7
Apardığımız araşdırmalar göstərmişdir ki, 2018-ci ilə qədər dünyada polietilen
istehsalı 5 faiz artmışdır.
Dünya qablaşdırma sənayesində propilen istehsalı da sürətlə inkişaf edir ki, əsas
ixracatçı ölkə olaraq Niderland, Şimali Amerika, Yaxın Şərq ölkələrini və Çini misal
göstərə bilərik (şəkil 1.2).
Şəkil 1.2. Dünyada propilen istehsalının inkişaf dinamikası
Məişətdə və sənayedə qablaşdırıcı polimer materialı kimi geniş istifadə edilən
polietilen və polipropilen qatranlarının alınması üçün polimerləşmə və
polikondensləşmə üsullarından istifadə olunur. Bu polimerlərin alınması üçün çoxlu
sayda eynimolekullu monomer tərkibində olan ikiqat rabitələrin hesabına birləşərək
yüksəkmolekullu birləşmələr, yəni polimerlər əmələ gətirir. Polimerləşmə
reaksiyasında iştirak edən monomerlərin növündən və quruluşundan asılı olaraq
polimerləşmə prosesi homopolimerləşmə və birgə polimerləşməyə bölünür.
Polietilenin və polipropilenin polimerləşməsi prosesi reaksiyada iştirak edən
monomerin quruluşundan, reaksiyanın aparılma şəraitindən və polimerləşmə
reaksiyasının yerinə yetirildiyi şəraitdən asılı olaraq dəyişir. Polimerləşmə prosesinin
aparılması nəticədə əldə edilən sintetik qatranın keyfiyyətinə, onun məhsuldarlığına
0
10000
20000
30000
40000
50000
60000
70000
2010
2011
2012
2013
2014
2015
52000
53500
55550
59200
62300
66610
Dostları ilə paylaş: