Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti (unec) beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 31,98 Kb.
səhifə2/3
tarix10.07.2022
ölçüsü31,98 Kb.
#62717
növüYazı
1   2   3
Dünyada və Azərbaycanda yaşıl iqtisadiyyat

Cevons paradoksu - texnoloji tərəqqi nəticəsində hər hansı bir resursun istehlak səmərəliliyinin artması eləhəmin resursa qarşı olan tələbatı daha da artırır.
Artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilmiş yaşıl fiskal siyəsətin digər bir aləti karbon vergisidir (və ya karbon emissiyası üzrə vergi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından meydana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan bir vergidir. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət təsir göstərir. Hollandiya, İngiltərə və Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər.
Bir çox iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər.
Azərbaycanda ətraf mühitin qorunması sahəsində normativ-hüquqi baza inkişaf etdirilmiş və bir çox beynəlxalq konvensiyalar qəbul edilmişdir. Bu sahədə olan qanunvericilik beynəlxalq hüquqi tələblərə uyğun hazırlanmış və ölkədə mükəmməl ekoloji siyasətin həyata keçirilməsi üçün zəmin formalaşdırılmışdır. Azərbaycanda ekoloji qanunvericilik və ekoloji siyasət Rio və Yohannesburq sammitlərində qəbul edilmiş qərarlara əsasən təkmilləşdirilmişdir.
Ölkəmizdə ətraf mühit siyasətinin müəyyən edilmiş istiqamətləri yaşıl iqtisadiyyatın prinsiplərinə uyğundur:
- Ətraf mühitin qorunması və çirklənmənin azaldılması üçün davamlı inkişaf prinsipləri əsasında yeni metodların tətbiq edilməsi;
- İndiki və gələcək nəsillərin ehtiyaclarının qarşılamaq məqsədi ilə təbii resurslardan effektiv istifadə etmək, qeyri-ənənəvi və alternativ üsullardan istifadə etməklə tükənməz enerji mənbələrindən yararlanmaqla enerji effektivliyinə çatmaq;
- Qlobal ekoloji problemlərin milli səviyyədə dəyərləndirilməsi və beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması.
Ölkəmizdə qəbul edilmiş ətraf mühit mühafizəsi qanunvericiliyinin aşağıdakı prinsiplərini göstərmək olar və onlar yaşıl iqtisadiyyatın inkişafını dəstəkləyir.
- sosial-iqtisadi və əxlaqi problemlərin birgə həlli;
- ekoloji balansın qoruyub saxlanılması və mühafizəsi;
- təbii resurslardan istifadəsinə ekosistemli yanaşma tətbiq etmək;
- ekologiyanın çirklənməsinə qarşı sanksiyalar tətbiq etmək;
- təbiətdən istifadəyə ödənişlər tətbiq olunması;
- pozulmuş ekoloji sistemlərin bərpa olunması;
- biomüxtəlifliyin qorunması;
- təbii resurslardan effektiv istifadə olunması və ətraf mühitin qorunmasının iqtisadi stimullaşdırılmasının tətbiq olunması;
- “çirklədən ödəyər” prinsipinin tətbiq edilməsi;
- bu sahədə mövcud qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb olunma;
- ekoloji dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunması;
- insan sağlamlığının və həyatının qorunması;
- ətraf mühitin qorunmasının hər kəsin vəzifəsi olması;
- ətraf mühitin qorunması sahəsində ictimai qurumların və əhalinin iştirakı;
- ətraf mühitin qorunması sahəsində beynəlxalq əlaqələrin qurulması;
- ekoloji qanunvericiliyin beynəlxalq müqavilələrlə və qanunvericiliklə uyğunlaşdırılması;
Azərbaycanda təbiəti mühafizə sahəsində son on ildə geniş normativ - hüquqi baza da yaradılmışdır. Bu sahədə qəbul olunmuş qanunların ən mühümləri aşağıdakılardır:
- Bitki Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu;
- Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu;
- Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu;
- Atmosfer Havasının Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu;
- Yerin Təki Haqqında Azərbaycan Respublikasının Qanunu;
- Heyvanlar Aləmi Haqqında Azərbaycan Respublikasının Qanunu;
- Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında Azərbaycan Respublikasının Qanunu;
- İstehsalat və Məişət Tullantıları Haqqında Azərbaycan Respublikasının Qanunu;
- Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
- Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu;
2003-ci ildə ölkəmizdə qəbul edilmiş ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa əsaslanan Dövlət proqramı bütün mühüm ekoloji aspektləri əhatə edir. Bu proqramda dayanıqlı inkişafın mühüm sahələri olan atmosfer, su ehtiyatları, torpaq ehtiyatları, kənd təsərrüfatı, tikinti, balıq ehtiyatları və s. qeyd olunmuşdur.
2004-cü ildə alternativ enerji mənbələrindən istifadəyə dair dövlət proqramı qəbul olunmuşdur Külək enerjisinin istehsalı və külək enerjisi stansiyalarının tikintisinə qarşı maneələrin aradan qaldırılmasına təşviq olunub. 2007-ci ildə Abşeron yarımadasında , Naxçıvanı və Kür çayinin vadisini külək stansiyalarını quraşdırılması üçün əlverişli sahələr kimi təklif olunmuşdu. Çox təəssüf bu sahədə mütəxəsislərin olmaması və inzibati iadarəetmə sistemindəki boşluqlar bu sahədə maneəçilik törədir. Külək turbinlərinin idxalı ƏDV və gömrük ödənişlərindən azad edilib ki, külək enerjsi layihələrinin həyata keçirilməsi stimullaşdırılsın.
Atmosferə buraxılan qazların azaldılması üçün ictimai nəqliyyatın inkişafına böyük diqqət göstərilir. Bakıda metro şəbəkəsinin genişləndirilməsi haqqında qərar qəbul olunmuşdur və 2040-cı ilə kimi şəhərimizdə metro stansiyalarının sayının 60-a çatdırılması nəzərdə tutulur.
Cədvəl 1.2 Azərbaycan İqtisadiyyatının Yaşıllaşdırılmasının
SWOT (GZİT) analizi.


Yüklə 31,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin