6
I FƏSİL. ƏDƏBİYYAT İCMALI
1.1. Qablaşdırıcı materialların istehsalında işlədilən polimerləşmə üsulu ilə
alınan qatranlar və onların keyfiyyətinə təsir edən amillərin təhlili
Aparılan təhlillər göstərir ki, dünyada polimer materiallarının istehsalı əsas
aparıcı dövlətlər olan Amerika Birləşmiş Ştatları, Çin, İtaliya, Almaniya, Belçika,
Sinqapur, Qatar və s. bu kimi dövlətlərin əlində cəmləşmişdir (şəkil 1.1). Bu dövlətlər
tərəfindən istehsal olunan polimer materiallar içərisində polietilen və polipropilen
qatranları əsasında hazırlanan polimerlər xüsusi yer tutur. Müasir dövrdə sənayenin
müxtəlif sahələrində olduğu kimi, polimer materiallarının istehsalında və istehlakında
Çin lider dövlətdir. Belə ki, bütün dünyada polietilen qatranlarının istehsalının 20%-i
yalnız Çinin payına düşür. Hətta araşdırmalar göstərir ki, Çin, İtaliya, ABŞ,
Almaniya və Belçika dövlətləri polietilen qatranlarının 41%-dən artığını istehsal edir.
2013-cü ilin məlumatlarına görə dünyada illik polietilen istehsalı təqribən 82 milyon
ton, polietilenin ixracatı isə 70 milyard ABŞ dolları civarında təşkil etmişdir. Bu 70
milyard dolların 44%-i Belçika, Sinqapur, ABŞ və Səudiyyə Ərəbistanın payına
düşür. Dünya polietilen ixracatının 14 faizini isə Səudiyyə Ərəbistanı təşkil edir.
Dostları ilə paylaş: