Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Kasıblar ədalətin idarə olunmasında ayrı-seçkiliyə



Yüklə 169,26 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü169,26 Kb.
#42258
1   2   3
Gəlir bölgüsü və yoxsulluq

 Kasıblar ədalətin idarə olunmasında ayrı-seçkiliyə qarşı həssasdırlar. Yoxsul insanlar tez-tez məhkəmə müdafiəsini əldə edə bilmirlər, çünki qanuni nümayəndəlik ödənişi üçün kifayət qədər pulları yoxdur. Pulsuz hüquqi yardımın mövcud olduğu hallarda belə, yoxsul insanlar ın hələ də məhkəmə qarşısında ədal ət axtarmaq üçün lazımi məlumatları əldə edə bilməməsi və etimad göstərməməsi müşahidə oluna bilər.

Şəxsi təhlükəsizlik hüququ. Yoxsul insanlar adətən bir çox təhlükəli şərtlərlə üzləşirlər. Maliyyə, iqtisadi və sosial etibarsızlıqdan başqa, onlar dövlət və qeyri-dövlət aktorlar tərəfindən çox vaxt ölüm təhlükəsi, təqib, təhqir, ayrı-seçkilik və fiziki zorakılığa məruz qalırlar. Onlar adətən daha yüksək cinayət dərəcələri olan ərazilərdə yaşayır və polis tərəfindən az qorunurlar.

Siyasi hüquqlar və azadlıqlar. Ayrı-seçkiliyin nəticəsi olaraq, kasıb insanlar tez-tez siyasi qərarların qəbul edilməsində fəal iştirak etmək üçün lazım olan informasiya, imkanlar və bacarıqlara malik deyildirlər. Onlar siyasi quruluşlardan kənarda qalır və ya aşağı səviyyədə təmsil olunurlar. Kasıb insanların siyasi hüquq və azadlıqlardan istifadəsi sosial təcrid, marjinallaşma və yoxsulluqla mübarizədə vacibdir.

Yoxsulluq içində yaşamaq aşağıdakilərə səbəb ola bilər:

- ailə və yoldaşlardan təcrid

- gündəlik həyatınıza təsir edən qərarlar üzərində gücsüzlük hissi və az nəzarət

- mövcüd dəstək və xidmətlər barədə məlumat çatışmazlığı

- təməl ehtiyacları əldə etməkdə problemlərin yaranması, o cümlədən layiqli yaşayış məntəqələrinə, səhiyyə xidmətləri və məktəblərə və həyat boyu öyrənmə imkanlarına malik olmamaq

- yüksək səviyyəli cinayət və zorakılıq, yoxsul ekoloji şərait və ya uzaq və təcrid olunmuş kənd ərazisində təhlükəli bir məhəllədə yaşamaq

- su, istilik və elektrik kimi vacib kommunal xidmətlərə qoşulmağın, sağlam qida və ya yeni geyim almaq və ya ictimai nəqliyyat vasitələrindən istifadə etnəyin mümkünsüzlüyü

- dərman ala bilməmək və ya həkimlərə müraciət edə bilməmək

- işini itirmək və ya xəstəlik kimi səbəblərdən dolayı heç bir qənaət olmadan yaşamaq

- istismar edilmək və qanunsuz vəziyyətlərə məcbur edilmək

- irqçilik və ayrı seçkiliyə məruz qalmaq

- gündəlik sosial və istirahət proqramlarına qoşula bilməmək və s.

2000-ci ilin sentyabrında dünya liderləri Birləşmiş Millətlər Təşkilatının Minilliyin Bəyannaməsini qəbul edib və 2015-ci ilə qədər yoxsulluğun aradan qaldırılması üçün dövlətlər arası tərəfdaşlığı öz üzərinə götürmüşdür. Bu bəyannaməyə əsasən Minilliyin İnkişaf Məqsədləri hazırlanmışdır. Bu məqsədərdən ən başlıcası həddindən artıq yoxsulluq və aclığın aradan qaldırılmasıdır. Birləşmiş Millətlər Təşkilatına üzv olan və bu bəyannaməni imzalan dövlətlər bu hədəflərin həyata keçirilməsini öz üzərilərinə götürürlər.

Dünyada yoxsulluq əsasən gəlir bölgüsündəki fərlərə görə meydana gəlir. Hal hazırda dünyanın ən zəngin insanlarının sərvətləri ölkələrin əksəriyyətinin illik büdcəsindən dəfələrlə çoxdur. Bir qrup insanların həddindən artıq zənginləşməsi yoxsulluğun artmasına gətirib çıxardır. İnkişaf etmiş ölkələrin əksəriyyəti digər yoxsul ölkələrin təbii sərvətləri hesabına inkişaf edirlər. İnkişaf etmiş ölkələr digər bəzi ölkələrin inkişaf etməsinə şərait yaratmır və həmin ölkələrdə iqtisadi və sosial vəziyyətin pisləşməsinə gətirib çıxardır. Təadüfi deyildirki ABŞ, Yaponiya və Qerbi Avropa dünya ticarətinin 65%-ni təşkil edir. Həmçinin ölkə daxilindədə gəlir bölgüsündə böyük fərq olması və düzgün bölüşdürülməməsi yoxsulluğun artması ilə nəticələnir.

Yoxsulluğun qarşısını almaq üçün ilk növbədə onu yaradan səbəbləri müəyyələşdirmək lazımdır. Yoxsulluğun azaldılması hədəfləri buna əsasən müəyyən olunur. İnkişaf Etmiş Ölkələrdə yoxsulluğun yaranma səbəbləri ilə digər ölkələrdə yoxsulluğun yaranma səbəbləri fəqlidir. Bəzi Fransa kimi imkişaf etmiş ölkələrdə vergi dərəcələrinin çox yüksək olması insanların gəlirlərinin böyük hissəsinin dövlət tərəfindən alınmasına səbəb olur və insanları yoxsullaşdırır. Digər inkişaf etməkdə olan ölkələrdə isə yoxsulluğu yaradan amillər idarəçiliyin pis olması, büdcə hesablamalarının qeyri dəqiq olmasə və büdcə bölüşdürülməsinin doğru həyata keçirilməməsidir. Təbii ki bu amillər ölkədən ölkəyə fərqlənə bilər lakin əsas amillər yuxarıda qeyd etdiklərimizdir. İnkişaf etməkdə olan və kasıb ölkələrdə gəlir bölgüsünün doğru aparılmamasının nəticəsi olaraq bir qrup insanın həddindən artıq çox zəngin olması və qalan əhalinin yoxsullaşması baş verir. Ölkənin gəlir bögüsündəki fərqi yoxlamaq üçün desil, kvintil, kvartil və cinin əmsallarından istifadə olunur. Desil əsalı istifadə olunduqda əhalini gəlir səviyyəsinə görə 10 bərabər hissəyə ayırırlar və ən zəngin 10% lik hissə ilə ən yoxsul 10% lik hissənin nisbətini hesablayırlar nisbət nə qədər böyük olarda deməli zənginlər və yoxsullar arasında fərq bir o qədər çoxdur. Gəlir bölgüsündəki fərqi azaltmaq yoxsulluğun azaldılmasının başlıca şərtlərindəndir. İnkişaf etmiş ölkələrdə bu nisbət digər ölkələrə nəzərən daha azdır. Gəlir bölgüsündəki fərqin ən aşağı səviyyəsi Norveçdədir. Norveçdə demək olarki ifrat yoxsulluq şəraitində yaşayanlar yoxdur və yoxsulluqda dahada azalma baş verir. Norveç və onun kimi digər avropa dövlətləri yoxsulluğa qarşı mübarizə üçün sosial yardımlardan istifadə edirlər. Belə ölkələr sosial dövlət adlandırırlar. Sosial dövlətlərin başlıca məqsədi ölkə vətəndaşlarının sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır. İsveç əhalinin rifah səviyyəsinin ən yeksək olduğu ölkələrdəndir. İsveç sosializm və kapitalizm arasında “orta yol” icad edən dövlətdir. İsveç dünyada sosial bərabərliyin lideri olduğu dövlətlərdəndir. İsveçin dövlət mülkiyyəti 1\4 hissədən az olmağına baxmayaraq vergilər vasitəsi ilə insanların gəlir səviyyəsini qismən bərabərləşdirir. Buna misal olaraq bir işdə çalışan və bir həyat yoldaşı və 4 uşağı olan şəxs başlanğıcda 4600 dollar alırsa vergilər və sosial yardım ilə o sonda 14000 dollar qazanır. Həmçinin eyni ailə tərkibinə sahib olar biri 23000 dollar maaş alırsa vergilər və sosial yardım vasitəsi ilə sonda 14000 dollar qazanır. Yəni sosial yardımlar və vergilər vasitəsi ilə gəlirlər arasındaki fərq azaldılır. Bu modeldən ölkəmizdə istifadə olunsa müsbət nəticələr verə bilər. Alamaniyada yoxsulluğa qarşı əsasən sosial sığortalanmadan istifadə olunur. Əgər bir şəxs işdə yaralanarsa onun 66% şirkət ödəmək məcburiyyətindədir.

AZƏRBAYCANDA YOXSULLUĞUN YARANMA SƏBƏBLƏRİ VƏ ONUN HƏLLİ YOLLARI.

Yoxsulluq digər ölkələrdə olduğu kimi Azərbaycanda da aktual problemlərdəndir. Yoxsullara - əmək haqqı yaşayış minimumundan az olan işləyən vətəndaşlar, təqaüdçülər, əlillər, tələbələr, çoxuşaqlı ailələr, qaçqın və köçkünlər, nəzarətsiz uşaqlar və digərləri aiddir.

Azərbaycanda yoxsulluq əsasən aşağıdakı səbəblərdən yaranır:

1) qaçqın və məcburi köçkünlər. I Qarabağ müharibəsinin nəticəsi olaraq 1 miliyona yaxın qaçqın və məcburi köçkünlər olmuşdur və buda yenicə müstəqil olmuş ölkədə yoxsulluğun ifrat dərəcəsinə çatmasına səbəb olmuşdur.

2) iş qabiliyyətli əhalinin məşğulluğunun təmin edilə bilməməsi və işsizliyin getdikcə artması, nəticə etibarilə gəlirlərin azalması. Belə ki, işsizlərin sayının artması nisbi yoxsulluq səviyyəsini artırır. Yoxsulluq səviyyəsinin azaldılmasının şərtlərindən biri də əhalinin daimi və yüksək gəlirli işlə təmin olunmasıdır. Adambaşına düşən gəlirlərin artması nisbi yoxsulluq səviyyəsini azaldır.

3) işlə təmin olunmuş işçilərin aldıqları əmək haqqının aşağı səviyyədə olması və onların əsas ehtiyaclarını ödəyə bilməməsi. Bu Azərbaycanda əhalinin əsas hissəsinin yaşayış səviyyəsinin aşağı olmasının əsas səbəblərindəndir;

4) ev təsərrüfatlarında himayədə olanların sayının çox olması;

5) sosial bərabərsizlik. Bu, gəlirlərin bölgüsündə öz əksini tapır. Bərabərsizliyin yuxarı həddi iqtisadi inkişafa mənfi təsir göstərir.

6) əhalinin kütləvi surətdə şəhərə axını və nəticədə şəhərlə kənd arasında disbalans yaranması, əsas sənaye və istehsal obyektlərinin iri şəhərlərdə cəmləşməsi. Qeyd edək ki, yoxsulluğun aradan qaldırılması siyasətinin formalaşdırılmasında bir sıra əhəmiyyət kəsb edən məsələlər var. Belə ki, siyasət prioritetlərinin formalaşdırılması zamanı ETT nəticələrinə uyğun olaraq bir sıra məsələlər nəzərə alınmalıdır. Məlumdur ki, ölkənin digər şəhər və kənd yerlərinə nisbətən Bakıda gəlir əldə etmək imkanları kifayət qədər yüksəkdir. Bakıya nisbətən digər regionlarda əhalinin yaşayış səviyyəsi aşağı, məşğulluq imkanları isə məhduddur. Bu məqsədlə regional inkişafa nail olmaq,regionlarda davamlı iqtisadi inkişafı təmin etmək, o cümlədən yerli xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif sahələrin inkişaf etdirilməsiəsas prioritet hesab olunur. Regionlarda əhalinin işlə təmin olunması və yeni iş yerlərinin açılması yoxsulluğun azaldılmasının zəruri şərtidir.

7) ölkəmizdə adambaşına düşən milli gəlirin qabaqcıl ölkələrə nisbətən aşağı səviyyədə olması;

8) qeyri-neft sektorunun zəif inkişaf etməsi. Bunu nəzərə almaq lazımdırki qeyri neft sektorunda işləyənlar neft sektorunda işləyənlərdən dəfələrlə çoxdur;

9) pensiya, təqaüd və müavinətin aşağı olması.

10) xarici şirkətlərin iqtisadiyyatın aparıcı sahələrində yüksək mövqe tutması, milli sahibkarlığın çox zəif inkişaf etməsi və s.

Bütün bunlardan başqa yoxsulluq səviyyəsinə ev təsərrüfatlarının ailə tərkibi də təsir göstərir:

1) ailədəki fərdlərin sayı – belə ki, ən az yoxsulluq uşaqsız ailələrin payına düşür. Ev təsərrüfatlarının tərkibinin (ailə uzvlərinin sayı) böyük olması yoxsulluq riskini artırır. Belə ki, tək yaşayan şəxslər üzrə adambaşına gəlir uşaqlı ailələrə nisbətən 1,8 dəfə, uşaqız ailələrə nibətən 1,5 dəfə çoxdur.

2) ailə başçısının təhsil səviyyəsi – Təhsil səviyyəsinin aşağı olması ailələrin yoxsulluq riskini artırmaqla, yoxsul əhalinin məşğulluq imkanlarını və yoxsulluqdan xilas olmaq ehtimalını məhdudlaşdırır. Təhsil səviyyəsi yoxsulluq səviyyəsi ilə tərs mütənasibdir. Bu göstərici nə qədər yüksək olarsa, həmin ailənin bir o qədər az yoxsul olma ehtimalı vardır, yəni ev təsərrüfatı başçısının təhsil səviyyəsi yüksəldikcə, xüsusilə ali təhsilə malik olduqda, onların yoxsulluq riski azalmış olur.Çünki yüksək təhsil səviyyəsinə malik olmaq hər bir şəxsə yüksək əmək haqqı ilə təmin olunmaq imkanı verir. Belə ki, təhsil səviyyəsinin hər yüksək pilləsi üzrə fərdlər 7-10% daha çox əmək haqqı alırlar.

Yuxarıda sadalanan problemləri aradan qaldırmaq məqsədilə aşağıdakı təklifləri irəli sürmək olar:

İşsizlik probleminin həll edilməsi. Yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunması, xüsusilə də əməkqabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni iş yerlərinin yaradılması qarşıda duran ümdə vəzifələrdən biridir. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, səmərəli məşğulluğun təmin edilməsi və əmək bazarı siyasətinin mütəmadi olaraq təkmilləşdirilməsi məqsədilə işçi qüvvəsinin müntəzəm monitorinqinin həyata keçirilməsi və yeni iş yerlərinin keçirilmiş monitorinqin nəticələriylə uzlaşdırılaraq yaradılması daha məqsədəuyğundur.

Qaçqınlara, məcburi köçkünlərə və digər yoxsul təbəqələrə müəyyən yardımlar göstərilməsi, yaşayış şəraiti üçün güzəştlər edilməsi. Belə ki,yoxsulluğun azaldılması ilə bağlı strategiyanın əsas hədəflərindən biri də Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmiş 1 milyona yaxın qaçqın və məcburi köçkünün sosial həyat şəraitinin yaxşılaşdırılması və onların məşğulluğunun təmin olunması üçün tədbirlərin sistemli şəkildə davam etdirilməsidir. Bu insanların yaşadığı ərazilərdə infrastrukturun bütün növləri üzrə təminatın yaxşılaşdırılması ilə bərabər, iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi, qaçqın və məcburi köçkünlərin sahibkarlıq və biznes fəaliyyəti ilə məşğul olmaları üçün davamlı tədbirlərin görülməsi, eyni zamanda onların yeni iş yerləri ilə təmin edilməsi məqsədi ilə yaradılan müəssisələrin sayının artırılması nəzərdə tutulur. 2015-ci ilə qədər qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi. İnsanların öz potensiallarından kifayət qədər istifadə edə bilməməsi onların yoxsullaşmasına səbəb olur. Bu problemin həllinin səmərəli yolu kiçik və orta sahibkarlığın sürətli inkişafına nail olmaqdır. Aydındır ki, hazırki şəraitdə Azərbaycan əhalisini neft-qaz sektorundan başqa işsizlikdən qurtara biləcək sahə kiçik və orta sahibkarlığın inkişafıdır. Bu istiqamətdə ciddi tədbirlər həyata keçirməklə həm istehsalın həcminin, həm də əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq mümkündür.

Ölkəmizin təbii sərvət və resurslarından səmərəli istifadə edilməsi, qeyri-neft sahələrinə güclü investisiyaların cəlb olunması. Azərbaycan təbiətindən əldə olunmuş dərman bitkilərini, yabanı meyvələri və s. toplayaraq emal etməklə daxili və xarici bazara çıxarmaq və bu yolla valyuta qazanmaq mümkündür. Həmçinin, dulusçuluq, dəmirçilik, qalayçılıq, misgərlik və s. sənətkarlıq sahələrinin inkişaf etdirilməsi də bu istiqamətdə atılan uğurlu addım olar. Bu, həm işsizliyin qarşısını alar, həm də xalq adət-ənənələrinin yaşamasına şərait yaradar.

Turizm və sanatoriyaların inkişaf etdirilməsi. Ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, eləcə də regionlarda məşğulluq və özünüməşğulluğun inkişaf etdirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin daha səmərəli əlaqələndirilməsi məqsədilə 2008-2016-cı illərdə turizm sektorunun inkişafına dair Dövlət Proqramı hazırlanmışdır. Bu sahənin inkişafı dövlət büdcəsinə böyük miqdarda vəsaitin daxil olmasına şərait yaradacaqdır.

Kənd təsərrüfatının maddi-texniki bazasının bərpa olunması. Kənddə yoxsulluğun azaldılması kənd təsərrüfatının maddi-texniki bazasının bərpa olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Burada mövcud olan hidrotexniki qurğular, nasos stansiyaları yenidən qurulmalı, meliorasiya tədbirləri həyata keçirilməli, kənd təsərrüfatı qurumlarının və kəndli təsərrüfatlarının maliyyə və texniki problemləri həll edilməli, istehsal edilən məhsullar üçün əlverişli bazarlar tapılması kimi məsələlər dövlət tərəfindən həll edilməlidir.

AZƏRBAYCANDA YOXSULLUĞA QARŞI DÖVLƏT PROQRAMLARI VƏ DÖVLƏT QURUMLARININ FƏALİYYƏTİ.

Azərbaycanda yoxsulluğun azaldılması üçün 2 dövlət proqram qəbul olunmuşdur. Bunlardan 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı  Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur. Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə “2003-2005-ci illər üçün  Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu dövlət proqramının həyata keçirilməsi nəticəsində nisbətən iqtisadi artıma nail olunmuş infilyasiya və valyuta məzənnəsi sabit saxlanılmışdır. Bu proqramın nəticəsi olaraq yoxsulluq 46,7%-dən 29,3%-ə enmişdir. 2007-ci ildə isə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” qəbul olunub.

2008-2015-ci illərdə YADİDP-nin aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir:

I)makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

II)əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

III)        səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

IV)qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

V)təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və   onları əldə etmək üçün bərabər imkanların yaradılması;

VI)sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

VII)   ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı  idarə olunmasının təmin edilməsi;

VIII)     gender bərabərliyinin dəstəklənməsi;

IX)institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.

2013-cü ilin sonuna olan məlumata görə, Azərbaycanda əhalinin 5,6 faizi yoxsuldur. Bu da ümumdünya yoxsulluq səviyyəsindən təxminən 3,57 dəfə, inkişaf etməkdə olan ölkələrlə müqayisədə isə 4,46 dəfə aşağıdır. Dünyada yoxsulluğun orta səviyyəsi 20, inkişaf etməkdə olan ölkələrdə 25%  təşkil edir.

Azərbaycanda ən böyük problem təşkil edən məsələ minimum istehlak səbətinin tərkibidir. Bəzi mütəxəssislər hesab edir ki, minimum istehlak səbətinin tərkibi reallığı əks etdirmir. 2014-cü ildə yaşayış minimum 125 manat 2017-ci ildə isə 155 manat təşkil etmişdir. İqtisadçı ekspertlərin hesablamalarına görə 2017-ci ildə minimum istehlak səbəti 155 manat yox 253 manat olmalıdır. Əgər bu statistika doğru hesablansa onda əhalinin daha çox hissəsinin yoxsulluq həddində yaşaması məlum olar. 2020-ci ilin statistik göstəricilərinə əsasən yaşayış minimum ölkə üzrə 190 manat, əmək qabilliyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün isə 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin statistikaya əsasən ölkədə yoxsulluq 4,8 faiz təşkil edir. Əlbətdəki bu göstəricilər reallığı tam əks etdirmir. Əslində minimum istehlak səbəti daha yüksəkdir və buna əsasəndə yoxsulluq daha yüksək olacaq. Minimum istehlak səbətinin dəyərinin qaldırılması təklif olunsada müharibə şəraitinin olması səbəb göstərilərək bundan imtina olunmuşdur. Fikrimcə büdcədən vəsait ayrılarkən insanların həyat şəraitinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına daha çox önəm verilməlidir.

İkinci bir məsəslə bu sahə üzrə dövlət qurumlarının fəaliyyətidir. Bildiyimiz kimi bu sahə üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi fəaliyyət göstərir. Ünvanlı dövlət sosial yardımın icra olunmasına 2002-ci ildən başlanılmışdır. Əhalinin həssas qrupunun və onlara təyin olunan məbləğin müəyyən olunması vacib prossesdir. Bunun üçün statistik təhlil aparılmalı və onların həyat şəraitinin yaxşılaşdırılması üçün işlər görülməlidir. Burada ən vacib məsələlərdən biridə unvanlı dövlət sosial yardımın təyin olunmasının şəffaf həyata keçirilməsidir. Ölkəmizdə tez-tez rast gəlinən məsələ yardıma ehtiyacı olanın yardım ala bilməməsi və ehtiyacı olmayanlara yardım təyin olunması məsələsidir. Bunun qarşısını almaq üçün sistem yenidən nəzərdən keçirilməli və bunun üzərində nəzarət gücləndirilməlidir. Sosial yardımın artırılması və təyin olunmasına nəzarətin gücləndirilməsi üçün bir necə qanun layihəsi və proqramlar qəbul olunmuşdur. Azərbaycan Respublikası sosial yönümlü dövlətdir. Sosial dövlət olmaq yolunda addımlar atılır. Bunun üçün Almaniya, Norveç kimi sosial dövlətlərin dövlət quruluşundan və atılan addımlardan təcrübə götürmək olar. Bilindiyi kimi Norveç və Almaniya dünyada ən aşağı yoxsulluq səviyəsinə malik ölkələrindəndir. Bu ölkələrin daxili siyasətində əsas üstünlük insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına verilir. Bu dövlətlərin təcrübəsini ölkəmizə inteqrasiya edərək istifadə etmək müsbət nəticələr verə bilər. Lakin ölkədə yoxsulluğun azaldılması üçün həyata keçirilən tədbirlər yoxsulluğu yaradan səbəbləri aradan qaldırılmasına yönəldilməlidir. Son illərdə keçirilən yoxlamalar nəticəsində ehtiyacı olmadığı halda sosial yardım alan şəxslər müəyyən olunmuşdur. Həmçinin ehtiyacı olanların müraciətinə baxılmaması halları müşahidə olunmuşdur. Bunun qarşısının alınması üçün yeni islahatlar həyata keçirilməli və müasir yeni sistem yaradılmalıdır.

YOXSULLUQLA MÜBARİZƏDƏ AZƏRBAYCANDA MÜASİR VƏZİYYƏT.

2020-ci ildə Covid-19 epidemiyasının bütün dunyaya yaılması və həmçinin Azərbaycanda ikinci Qarabağ müharibəsinin baş verməsi ölkədə yaşayan insanların sosial vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Covid-19 epidemiyası səbəbi ilə bir çox insan öz iş yerlərindən olmuşdur. Belə çətin sosial-iqtisadi şəraitdə dövlət insanlarım sosial vəziyyətinin yaxşılaşdırılması üşün tədbirlər görməli və büdcə gəlir və xərclərinə daha çox nəzarət etməlidir. Ölkədə bütün ticarət və digər sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq dayandırılması insanların gəlirlərinin azalması və ya tamamilə olmaması ilə nəticələnmişdir. Buna görə dövlət 190 manat sosial yardım olunmasına başlamışdır. Bildiyimiz kimi 2020-ci ilin minimum istehlak səbəti 190 manatdır və sosial yardımda buna əsasən müəyyən olunmuşdur. Lakin sosial yardım müəyyənləşdirilərkən ailə tərkibi nəzərə alınmayıb. Əgər 190 manat 1 nəfərin ehtiyaclarını qarşılaya bilirsə ailədə olan uşaqların ehtiyaclarının qarşılanması mümkün deyildir. Yoxsulluğun azaldılmasında əsasə məqsəd uşaq yoxsulluğunun azaldılması olmalıdır. Uşaqların yoxsul şəraitdə böyüməsi onların maddi həmdə mənəvi zərər görməsinə səbəb olur. Uşaqlqrın təhsil ala bilməməsi və tibb imkanlarından istifadə edə bilməməsi onların və gələcək nəslin rifahını təhlükə altına salır. Azərbaycanda hal hazırda uşaqlara uşaq pulu təyin olunmayıb buda ailə vəziyyətinin pisləşməsinə və yoxsulluğun artmasına səbəb olur. Uşaq pulunun verilməməsi büdcədə yetərincə vəsaitin olmaması və müharibə şəraiti ilə əsaslandırılır. Lakin uşaqların qayğısına qalınması və yoxsulluğun azaldılması ön planda olmalıdır.

İdarəçiliyin keyfiyyəti yoxsulluğun azaldılması üçün vacibdir. Düzgün idarə  etmə  ictimai iştirak və  yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönələn siyasəti, eləcə  də  sabit makro‐iqtisadi idarəçiliyi təşviq edir. Bu, dövlət vəsaitlərinin şəffaf istifadəsini təmin edir, özəl sektorun inkişafını təşviq edir, ictimai xidmətlərin effektiv göstərilməsini dəstəkləyir, hüquq norması yaratmağa yardım göstərir. Səmərəli və məhsuldar daxili sərmayə qoyuluşunu təşviq etmək, yoxsul təbəqənin real gəlirlərini qorumaq üçün inflyasiyanı aşağı səviyyədə  saxlamaq   düzgün makro‐iqtisadi çərçivə  üçün zəruridir. Eynilə, bu, faiz dərəcəsi və  valyuta kursunda kapital xərclərini süni olaraq azaldan və  əmək qüvvəsinin istifadə  olunmasına mane olan təhriflərə  yol vermir. Dövlət xərclərinin düzgün idarə  olunması maliyyə  intizamı, iqtisadi inkişaf və  bərabərlik baxımından  əhəmiyyətlidir. Effektiv və  qabaqcıl vergiqoyma sistemi, ibtidai təhsil, ilk tibbi yardım və  digər ictimai xidmətlərin göstərilməsi sahəsində  müvafiq büdcə  ayırmaları vasitəsilə  bərabərliyə  nail olmaq olar. Maliyyə  sektorunun effektiv tənzimlənməsi və  yoxlanması  əmanətçilərin qorunması, rəqabətin böyüməsi, səmərəliliyin artması, cəmiyyətin bütün üzvləri tərəfindən maliyyə vəsaitlərinin istifadə olunması imkanının böyüməsi üçün vacibdir.

Dövlət sektoru tərəfindən  əsas xidmətlərin effektiv və  səmərəli göstərilməsi yoxsul təbəqə üçün daha çox əhəmiyyət kəsb etdiyindən, zəif idarə etmə onlara qeyri‐uyğun  şəkildə  zərər vurur. Dövlət sektorunda qeyri‐səmərəlilik, korrupsiya və  israfçılıq nəticəsində  ictimai xidmətlərin və yoxsulluğa qarşı ünvanlı proqramların lazımi səviyyəsini və keyfiyyətini təmin etmək üçün vəsait azalır. Halbuki, yoxsul təbəqəyə  əsas xidmətlərin göstərilməməsi tək sərmayə  qoyuluşunun olmamasından irəli gəlmir. Çox zaman bu, aşağıdakıların nəticəsində  baş  verir: maliyyə  cavabdehliyi olmayan institusional strukturlar, yerli elitaların hökmranlığı, geniş  yayılmış  korrupsiya, mədəni səviyyədə  şərtləşdirilmiş  qeyri‐ bərabərlik və yoxsul təbəqənin iştirak etməməsi. Belə problemlər olduqda zəif idarəetmədən yoxsul təbəqə üçün cavabdeh olan idarəçiliyə keçmək üçün sistematik dəyişikliklər edilməlidir. Belə  dəyişikliklər etmək çətindir, çünki yoxsul təbəqəni təcrid edən mövcud  şərtlər mövcud iqtisadiyyat və  səlahiyyət baxımından qeyri‐bərabərlikdə  əks olunur. Qeyri‐bərabərliklə  mübarizə aparılmasa, yoxsul təbəqənin yaşayış səviyyəsini qaldırmaq çətin olacaqdır.

Fəaliyyət iki səviyyədə aparılmalıdır. Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş  inkişafı və  sosial inkişafı təşviq etmək üçün milli səviyyədə  dövlət idarəçiliyi və  xərclərin idarə olunması qüvvətləndirilməlidir. Eyni zamanda ictimai xidmətlərin göstərilməsi üzrə  cavabdehlik hökumətin  ən aşağı münasib səviyyəsinə  ötürülməlidir. Təəssüf ki, yerli hökumətlərdə  institusional potensial zəif olmağa daha meyllidir. Buna görə  də  hakimiyyətin ötürülməsi mərhələlərlə  ola bilər. Yaxşı olar ki, proses ibtidai təhsil və  ilk tibbi yardım kimi prioritetlərdən başlasın. Uzun müddətli məqsəd yoxsul təbəqəyə  səlahiyyətlərin verilməsi və  yerli səviyyədə iştirakı və cavabdehliyi təşviq edən institusional tədbirlərin inkişaf etdirilməsi olmalıdır

Yoxsulluğun azaldılmasında digər bir məsələ minimum əmək haqqının qaldırılmasıdır. Minimum əmək haqqı hal hazırda 250 manat tə.kil edir. Bu digər ölkələrə nisbətdə şox aşağıdır. 2016-cı ildə ölkədə infilyasiyanın baş verməsi ərzaq və qeyri ərzaq məhsullarının dəyərinin 2 və daha artıq qalxmasına səbəb oldu. Bu qiymət artımına baxmayaraq əmək haqqılar daha az artdı və əhalinin maddi vəziyyətinin pisləşməsinə gətirib çıxartdı.

İşsizlik yoxsulluğun əsas səbələrindən biridir. İşsizliyi azaltmaq üçün ölkədə təhsil və peşə sahəsində zamanın tələbinə uyğun ixtisaslar yaradılmalı və ehtiyac olmayan peşə və ixtisaslara qəbul azaldılmalı və ya dayandırılmalıdır. Şəxsi sahibkarlıq üçün əlverişli şərait yaradılmalıdır.

Yoxsulluğu aradan qaldırmaq üçün onu yaradan səbəbi aradan qaldırmaq lazımdır. Yoxsulluğa təsir edən amilləri dəqiq tapmaq üçün ekonometrik analiz metodlarında istifadə olunmalıdır. Amilin dəqiq seçilməsi yoxsulluğa qarşı mübarizədə və əlavə xərclərin qarşısının alınmasında müsbət effekt verəcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işini təşkil edərkən özünü doğrultmuş inkişaf etmiş ölkələrin təcrübələrinin yerli şəratə inteqrasiya edərək istifadə etmək müsbət nəticələr verə bilər.


ƏDƏBİYYAT


  1. https://www.coe.int/az/web/compass/poverty

  2. Məhəmməd Talıblı “İşləyən yoxsullar” ölkəsi (1 ci hissə) məqalə.

  3. Asiya və Sakit okeaon regionunda yoxsulluqla mübarizə: Yoxsulluğun azaldılması strategiyası. https://www.adb.org/sites/default/files/publication/29483/poverty-policy-az.pdf

  4. https://slides.ourworldindata.org/world-poverty/#/declining-world-poverty-s1820-2015-step1

  5. Комрасито. Пособие по обучению детей правам человека. Совет Европы, 2008.

  6. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3607123

  7. http://edf.gov.az/az/content/45

  8. http://www.stat.gov.az/source/budget_households

  9. «2008—2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı

inkişaf Dövlət Proqramı»

  1. http://www.etsim.az/upload/File/documents/06-2017/documents-25-file.pdf

  2. https://ailevecalisma.gov.tr/uploads/sygm/uploads/pages/uzmanlik-tezleri/13-yoksullukla-mucadelede-avrupa-nin-ve-turkiye-nin-sosyal-yardim-modeli-ersin-kaya.pdf



Yüklə 169,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin