56
kömək etdikdə uyğun hesab edilir.
Əvvəlki audit yoxlamalarında yerinə yetirilən audit prosedurları iqtisadi subyektin
işgüzar fəaliyyəti, təşkilati strukturu və nəzarət mexanizmlərii ilə bağlı auditor sübutunu
təqdim edir. Buna baxmayaraq, müəssisədə və ya onun mühitində belə sübut uyğun
olmaya bilərdi. Auditor bu cür sübutun uyğunluğunu yoxlamalıdır. Məsələn, auditdən
əvvəlki ilin satışları müstəqil distribyutorlar vasitəsilə həyata keçirilib. Audit keçirilən
ildə şirkət özünün satış ofislərini açmışdır. Satış sahəsi üzrə nəzarət mexanizmləri
yenidən yoxlanılmalı idi; əvvəlki ilin yoxlaması uyğun olmaya bilərdi.
b) Sübutun etibarlılığı
- Sübut müəssisədən kənar müstəqil mənbələrdən əldə edildikdə daha etibarlıdır,
məsələn, müştəri tərəfindən qalıqların təsdiqlənməsi.
- Daxili sübut (müəssisə daxilində yaranan sübut) əlaqəli nəzarət mexanizmləri
effektiv olduqda daha etibarlıdır.
Satış hesab-fakturaları şirkət daxilində yaranan sənədlərdir. Onlar satış üzrə daxili
nəzarət mexanizmləri effektiv olduqda sübut kimi daha etibarlı ola bilər.
- Auditor tərəfindən birbaşa əldə olunan sübut dolayısı ilə və ya nəticə çıxarılması
yolu ilə əldə olunan sübutdan daha etibarlıdır.
Auditor əmək haqları ilə bağlı ödəniş prosedurlarını şəxsən müşahidə etdikdə,
nəzarət mexanizmlərilə bağlı əldə olunan sübut sadəcə müştərinin işçi heyətinə sorğu
göndərməklə əldə olunan sübutdan daha etibarlı sayılır.
- Sübut sənəd formasında (yazılı şəkildə) yəni kağız, elektron və ya digər formada
mövcud olduqda daha etibarlıdır.
Auditor göruşun protokollarını tapa bilər, bu görüşdə baş verənlərin şifahi
təsvirindən daha etibarlıdır.
- Orijinal sənədlərdə təqdim olunan sübutlar sürəti çıxarılmış və ya faksimil
sənədləri vasitəsilə təqdim olunan sübutdan daha etibarlıdır.
Dostları ilə paylaş: