Gigiyenik tələblər insanın qablaşdırma və qablaşdırılan malla qarşılıqlı təsiri
zamanı təhlükəsizliyini təmin edir.
Antropometrik tələblər qablaşdırmanın ölçü və formasının insan əlinin
formasına uyğunluğuna qoyulan tələblərdir. Qablaşdırmanın işlənib hazırlanması
zamanı təkcə onların istifadə rahatlılığı və komfortluluğu deyil, həm də istehlakçı
qrupunun yaş orientasiyası da nəzərə alınır (uşaqların və böyüklərin antropometrik
xarakteristikalarının fərqi uyğun olaraq tara və qablaşdırmaya qoyulan tələbləri də
fərqləndirəcəkdir). Bununla bağlı olaraq İSO 8317-93 “Uşaqlar üçün istifadəsinə yol
verilməyən qablaşdırmalar. Çoxdəfəli istifadə qablaşdırmasına qoyulan tələblər”
standartı qüvvədədir. Başqa sözlə desək elə mallar vardır ki, uşaqların onlarla təması
yolverilməz hesab edilir. Bunlara dərman pereparatları, kosmetik vasitələr, məişət
kimya malları aiddir.
Dostları ilə paylaş: |