Tədqiqatın predment və obyekti:
Tədqiqatın obyekti Brexitin səbəb olduğu
Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında münasibətlərdir. Tədqiqatın predmentini
isə Brexitin səbəbləri, proses və nəticələri təşkil edir.
Tədqiqatın məqsədi və vəzifələri: Tədqiqatın məqsədi Böyük Britaniyanın
Avropa İttifaqından çıxmasını tarixi aspektdən, mövcud durum və gələcək
perspektivlər baxımdan araşdırmaq və təhlil etməkdir.
Qarşıya qoyulmuş məqsədə uyğun olaraq tədqiqatın əsas vəzifələri Avropa
İttifaqının yaranmasını tarixi baxımdan araşdırmaq, Böyük Britaniyanın birliyə
üzvlük müddətinə nəzər salmaq, Brexiti şərtləndirən amilləri təhlil etmək, Brexit
prosesini hüquqi aspektdən və gələcək əməkdaşlıqlar perspektivindən araşdırmaq,
Brexitə digər ölkələrin mövqelərini və onun ölkələrəarası münasibətlərə təsirini
müəyyənləşdirməkdir.
|