlardan sonra, keçirilən
sorğu nəticələrinə görə yeni işçilərin kollektivə daha çox xeyr vermələri üçün
aşağıdakı işlərin görülməsi təklif olunur.
- Ticarət mərkəzinin bütün şöbələrinə ekskursiyalar təşkil oluna və yeni peşəkarlar
məhsul istehsalı ilə yerində tanış olsalar yaxşı olar
- İş yerində bütün təlimatlar, əsas normativ sənədlərlə tanışlıq.
Mağaza öz işini daha yaxşı quraraq istehsalat təcrübəsi və diplom qabağı
təcrübə keçən tələbələrlə əvvəlcədən iş görə bilənlər, ən yaxşı təcrübə keçən
64
tələbələri seçə bilərlər. Bu firma üçün daha sərfəlidir. Tələbə təcrübə keçərkən ona
heç bir əmək haqqı verilmir.
Tələbədə hələ kifayət qədər bilik, təcrübə yoxdur, bu baxımdan onun iş üçün
yararlı olub-olmaması, əmək potensialının yüksək olub-olmamasını müzakirə
etmək düzgün olmaz. Bu baxımdan ancaq onun şəxsi keyfiyyətləri üzrə
qiymətləndirmək daha düzgün olur. Özünü aparmaq qabiliyyəti, məlumatlarla
işləmək qabiliyyəti, yenilikləri yadda saxlaması və sair diqqətə alına bilər.
Amma mentorların 20%-i ancaq istehsal müəssisələrinə ekskursiya təşkil
etmişdi. Satılacaq məhsullarla istehsal yerində tanışlıq işçinin həmin məhsul
haqqında daha çox bilgi almasına səbəb olar. Bu firma bu faktı gərək nəzərdə
saxlasın. 100% ancaq yeni işçilər mentorların iş yerləri ilə tanışlıq və işin yerinə
yetirilməsinə nəzarətin hansı formada olması haqqında məlumatlar verilmişdir.
Hər 10 işçidən biri daxili qayda-qanunla, vəzifə təlimatı ilə tanış olmamışdır.
51% soruşulan işçilər və 66% peşəkarların peşəkar öyrətmənin əhəmiyyətini dərk
edir və öz ixtisas və peşəkarlıqlarını artırırlar. Əsas soruşulanlar (82%) üçün ən
üstünlük verdikləri öyrətmə sistemi bu tərbiyədir. Onlar hesab edirlər ki:
- İstehsal işgüzarlığı sistemində yeni bacarıq və dərketmənin möhkəmlənməsinin
faktiki istiqamətlərinin öyrənilməsi
- İşçi medlisinin şüurlu tətbiqi.
Eyni zamanda onun peşəkar bilikləri yadda saxlamasında önəmlidir.
Aparılan təhlillərin nəticəsi. Aparılan təhlillərdən aşağıdakı nəticələrə gələ
bilərik:
Mağazanın ümumi işçi sayı 23 nəfərdir. Əksər işçilərin ali təhsili yoxdur. İşçilərin
orta yaşı 30-40 yaşdır. Verilmiş tədbirlərin tətbiqindən sonra bir sonrakı nəticələrə
gətirir:
1) İşdən razı qalan müştərilərin sayının yüksək olması firmaya onun potensial artımı
üçün imkan verir.
2) Şəxsi həyatın digər aspektlərinin olanlaşması imkanları və şəxsi professional
perspektivləri daha aydın görmək
3) Gələcək professional fəaliyyətə məqsədyönlü hazırlıq imkanı.
65
Müəssisəyə bu halda aşağıdakı üstünlükləri qazanmaq üçün nə aiddir:
1) Əmək məhsuldarlığının yüksəldilməsində daha maraqlı olan personal;
2) İşçilərin karyera yüksəlişinin yüksəldilməsi imkanı;
3) Kadr axınını azalmaq.
Bu məqsədlə qiymətləndimənin 2-ci blokundan istifadə etməni məqsədəuyğun
hesab edirəm və kriteriya kimi aşağıdakılardan istifadə edilməsini tövsiyyə edirəm:
1. Real əldə olunmuş iş nəticələri və təhsilin nəticəsi- əldə olunan iqtisadiyyat
təhsildən sonra istehsal, iş göstəricilərinin yüksəldilməsi nəticələri;
2. İşə
qarşı davranış dəyişikliyinin təlimdən sonra rəhbəri tərəfindən
qiymətləndirilməsi.
Heyətin idarə ediləsi sisteminin təkmilləşdirilməsi tədbirləri mağazada kadr
axınının qarşısını almağa və heyətin əmək məhsuldarlığının yüksəldilməsini
stimullaşdırmağa imkan verir.
Dostları ilə paylaş: |