Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 31,98 Kb.
səhifə3/3
tarix10.07.2022
ölçüsü31,98 Kb.
#62717
növüYazı
1   2   3
Dünyada və Azərbaycanda yaşıl iqtisadiyyat

Güclü tərəflər (S)

Zəif tərəflər (W)

İmkanlar (O)

Təhlükələr (T)

-Hökümətin yaşıl
inkişafda maraqlı
olması;

-Biznesin bu işdə
marağının az olması;

-Enerji daşıyıcılarının
qiymətinin artması;

-Bürokratik
əngəllərin
yaranması;

-Gənclərin bu sahəyə
artan marağı.

-Ciddi maliyyə
resurslarının tələb
edilməsi;

-Dövlət Neft Fondunun
vəsaitlərinin
yaşıl inkişafa
yönəldilməsi;

Qanunvericiliyin
lazımi şəkildə tətbiq
edilməməsi;

Bir sıra texnoloji
avadanlıqlara idxal
güzəştləri;

-İctimaiyyətin
məsələnin vacibliyini
tam şəkildə
dəyərləndirməməsi

-Xüsusi yaşıl
biznes zonasının
yaradılması;

-Müxtəlif iqtisadi
maraqların
toqquşması;




-Xüsusi “yaşıl” tarifin
müəyyən edilməməsi;

-İqtisadiyyatın
texnoloji bazasının
yenilənməsi
zəruriliyi;

-Korporativ
idarəetmənin
qane etməyəcək
vəziyyəti;




-Bu sahədə peşəkar
kadrların azlığı;

-Vergi və gömrük
güzəştlərinin
tətbiqinin
genişləndirilməsi.

-Korporativ Sosial
Məsuliyyətin aşağı
olması.

Ölkəmizdə əsas məşğulluq sahələrindən biri olan kənd təsərrüfatı iqtisadi müxtəliflik üçün vacib sahədir. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması üçün mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatə məhsulları yetişdirmək və dünya bazarına çıxarmaq üçün əlverişli şərait mövcuddur. Dövlət tərəfindən bu sahəyə güzəştli kerditlər, subsidiyalar, lizinq xidmətləri və s. formada kömək edilir və müxtəlif irriqasiya, meliorasiya tədbirləri görülür. “Yaşıl iqtisadiyyat” konsepsiyasımnın irəliləməsində Azərbaycanın da daxil olduğu Asiya və Sakit okean üçün iqtisadi və sosial Komissiya mühüm rol oynayır. Bu təşkilatın təşəbbüsü ilə hələ 2005- ci ildə “yaşıl” artım strategiyası qəbul olundu. Bu strategiyaya əvvəlcə dörd prioritet istiqamət daxil idi:


- istehsal və istehlakın rasional modeli;
- müəssisə və bazarların “yaşıllaşdırılması”;
- davamlı infrastruktur;
- “yaşıl” vergi və büdcə islahatları. Sonradan bu istiqamətlərə daha ikisi əlavə olundu:
- təbii kapitala investisiyalar;
- ekoloji effektivlik göstəriciləri.
Azərbaycanda hazırda aşağı karbon istehsalını dəstəkləyəcək, resurslardan səmərəli istifadəni və sosial cəhətdən inkiluziv iqtisadiyyata keçidi təmin edəcək bir siyasət həyata keçirilir.
2016-cı ilin sonlarında qəbul olunan Stratejik Yol Xəritəsində Azərbaycanda kiçik və orta səviyyəli müəssisələrdə kənd təsərrüfatı məhsullarının istehsalı, "Yaşıl iqtisadiyyat" mərhələli keçid məsələlərini nəzərdə tutur.
Beləliklə, 2018-ci ildə Azərbaycan kənd təsərrüfatında "Yaşıl iqtisadiyyat" prinsiplərini tətbiq etmək imkanları araşdırılacaq və 2025-ci ildən sonra kiçik və orta biznesin "yaşıl iqtisadi model"ə keçid üçün qanunvericilik bazası formlaşdırılacaqdır.
Hal-hazırda Azərbaycanda köhnə məişət texnikası və elektronikanın istifadəsinə qarşı "yaşıl vergi" tətbiq etməyə hazırlaşır, habelə ətraf mühitin çirklənməsinə qarşı sərt cərimələrin tətbiq olunur. 1990-ci illərə nisbətən bu sahədən büdcəyə cərimə kimi çox az pul vəsaiti daxil olur. Ölkə iqtisadiyyatının neft-kimya sənayesinə əsaslandığını nəzərə alaraq, ətraf mühitin çirklənməsi səviyyəsinin azaldılması olduqca aktual məsələdir.
Azərbaycanın yeni iqtisadi siyasəti çərçivəsində mövcud istehsal zəncirlərinə qoşulma imkanları barədə tez-tez müzakirələr olur, hansı ki bu müəyyən məhsulun tam istehsal prosesinin sıfırdan formalaşmasından daha faydalı olacaqdır. Çünki mövcud istehsal zəncirləri ilə əlaqə qurulması ilk növbədə malların marketinqinə və dünya bazarlarına çıxarılmasına kömək edə bilər. İkincisi, mövcud istehsal prosesinə qoşulma çox ucuz başa gələcəkdir və daha az maliyyə xərcləri tələb edir, üçüncüsü, yüksək ixtisaslı işçi heyəti və yüksək texnologiyalı sənaye tələb etmir. Mövcud istehsal zəncirlərinə qoşulmaqla Azərbaycan "təmiz texnologiya"ya istiqamətlənə biləcəkdir ki, bu da təkcə əlavə iş yerləri yaratmayacaq, həm də bu cür texnologiyanın tələb olunduğu yeni bazarlar formalaşdıracaqdır. Azərbaycan artıq ətraf mühitə mənfi təsirlərin azaldılması və "yaşıl texnologiyaların" inkişafı üçün alternativ enerji mənbələri və müvafiq texnologiyaların inkişafı üçün səy göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bildirilmişdir ki, respublikada atmosferə buraxılan çirkli qazların emissiyası 35 faiz azaldılacaq və 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən 30 faiz enerji almaq planlaşdırılır.

Ədəbiyyat



  1. http://gubadli.cls.az/front/files/libraries/1780/books/224591339.pdf

  2. https://azescience.org/ekoloji-inqilab-yasil-iqtisadiyyat-ve-texnologiyalar/

  3. https://www.bizimyol.info/az/news/66667.html

  4. http://azkurs.org/pars_docs/refs/7/6179/6179.pdf

  5. http://unec.edu.az/application/uploads/2018/12/Q-nb-rov-Camulla-S2-QT1-Diplom-i-i.pdf

  6. https://ict.az/az/news/1602/

Yüklə 31,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin