Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universtetiNİN nəzdində baki qida sənayesi kolleci



Yüklə 41,9 Kb.
səhifə5/13
tarix02.01.2022
ölçüsü41,9 Kb.
#47331
1   2   3   4   5   6   7   8   9   ...   13
Həsənova Xədicə İT019 Nitq m.

Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər yəqin.

Gizlənib özünü verməzmi nişan,

Sənə hər beytində bir sirr danışan?

Yüz il sonra sorsan: "Bəs o hardadır?"

Hər beyti səslənər : "Burda, burdadır!"

"Dil acizdir deməyə, tərif sözün şəninə" deyən Nizami sözü dünyanın ən böyük sərvəti və ən gözəl naxışı adlandırır:



Şairi şah elədi şah əsərləri sözlə,

Möhürlədi məsləki məslək ərləri sözlə.

Sözü-qızıl yatağı altınla tutdu qoşa,

Dedi söz sərrafına: «De, hansı gəlir xoşa?

Səncə Köhnə qızılmı, təzə sözmü yaxşıdır?

Söz sərrafı söylədi: Söz dünyanın naxşıdır!

Söz hər yerdə hakimdi, hamıdan baş da odur,

Dünyanın sərvətidir, inci qaş-daş da odur .

Bu da bəllidir ki, qədim dövrlərdən başlayaraq "şeir", "söz","kitab" eyni mənada işlənmişdir. Yəni "şeir", "söz", "nəzm" dedikdə "kitab", əksinə, "kitab" dedikdə "söz", "şeir", "nəzm" nəzərdə tutulmuşdur. Professor A.Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərsliyində yazır ki, XII əsrdə Gəncədə "Dar-əl kitab" adlı böyük bir kitabxana fəaliyyət göstərmiş və bu kitabxanaya Həddad ibn Asim ibn Bəkran Əbülfərələn Naxçıvani başçılıq etmişdir. Bu tarixi faktı o zaman Azərbaycanda olmuş Yaqut Həməvi də "Məcməul Huldan" əsərində təsdiq etmişdir . Kitabşünas alim İ.Zəkiyev isə "Azərbaycan kitabının inkişaf yolu" adlı əsərində Gəncə kitabxanasında 10-dan çox xarici dildə əlyazma kitabının saxlanıldığı haqqında məlumat verir. Ölkədə mədəniyyətin inkişafına qayğı göstərən Atabəylərin hakimiyyəti dövründə Gəncədə böyük saray kitabxanası (kitab evi) zəngin və nadir kitab fonduna malik bir kitabxana kimi şöhrət tapmışdı. Bu kitabxana demək olar ki, bütün Şərq ölkələrindən ən qiymətli əlyazma kitabları alır, eyni zamanda burada kitabların üzü köçürülüb çoxaldılırdı. Qeyd edək ki, sarayda şairlər məclisi fəaliyyət göstərsə də, Nizami bu məclisdə iştirak etmirdi. Lakin onun dayısı Xacə Ömər saray kitabxanasına rəhbərlik etdiyindən bu zəngin kitabxananın qapısı onun üzünə açıq idi. Şair dayısı öləndən sonra bu əlaqənin zəifləməsini təəssüf hissi ilə bildirir:




Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin