40
barədə təfsilatların əks olunduğu yazılışlarla daha az maraqlanmalıdır, çünki burada
müəssisənin maliyyə hesabatlarına təsir edəcək bir şey yoxdur. Lakin maliyyə hesabat-
larına birbaşa təsir edə biləcəyi üçün auditor xərclər, gəlirlər, aktivlər və passivlərlə
daha dərindən maraqlanmalıdır.
Müəssisələrin strukturu çox zaman böyük və mürəkkəb olur. Buna görə də
auditorların bütün əməliyyatları yoxlaması mümkünsüzdür. Buna görə də auditorlar
müəssisənin müxtəlif fəaliyyətlərinin yoxlanmasında daxili nəzarət metodlarından asılı
olurlar. Daxili nəzarət metodlarını öyrənmək auditorlara hesabatlarda xəta ehtimalını
aradan qaldırmaq üçün yerinə yetiriləcək yoxlamaların ölçüsünü müəyyən etmək imkanı
yaradır.
Audit planlaşdırarkən auditor daxili nəzarət sisteminin müxtəlif komponentlərini
bilməlidir. Bununla o:
- yanlış hesabatların mümkün növlərini müəyyənləşdirəcək;
- yanlış hesabat təhlükəsi yaradan faktorları nəzərə alacaq;
- səmərəli substantiv yoxlanışlar həyata keçirəcək.
Müəssisənin auditorlarından maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyəti
baxımından düzgün və ədalətli olub-olmamasını bildirmək tələb olunur. Proses zamanı
auditor maliyyə hesabatlarının dəqiqliyinə təsir edə biləcək bütün mümkün sahələri
aşkar etməlidir.
Daxili nəzarət sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:
- nəzarət mühiti;
- müəssisədə risklərin qiymətləndirilməsi prosesi;
- maliyyə hesabatları və kommunikasiya ilə əlaqəli biznes proseslərinin də daxil
olduğu informasiya sistemi;
- auditə uyğun nəzarət fəaliyyətləri;
- nəzarət sistemlərinin monitorinqi. (Beynəlxalq Mühasiblər Federasiyasının
(BMF) terminlər lüğəti)
Dostları ilə paylaş: