Tədqiqatın elmi yeniliyi: Dissertasiya işinin başlıca elmi yeniliyi bu mövzuya
Azərbaycan dilində ilk dəfə müraciət olunaraq məhz tarixi, siyasi, o cümlədən
iqtisadi baxımından hərtərəfli tədqiq olunmasıdır. Dissertasiya Birləşmiş Krallığın
Avropa İttifaqı yarandığında ona qarşı mövqeyi, üzvlük üçün mübarizəsi, xüsusi üzv
kimi birlikdə fəaliyyəti ölkənin qlobal güc olma istəyi mövqeyindən sistemli olaraq
öyrənilməsinə imkan verir. Birləşmiş Krallığın Avropa İttifaqı üzvlüyündən çıxması
prosesi hüquqi sənədlərin tətbiqi ilə izah olunmuşdur.
Dostları ilə paylaş: |