Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Müəssisənin vəsait mənbələrinin təsnifatı



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
abdurahmanov meftun

Müəssisənin vəsait mənbələrinin təsnifatı 
5 saylı cədvəl. 
Kapitalın növü 
Formalaşma mənbəyi 
Kapitalın xarakteri 
Xüsusi kapital 
Xüsusi vəsaitlərin mənbələri 
Daimi (arasıkəsilməz) 
kapital 
Borc kapitalı 
Uzunmüddətli maliyyə öhdəlikləri üzrə borclar 
Dəyişən kapital 
Qısamüddətli maliyyə öhdəlikləri üzrə 
Müəssisənin maliyyə vəziyyəti və sabitliyi bir çox şeylərdən asılıdır, öz
sərəncamında hansı vəsaitlər var və onlar hara qoyulub. 
Məxsusluq dərəcəsinə görə istifadə olunan kapital xüsusi kapitala (passivin 1 
bölməsi) və borc kapitalına (passivin II bölməsi) bölünür. İstifadə müddətinə görə 
kapital daimi (arasıkəsilməz) kapitala (passivin I və II bölmələri) və qısamüddətli 
kapitala (passivin II bölməsi) bölünür. 
Xüsusi kapitalda lüzum, ehtiyac müəssisənin özünün maliyyələşdirilməsi 
tələblərinə təsir edir. O əsasən müstəqil olur, asılı olmur. O, uzummüddətli kapital 
qoyur və daha çox riskə düçar olur. Deməli ümumi kapital məbləğində xüsusi kapitalın 
xüsusi çəkisi nə qədər yüksəkdirsə və borc vəsaitlərinin xüsusi çəkisi nə qədər 
aşağıdırsa bir o qədər bufer yüksək olar, bu da zərər çəkmədən kreditorları müdafiə 
edir, deməli risk itkisi azalır. Lakin nəzərə almaq lazımdır ki, yalnız heç də həmişə 
xüsusi vəsait hesabına müəssisə fəaliyyətini maiyyələşdirmək onun üçün gəlirli olmur, 
xüsusilə də nə vaxt istehsal mövsümi xarakter daşıyır. Onda ilin bəzi vaxtlarında bankda 
olan hesablarda vəsait daha çox toplanır, ilin bəzi vaxtlarında bankda olan hesablarda 
vəsait çatışmır. Bundan başqa, qeyd etmək lazımdır ki, əgər maliyyə resurslarına olan 
qiymətlər yüksək deyilsə, onda cəlb olunan vəsait hesabına müəssisədə qoyulan vəsaitin 
daha yüksək nəticə verməsini təmin etmək olar, xüsusi kapitalın rentabelliyini 
yüksəltmək olar. 
Həmin vaxt əgər müəssisə vəsaitləri əsasən qısamüddətli öhdəlik hsabına 
yaradılıbsa onda onun maliyyə vəziyyəti sabit olmayacaq, belə ki, birinci növbədə 
kapitalı öz vaxtında qaytarmaq lazım gəlir. 
Deməli, müəssisənin maliyyə vəziyyəti bir çox cəhətdən xüsusi və borc kapitalının 
nə qədər optimal nisbətdə olmasından asılıdır. Maliyyə strategiyasının düzgün 


68 
hazırlanması bu məsələdə bir çox müəssisələrə köməyi ola bilər, öz fəaliyyətlərinin 
səmərəliliyini yüksəldə bilər. 
Bununla əlaqədar müəssisənin bazar sabitliyini xarakterizə edən mühüm 
göstəricilər aşağıdakılardır: 
- maliyyə sərbəstliyi əmsalı yaxud ümumi kapital məbləğində xüsusi kapitalın 
xüsusi çəkisi; 
- maliyyə asılılığı əmsalı (ümumi valyuta balansında borc kapitalının xüsusi 
çəkisi); 
- maliyyə riski əmsalı (borc kapitalının xüsusi kapitala nisbəti). 
İkinci və üçüncü göstəriciyə nisbətən birinci göstəricinin səviyyəsi nə qədər 
yüksəkdirsə müəssisənin maliyyə vəziyyətinin sabitliyi bir o qədər yüksəkdir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin