Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər.
Insana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı deyə
arxanın kamalda, var-dövlətin isə ağılda olduğunu söyləyən böyük sənətkar haqlı olaraq insanlara tövsiyə edir ki, hər bir kəs cəmiyyət arasında öz sanbalını qorumaq, ağır oturub batman gəlmək, hörmət qazanmaq üçün modasını doldurmaqla deyil, biliyini, təfəkkürünü, idrakını zənginləşdirməyə çalışmalıdır.
Yaxud:
Bir elmi öyrənmək istədikdə son,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq hər papaqçıdan.
Ucalmaq istəsən bir kamala çat
Kamala ehtiram göstərir həyat
Dedim ki, bir əsər yaradım gərək,
Incə naxışlarla kəsilsin bəzək
Dünyada nə qədər kitab var belə,
Dostları ilə paylaş: |