AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Kərimli Xəyal Vasif oğlu «Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi»



Yüklə 0.65 Mb.
səhifə1/7
tarix23.06.2017
ölçüsü0.65 Mb.
  1   2   3   4   5   6   7
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ

Əlyazması hüququnda

Kərimli Xəyal Vasif oğlu

«Azərbaycanda regional iqtisadi inkişafin tənzimlənməsinin dövlət mexanizmi» mövzusunda



MAGİSTR DİSSERTASİYASI

Elmi rəhbər:

Dos. İ.M.Mahmudova

_________________________


Magistr proqramının rəhbəri:

Dos. İ.M.Mahmudova

______________________________





Kafedra müdiri prof. М.А.Əhmədov

BAKI - 2017

MÜNDƏRİCAT

GİRİŞ............................................................................................................................ 3

FƏSİL I. REGİONAL İQTİSADİ İNKİŞAF STRATEGİYASININ FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI .............................. 6



    1. Azərbaycanda regional inkişaf strategiyasının formalaşmasının qanunauyğunluqları və xüsusiyyətləri ......................................................... 6

1.2 Regional iqtisadi inkişafın dövlət tənzimlənməsi ...................................... 14

1.3 Regional iqtisadiyyatla milli iqtisadiyyatın qaşılıqlı əlaqələri ................... 23

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA REGİONUN İQTİSADİ İNKİŞAFINDA ƏSAS İSTİQAMƏTLƏR VƏ DAVAMLI İQTİSADİ İNKİŞAFIN MÖVCUD VƏZİYYƏTİ .......................................................................................... 27


    1. Azərbaycan respublikası regionlarının iqtisadi inkişafının əsas istiqamətləri və iqtisadi inkişaf mərhələləri ..................................................................... 27

    1. Azərbaycanda regional inkişafın mövcud vəziyyətinin GZİT təhlili və dəyərləndirilməsi ......................................................................................... 33

2.3 Regional iqtisadi inkişafın təmin edilməsinin normativ-hüquqi təminatı ... 46

FƏSİL III. AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ DÖVLƏT PROQRAMININ ROLU VƏ REGİONAL İQTİSADİ İNKİŞAFIN TƏNZİMLƏNMƏSİNİN DÖVLƏT MEXANİZMİ ............................ 51

3.1 Regional iqtisadi inkişafın tənzimlənməsində dövlət proqramı və onların makroiqtisadi xarakteristikası ...................................................................... 51

3.2 Regionlarda sosial-iqtisadi inkişafda sahibkarlığın stimullaşdırılmasının əsas istiqamətləri ................................................................................................. 57

3.3 Regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsinin dövlət mexanizminin təkmilləşdirilməsinin prioritetləri ........................................ 63

NƏTİCƏ VƏ TƏKLİFLƏR ...................................................................................... 71

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR ......................................................... 75

GİRİŞ

Mövzunun aktuallığı. Bildiyimiz kimi, bazar iqtisadi sistemində iqtisadi inkişafın tənzimlənməsi qarşıda duran başlıca məqsədlərdən biridir. Keçid dövrünün davamlı iqtisadiyyatını təmin etmək üçün özəlləşdirmək və səhmləşdirmək kifayət etmir. İqtisadi inkişafa nail olmaq üçün ölkə regionlarında mövcud təbii resurslardan səmərəli istifadə etmək, regionlarda sosial-iqtisadi inkişafa nail olmaq başlıca şərtdir. Ümumiyyətlə, ölkə iqtisadiyyatını beynəlxalq səviyyədə iqtisadi inkişaf səviyyəsinə çatdırmaq üçün yuxarıda qeyd edilənlərlə birgə regional və sahə dövlət siyasəti, birbaşa və dolayı dövlət müdaxiləsi tələb olunur. İqtisadçıların əksəriyyəti keçid dövrünün iqtisadiyyatını təhlil edərək belə nəticəyə gəlirlər ki, bu dövrdə dövlətin rolu nəzərdə tutulandan çox daha genişdir.

Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müstəqillik əldə edildiyi ilk illərdə neft sektorundan asılı olmuş, ölkədə təkistiqamətli iqtisadi inkişafla əlaqədar regionlar arası disproporsiyalar artmış, işçi qüvvəsinin paytaxt ərazisinə axını baş vermişdir. Belə bir şəraitdə ölkədə regionlarda sosial-iqtisadi inkişafa nail olmaq üçün tədbirlər görülməsi dövlətin başlıca vəzifələrindən biri olmuşdur.

Azərbaycanın sosial-iqtisadi vəziyyəti müstəqillik əldə etdiyi ilk illərdə həm daxili, həm xarici mənfi amillərin təsiri ilə gərgin idi. Müstəqil ölkə olan Azərbaycan Respublikasında reallaşdırılan radikal islahatlarının ləng irəliləməsi regional istiqamətə fikir verilməməsi, qəbul edilən qərarların, sərəncamların, qanunların bütünlükdə respublika səviyyəsində olması, ayrı-ayrı ərazilərə, regionlara xas xüsusi plan və proqramların, siyasətin olmaması səbəbindən idi.

Müstəqilliyin ilk illərindən belə bir vəziyyətdə ölkənin iqtisadi böhrandan qurtulmasına səbəb olan "əsrin müqaviləsi"nin bağlanması ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsidir. Ulu öndər H. Əliyevin uzaqgörənləyi sayəsində ölkədə böhran vəziyyəti yumşaldılmış və ləğv edilmiş, bazar iqtisadi sisteminin bərqərar olunması və iqtisadi inkişafa nail olunması istiqamətində əsaslı qərarlar qəbul edilmişdir. Ulu öndər H.Əliyev - "müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, bu tariхi nailiyyətin qоrunması оndan da çətindir" - demişdir.

Heydər Əliyev siyasətinin davamçısı kimi İlham Əliyev isə böhrandan çıxmış Azərbaycanda davamlı iqtisadi inkişafa nail olunması yolunda qərarlar vermiş, bir sıra fərmanlar imzalamışdır. Regionlarda və ümumiyyətlə ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti 11 fevral 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. 2004-2008-ci illəri əhatə edən bu proqram, 14 aprel 2009-cu ildə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 27 fevral 2014-cü ildə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qarşıya qoyulmuş regional siyasətin reallaşdırılması, cari məqsədlərə yiyələnməsi, təbii-iqtisadi imkanlardan, elmi-texniki və kadr potensialından, yerli və xarici investisiyalardan səmərəli istifadə edilməsi, regionlararası disproporsiyaların azaldılması və ya ləğv edilməsi məqsədlərini güdür. Dövlətin və cəmiyyətin mənafeyi üçün qeyd edilənlərin reallaşdırılmasının təmin edilməsi və stimullaşdırılması, həyata keçirilən regional siyasət vasitələrinin reallaşdırılmasından əldə edilən nəticələr bu tədbirlərin uzlaşdırılmasını, əlaqələndirilməsini, vaxtaşırı təhlilini vacib edir.

Dissertasiya işinin məqsəd və vəzifələri. Dissertasiya işinin başlıca məqsədi keçid dövründə olan ölkədə yeni iqtisadi düzəndə, xüsusi mülkiyyətin çəkisinin artdığı şəraitdə, yeni mülkiyyət formaları şəraitində, müxtəlif dərəcələrdə, zəif və ya güclü inkişaf etmiş regionların mövcudluğu şəraitində dövlətin regional siyasətinin işlənib hazırlanması, regionların inkişafına dair nəzəri-metodoloji aspektlərin öyrənilməsi, tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılmasından ibarətdir.

Dissertasiya işində Azərbaycan Respublikasının regionalarının təsərrüfat sahələri tədqiqat obyekti kimi götürülmüşdür və yuxarıda qeyd edilən məqsədlərə nail olmaq üçün bir sıra məsələlərin həlli nəzərdə tutulur:

- regional siyasətin prinsiplərini bazar münasibətləri şəraitində araşdırmaq;

- regional siyasətin tədqiqi metodlarını, bu siyasətin tətbiq edilməsi ardıcıllığını aydınlaşdırmaq;

- regional siyasətin məqsədlərinin həyata keçirilməsi qaydalarını tədqiq etmək;

- regional siyasətin tətbiq edilməsi proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi istiqamətlərini tədqiq edərək müvafiq təkliflər çıxarmaq.



Dissertasiya işinin quruluşu. Dissertasiya işi giriş, üç fəsil, 9 yarımfəsil və nəticə və təkliflərdən ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələri, işin strukturu göstərilmişdir. "Regional iqtisadi inkişaf strategiyasının formalaşmasının konseptual əsasları" adlı birinci fəsildə regional inkişaf strategiyası, onun xüsusiyyətləri, regional inkişafın dövlət tənzimlənməsi, regional inkişafla milli iqtisadiyyatın qarşılıqlı əlaqələri haqqında məlumatlar öz əksini tapmışdır. "Azərbaycan Respublikasında regionun iqtisadi inkişafında əsas istiqamətlər və davamlı iqtisadi inkişafın mövcud vəziyyəti" adlı ikinci fəsildə regional iqtisadi inkişafın əsas istiqamətləri, regional inkişafa dair statistik göstəricilər və göstəricilərə əsasən iqtisadi inkişafın GZİT təhlili, regional iqtisadi inkişafın təmin edilməsinin normativ-hüquqi təminatına dair məlumatlar əks olunmuşdur. "Azərbaycan Respublikası iqtisadi inkişafın təmin edilməsində dövlət proqramının rolu və regional iqtisadi inkişafın tənzimlənməsinin dövlət mexanizmi" adlı üçüncü fəsildə isə regional iqtisadi inkişafın tənzimlənməsində dövlət proqramlarının rolu, sahibkarlığın stimullaşdırılmasının istiqamətləri, regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsinin dövlət mexanizminin təkmilləşdirilməsinin prioritetlərinə dair məlumatlar göstərilmişdir. Nəticə və təkliflər adlı bölmədə isə mövcud vəziyyət qiymətləndirilərək regional iqtisadi inkişafın təmin edilməsi, davamlı iqtisadi inkişafa nail olunması üçün görülməsi vacib hesab edilən tədbirlər göstərilmişdir.

I FƏSIL. REGIONAL IQTISADI INKIŞAF STRATEGIYASININ FORMALAŞMASININ KONSEPTUAL ƏSASLARI

1.1. Azərbaycanda regional inkişaf strategiyasının formalaşmasının qanunauyğunluqları və xüsusiyyətləri

Qlobal rəqabətdə regionlar rəqabət vahidi kimi çıxış edir, mərkəzi xarakterli siyasət lokal fokslanmış siyasətlə əvəz olunur. Əgər 1960-cı illərdə klassik regional inkişaf siyasəti yanaşmasına görə dövlətin sahib olduğu və ya nəzarətində olan sənaye təsislərinin idarə edilməsi məsələsi, maliyyə təşviqləri, infrastruktura yönələn investisiyalar əsas siyasət vasitələri hesab edilirdisə yeni regional inkişaf siyasəti yanaşmasına görə müqayisəli üstünlüyə nail olan regionlar formalaşdırmaq məqsədinə xidmət edəcək vasitələr yaradılmışdır.

“Region” anlayışına yanaşmalar müxtəlifdir. Belə ki, M. S. Perloff regionu şəhərdən böyük, ancaq ölkənin ümumi səthindən kiçik, bir sıra özünəməxsus xüsusiyyətləri olan ərazi kimi, fransız iqtisadçısı Pierre Bouchet regionu eynicinsli davranış sahəsi kimi qeyd etmişdir. Azərbaycan iqtisadçıları M.M. Mahmudov və İ.M. Mahmudova isə regionu eyni ictimai istehsal komponentləri ilə təchiz olunmuş və inkişaf edən ərazi kimi qeyd etmişdir.

“Regional inkişaf” terminini tədqiq etdikdə “inkişaf” dedikdə birinci növbədə iqtisadi sferadakı proqressiv dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər kəmiyyət və keyfiyyət xarakterli olur ki, birinci iqtisadi artımı, sonuncu isə struktur dəyişikliklərini, iqtisadi sistemin yeni xüsusiyyətlərini özündə əks etdirir. Ayrı-ayrı ərazilərin sosial-iqtisadi, siyasi, ekoloji inkişafına təsir göstərməklə regional inkişaf idarə olunur. Regional inkişafın idarə edilməsinin başlıca məqsədi gəlirlərin ədalətli bölüşdürülməsi, iqtisadiyyatın tarazlı inkişafına nail olunması, regionlarda həyat keyfiyyətinin, sosial şəraitin yaxşılaşdırılmasına nail olmaqdır. Regionlarda tarazlaşdırılmış, dinamik inkişafın bərqərar olunması birinci növbədə regional proporsiyaların optimallaşdırılmasını və rasionallaşdırılmasını nəzərdə tutur. Tarixən regional inkişafın idarə edilməsinə ehtiyac regionlar arasında kəskin fərqlərin, qeyri-bərabərliyin əmələ gəlməsi ilə əlaqədar olmuşdur. Müasir dövr üçün regional inkişafın idarə edilməsinin əsas məqsədi indiki və gələcək nəsillər üçün əlverişli həyat şəraitinin formalaşdırılması, sakinlər üçün yüksək həyat keyfiyyətinin bərqərar edilməsi, innovasiya strukturlarının yaradılmasıdır. 1

Regional iqtisadi inkişafın təmin edilməsini optimallaşdırmaq üçün ilk öncə məhsuldar qüvvələr regionlar üzrə səmərəli yerləşdirilməlidir. Bunun üçün bir neçə prinsipə diqqət yetirilməlidir:


  1. Regionlarda məhsuldar qüvvələr proporsional olaraq yerləşdirilməlidir və onların dinamiki inkişafı təmin olunmalıdır;

  2. Müxtəlif istehsal sahələri xammal mənbələrinə yaxınlaşdırılmalıdır. Bunun vasitəsilə məhsul istehsalında qənaet rejimi tətbiq olunur;

  3. Regionlarda şəhər və kəndlər arasında fərqlər ləğv edilməli, sosial-iqtisadi inkişafları bir-birinə yaxınlaşdırılmalıdır;

  4. Respublika səviyyəsində regionların müdafiə qabiliyyəti artırılmalıdır;

  5. Regionda təbii resurslardan səmərəli istifadə edilməli və təbiət mühafizə olunmalıdır;

  6. Regionlarda əmək resursları səmərəli yerləşdirilməli və istifadəsi yaxşılaşdırılmalıdır.2

Regional inkişaf siyasətini həyata keçirmək üçün ən zəruri və səmərəli siyasi alət regional planlaşdırmadır. Milli iqtisadi planlaşdırmada regional planların üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar:

  • Regional planlar regionlar üzrə milli plan və proqramların konkretləşdirmə vasitəsidir;

  • Regional planlar milli plan və proqramlara yerli informasiyaların ötürülməsi üçün vasitədir;

  • Regional planlar özündə daha çox fiziki mühiti (ekologiya, infrastruktur və s.) əks etdirir.

  • Regional planlar rayon və şəhərlərin planlaşdırma qərarlarının bir-birilə əlaqələndirilməsinə imkan verir və s.

Regional inkişaf strategiyalarının yaradılması isə ciddi elmi texnologiyaların, elmi biliklərin tətbiqini tələb edir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra siyasi-ictimai və sosial-iqtisadi vəziyyətində əsaslı dəyişikliklər baş vermişdir. 90-cı illərdən etibarən demokratik dövlət olan Azərbaycanda iqtisadiyyatın dinamik inkişafına nail olmaq üçün genişmiqyaslı islahatlar keçirilmiş, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, qabaqcıl idarəetmə təcrübəsindən istifadə edilməsi, yeni iş yerlərinin təşkili kimi iqtisadi məqsədlər üstün tutularaq inkişaf planları tərtib edilmişdir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan Respublikası tarixində yeni mərhələnin başlanmasına səbəb oldu. Belə ki, bu müqavilə əsasında xarici investisiyaların ölkəyə cəlb olunması üçün təkan oldu. Neft və qaz təbii sərvətlərinin gətirdiyi qazancın qeyri-neft sektorunun inkişafına yönəldilməsi siyasəti vasitəsilə tarazlı iqtisadi inkişaf siyasəti yürüdülmüş və bu baxımdan Azərbaycanda regionların inkişafının sürətləndirilməsi məqsədi dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

90-cı illərdə yeni iqtisadi sistemə - bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Azərbaycan Respublikasında idarəetmədə, strategiyaya uyğun olaraq ardıcıl islahatların həyata keçirilməsi tələb olunurdu. Bunun üçün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin artıq sınaqdan çıxmış iqtisadi konsepsiyaları seçilmişdi.

Ulu öndər Heydər Əliyev iqtisadi strategiyanın həyata keçirilməsi zamanı idarəetmə fəlsəfəsinin və islahatların əsaslarını, başlıca ideya istiqamətlərini Azərbaycanın milli dövlətçilik ənənələrinə uyğun şəkildə təşkil edirdi. Ümumilli lider iqtisadi uğurların və inkişafın başlıca amili kimi mədəni və mənəvi intibahı görür və sənayedəki uğurlarla bu prinsipləri əlaqələndirərək vahid sistemdə həyata keçirirdi. Yürüdülən bu strategiyanın əsas məzmunu ölkədə bazar iqtisadiyyatının formalaşdırılması vasitəsilə sabit iqtisadi inkişafın təmin olunması, ölkə əhalisinin həyat səviyyəsinin, yaşayış imkanlarının ilbəil yaxşılaşdırılmasından ibarət idi.

Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə torpaq islahatı proqramı hazırlandı. Bu proqram torpaq islahatlarının həyata keçirilməsi üçün hüquqi baza rolu oynadı.

Bildiyimiz kimi Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir və zəngin təbii ehtiyatlara malikdir. Ancaq ölkənin iqtisadi və sosial inkişafına dəstək olan coğrafi şərait regionlar üzrə müxtəlif dir. Belə ki, iqtisadi resurslar regionlar üzrə qeyri-bərabər bölünmüş və nəticədə regionalar üzrə təsərrüfatın inkişaf səviyyələrində kəskin fərqlər yaranmışdır. Xüsusilə sənayenin, infrastruktur sahələrinin çox hissələri Bakı şəhərində cəmlənmişdir. Bunun nəticəsində əhalinin regionlardan paytaxta axını baş vermişdir.

Bu faktorlar regionların təsərrüfat fəaliyyətinin inkişafına pis təsir göstərmişdir. Yaranmiş bu vəziyyətlə əlaqədar regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi dövlət qarşısında başlıca vəzifələrdən biri olmuşdur.

Ölkənin regional iqtisadi inkişaf strategiyası iqtisadi regionlar üzrə araşdırılmalı, perspektiv sosial-iqtisadi planlaşdırmalar zamanı təbii resurs faktoru, iqtisadi-coğrafi funksional strukturu ön planda tutmaq lazımdır.

Ötən dövr ərzində Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf məqsədilə bir sıra tədbirlər reallaşdırılmışdır. Ancaq həyata keçirilən bir neçə tədbirlərdə, proqramlarda, sərəncamlarda, qərarlarda, qanunlarda regionlar arxa plana düşdüyü üçün bütünlükdə ölkə iqtisadiyyatının inkişafı ləngiyirdi.

Hazırki mərhələdə Azərbaycan Respublikası iqtisadiyyatının gələcək inkişaf prioritetlərini regionların sosial-iqtisadi inkişaf siyasəti müəyyənləşdirir. Bu siyasət ölkənin ayrı-ayrı iqtisadi rayonlarının sosial-iqtisadi inkişafının başlıca istiqamətlərini müəyyənləşdirir və daha sonra bu istiqamətlərin həyata keçirilməsi üçün lazımı tədbirlərin seçilməsini, tədbirlərin icrasının müddətləri, mərhələləri və icraçılarının ifadə edilməsini təmin edir.

17 noyabr 2003-cü ildə keçirilən hökümət iclasında Prezident İlham Əliyev regional proqramların həyata keçirilməsi, regional proqramlara böyük diqqət ayrılması ilə əlaqədar sözlər söyləmişdir. Bu sözlərin təzahürü kimi 11 fevral 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)” təsdiq olunmuşdur. Bu proqramın başlıca məqsədi Azərbaycan Respublikasının iqtisadi rayonlarında mövcud iqtisadi potensialdan səmərəli yararlanmaqla ayrı-ayrı sahələrin inkişafına, ixrac istiqamətli məhsulların istehsalının stimullaşdırılmasına, istehsal müəssisələrinin iqtisadi fəaliyyətinin genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı hesabına əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, məşğulluğun artımına və nəticə olaraq ölkə iqtisadiyyatında dinamik inkişafa nail olmaqdır.

Qeyd edilən məqsədlərə nail olmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bu vəzifələr aşağıdakılardır:



  • yeni istehsal müəssisələri təşkil etmək, müəssisələrin yenidənfəaliyyətini bərpa etmək;

  • regionların, rayonların daxili resurslarından (əmək resurslarından, təbii resurslarından) səmərəli şəkildə istifadə etmək;

  • regional inkişaf üçün vacib infrastrukturun yaradılmasını və infrastrukturun təkmilləşdirilməsini təmin etmək;

  • rayonlarda texniki təminatı yaxşılaşdırmaq, kənd təsərrüfatı işçilərinə yardım üçün müxtəlif servis mərkəzləri təşkil etmək, damazlıq, toxumçuluq bazasını genişləndirmək və başqa vacib tədbirləri yerinə yetirmək;

  • investorlar üçün əlverişli şəraitin yaradılması ilə investisiyanı regionlara cəlb etmək;

  • regionlarda yeni iş yerlərinin təşkil edilməsini stimullaşdırmaq.

Proqramın əhatə etdiyi hər növbəti ildə əvvəlki ilə nəzərən daha çox iqtisadi-sosial nailiyyətlər əldə edilmişdir.

Ümumilikdə, iqtisadi rayonlar aşağıdakı xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər:



  • iqtisadi-coğrafi mövqe;

  • təbii-şərait və təbii ehtiyatlar;

  • əhalinin məskunlaşma səviyyəsi;

  • regional sahə və ərazi strukturu;

  • tarixi inkişaf xüsusiyyətləri.

Dövlət Proqramında qəbul edilmiş rayonlaşmaya əsasən Azərbaycanın iqtisadi rayonları bunlardır: Abşeron iqtisadi rayonu; Quba-Xaçmaz iqtisadi rayonu; Dağlıq-Şirvan iqtisadi rayonu; Şəki-Zaqatala iqtisadi rayonu; Gəncə-Qazax iqtisadi rayonu; Aran iqtisadi rayonu; Lənkəran iqtisadi rayonu; Yuxarı Qarabağ iqtisadi rayonu; Kəlbəcər-Laçın iqtisadi rayonu; Naxçıvan iqtisadi rayonu.Göstərilən bu iqtisadi rayonlar öz iqtisadi potensialına, təbii sərvətlərinin müxtəlifliyi və miqyasına, əhalinin məşğulluq səviyyəsinə görə bir-birindən fərqlənirlər. Aşağıda iqtisadi rayonlar, onların 2016-cı ilə dair məlumatları əks olunmuşdur.

Abşeron iqtisadi rayonu 3,29 min km2 ərazini əhatə edir və əhalisi 551,8 min nəfərdir. Abşeron iqtisadi rayonu 3 inzibati rayonu - Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları mişar daşı, əhəng daşı, sement xammalı, kvars, tikinti qumu, balneoloji sərvətlər, sənaye sahələri isə neft və qazçıxarma, neft kimyası və kimya, qara və əlvan metallurgiya, energetika, yüngül və yeyinti sənayesidir.

Aran iqtisadi rayonu 21,43 min km2 ərazini əhatə edir və əhalisi 1936 min nəfərdir. Aran iqtisadi rayonu Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibati rayonlarını, Mingəçevir, Yevlax və Şirvan şəhərlərini əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları, günəş enerjisi, su ehtiyatları, əkinə yararlı torpaqlar, sənaye sahələri isə elektroenergetika, kimya, maşınqayırma, yüngül, yeyinti, tikinti materialları istehsalı və sairdir.

Dağlıq Şirvan iqtisadi rayonu 6,06 min km2 ərazini əhatə edir və əhalisi 304 min nəfərdir. Dağlıq Şirvan iqtisadi rayonu Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları daş, çınqıl, qum, əhəng, gil və tikinti materialları, mineral sular, sənaye sahələri isə yeyinti və yüngül sənaye sahələridir.

Gəncə- Qazax iqtisadi rayonu 12,48 min km2 ərazini əhatə edir və əhalisi 1240 min nəfərdir. Gəncə-Qazax iqtisadi rayonu Ağstaf, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərlərini əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips, seolit, sement xammalı, hidroenerji, təbii-rekreasiya ehtiyatları, sənaye sahələri isə hasiledici və emaledici sənaye sahələri: qara və əlvan metallurgiya, maşınqayırma, yüngül, yeyinti və tikinti sənaye sahələridir.

Quba-Xaçmaz iqtisadi rayonunun ərazisi 6,96 min km2, əhalisi isə 526 min nəfərdir. Quba-Xaçmaz iqtisadi rayonu Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil, su ehtiyatları, zəngin təbii-rekreasiya ehtiyatları, sənaye sahələri isə hasilat, yüngül, yeyinti sənaye sahələridir.

Naxçıvan iqtisadi rayonunun ərazisi 5.5 min km2, əhalisi isə 440 min nəfərdir. Naxçıvan iqtisadi rayonu Naxçıvan şəhəri,Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək inzibati rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları molibden, polimetal filizlər, daşduz, dolomit, mərmər, tikinti materialları, mineral su ehtiyatları, sənaye sahələri isə enerji, elektronik məhsullar, sement, şəkər, qida, alüminium boşqablar, mebel istehsalı, ipəkçilik, xalçaçılıq, toxuma-trikotajdır.

Lənkəran iqtisadi rayonunun ərazisi 66,07 min km2, əhalisi isə 894 min nəfərdir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları mişar daşı, çay daşı, qum, gil, çınqıl, termal-mineral sular, sənaye sahələri isə yeyinti, yüngül, müşə sənaye sahələridir. Dünyada mövcud olan 11 iqlim qurşağının yeddisinə bu iqtisadi rayonun ərazisində rast gəlinir. Ərazisinin 26%-i meşəlikdir.

Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisi 6,04 min km2, əhalisi isə 244 min nəfərdir. Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı inzibati rayonlarını əhatə edir. İqtisadi rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altındadır. Bu iqtisadi rayonun təbii ehtiyatları qızıl, civə, mərmər, üzlük tikinti daşları, kopal, perlit, sənaye sahələri isə yüngül və yüyinti sənaye sahələridir.

Şəki-Zaqatala iqtisadi rayonunun ərazisi 8,96 min km2, əhalisi isə 600 min nəfərdir. Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarını əhatə edir. Bu iqtisadi rayonun təbii ehtiyatları mis, kükürd kolçedanı, qurğuşun, sink, çınqıl, qum, tikinti materialları, su ehtiyatları, sənaye sahələri isə yüngül və yeyinti sənaye sahələridir. Azərbaycan Respublikasında mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 faizi, qurğuşunun 97 faizi, sinkin 99 faizi bu iqtisadi rayonun payına düşür.

Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisi 7,25 min km2, əhalisi isə 654 min nəfərdir. Yuxarı Qarabağ iqitisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbarayıl, Füzuli rayonları, Xankəndi şəhəri, sənaye sahələri isə yeyinti və yüngül sənaye sahələridir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır.3


: application -> uploads -> 2017
2017 -> Magistr dissertasiyasi ixtisasın şifri və adı: 060403-Maliyyə
2017 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2017 -> 3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati
2017 -> Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi mövzusunda magistr dissertasiyasi
2017 -> «маgistratura məRKƏZİ»
2017 -> 1. Ərəb qaynaqları hansı əraziləri “Yuxarı Azərbaycan” adlandırırdılar? • Cənubdakı Qəzvin və Zəncana qədərki ərazilərini • Araz çayından şimala doğru ərazilərini
2017 -> 0301y Az Y2017 Qiyabi Yekun imtahan testinin sualları Fәnn : 0301y Azәrbaycan tarixi
2017 -> 1205y Az Y2017 Qiyabi Yekun imtahan testinin sualları Fәnn : 1205y Biomüxtәliflik vә onun qorunması
2017 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə